Menu

CƏBRAYILOV ELƏ İLK İCLASDA MANDATINI İTİRƏ BİLƏR - "Cinayətdir..." + VİDEO

26.09.2019, 21:16
CƏBRAYILOV ELƏ İLK İCLASDA MANDATINI İTİRƏ BİLƏR - "Cinayətdir..." + VİDEO

Artıq bir neçə gündür ki, millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı gündəmi zəbt edib.

"AzPolitika.info" xəbər verir ki, Real TV sözügedən məsələ ilə bağlı sujet hazırlayıb.

Millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı açıqlama verərək, bu addımı cinayət adlandırıb: "Bu mandatı xalq verib. İnsanlar onu seçiblər və etibar ediblər. Hər hansı bir şəxsin marağa görə hər hansı bir sənədi, deputat vəsiqəsini girov qoyması ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər. Parlamentin sədri bununla bağlı İK-ə müraciət edir. Əgər belə faktlar ortaya çıxırsa, o zaman İK bunu parlamentə çıxarır, parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və mandatı ləğv olunur".

Sujetdə Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahiminqızının, İK-in sədri Ağacan Əbiyevin fikirləri də yer alıb.

Bundan başqa, Rafael Cəbrayılov da açıqlama verib. O məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini bildirib.

Şərhlər

Təqaüdçü 2019-09-26 21:16:44

Biznes işində olan artıq xalq nümayəndəsi, müəllim, nazir, elmi işçi, nazir kimi necə və ya sutkanın hansı hissəsini çalışa bilər? O, elə biznes borcunu alandan xalq vəkili deyil, borcu verənin biznesini düşünərək, ona da hesabatlı qalıb. Lap olsun Akademik. Misal üçün eyni zamanda o, fizikasını düşünür, yoxsa Milli Məclisin 26 il qarar verə bilmədiyi Qarabağ həllini?

alı 2019-09-26 21:16:44

Göründüyü kimi son dövrlər başda Milli məclisin sədri olmaqla ölkənin Qanunverici orqanının nümayəndələrinin simasnda Mənəvi,əxlaqı, korrupsiya, qudurganlıq, qanunların iqnor edilməsi və sair dözülməz və iyrənc olayların şahidi oluruq.Bu MM deputatlarının 90-95 faizinə aiddir.İndi tutaq ki, Bu Rəfaili cəzalandırmaq lazımdır.Oqtay Əsədov bunu sorgulayanda Rəfayıl deməzmi ki, "Əşi mənim günahım səninkinin yanında nədi ki? Gedin əvvəlcə özünüzü müzakirə edin" Yəni deyirəm ki MM tam buraxılmalıdır.

vidadi goyce 2019-09-26 21:16:44

siyavush muellim burada tam haqlisiniz,bu agir dovleti cinayetdir, amma onu xalq secmeyib,bu ise tam heqiqetdir.

Mirzəsən 2019-09-26 21:16:44

Xalq Rafail tanıyırdımı, ay Sayavuş müellim, özünüz vermisiniz, siz de alın o mandatı. Birde ki, deputatlar hamısı o gündedir, yavaş yavaş çox şey çıxacaq.

Edalet 2019-09-26 21:16:44

Ne montaj?Notarial qaydada pul goturub,qaytarmir.O da montajdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol