RAMİZ MEHDİYEV VƏ DAHA KİMLƏR?... - Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi

“Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.

Bunu prezident İlham Əliyev bu gün baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.

Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: “Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib:Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

Qeyd edək ki, Prezident Əliyev hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyini bir qədər əvvəl - oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəyan etmişdi.  O, yeni  Baş Nazirə bununla bağlı tapşırıqlar verdiyini bildirmişdi.

Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”, – Prezident bəyan etmişdi.

Dövlət başçısı oxşar fikirləri bundan əvvəl keçirdiyi müşavirələrdə, görüşlərində də açıqlayıb. Ancaq bu gün Prezidentin iqtidar komandasında təmsil olunan yaşlı məmurlara daha açıq mesaj verdiyini söyləyə bilərik. Dövlət başçısı həm Hacıbala Abutalıbovla, həm də Əli Həsənovla görüşdə daha gənc nəslə yol vermək lazım olduğunu bildirib. Eyni zamanda yaşlı məmurları adıçəkilən şəxslərdən nümunə götürərək, istefa verməyə dəvət edib.  Prezident bu zaman kimləri nəzərdə tutduğunu da gizlətməyib - yaşı 70-i keçənləri!

 

"70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm", - deyə Prezident bir daha nəzakətlə iqtidardakl yaşlı məmurlara postlarını boşaltmağın vaxtının çatdığını xatırladıb.

Onların kimliyi, başda Prezident Administrasiyasının 82 yaşlı başçısı Ramiz Mehdiyev olmaqla, əlbəttə, məlumdur. Hakim komandanın tərkibində yaşı 70-i keçənləri müəyyənləşdirmək elə də çətin deyil.

Maraqlıdır ki, onlar Prezidentin bu dəvətini qəbul edərək könüllü istefaya gedəcəklər, yoxsa işdan çıxarılmalarını gözləyəcəklər?

Bunu yaxın günlərdə görəcəyik...

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

EJDER 2019-10-22 00:08:23

ECEB GULMELI YANAWMADI,PENSIYA YAWI NE VAXTDAN YETIMIW YAW OLUF.SEN DEME BIZ BELE,,QOJALAR,,LA ANALOQU OLMAYAN INKIWAF EDMIWIK.INDI PENSIYA ILE BUNLAR NE TEHER DOLAJAQLAR,HIYYYY,LUKAWENKO CANI,NAQARACIQ

AAgahuseyn 2019-10-22 00:08:23

Qozbeli qəbir düzəldər.

t.ədalət 2019-10-22 00:08:23

Regionpərəstliyi olmasa,Ramiz Mehdiyev əvəzolunmaz kadrdır.Onu çıxarıb yerinə hansı maymağı qoyacaqlar?Elə bilirəm ki,hamılya pis deyib,yaxşı kadrları uzaqlaşdırmaq olmaz.R.Mehdiyevlə işdə qərəzliyə və bambılılığa yol verən Hacıbala Abutalıbovu və Əli Həsənovu müqayisə etmək səfehlikdir..

dadaşyev 2019-10-22 00:08:23

Şəkildə çox adam gördüm,ekranı böyütdüm ki gənc və müstəqil ölkəyik,bir gənc tapım,görəmmədim.Son həddə qədər böyütdüm,görəmmədim.Adətən eynək taxmıram,amma məcbur olub taxdım ki,yaxşı baxım,görəmmədim.Şerlok Holmsun lupası kimi bir lupam var,onunla baxdım,adə yenə görəmmədim.Bir də əlimi alnıma vurdum ki,aaa,SovİKP qurultayının şəklidiki bu,o vaxt cavan buraxardılar oralara?Murad,a bala,a millət,şəkli başa düşdük ee,səhvən sovet şəklini qoymusan,olur belə şeylər,amma o könüllü istefa nəmənədi,anlayammadıq

Yengibar 2019-10-22 00:08:23

Yaşı 50-ni ötmüş hər kəs idarəetmə sistemindən uzaqlaşdırılmalıdır.

Rabitəç 2019-10-22 00:08:23

Allah göstərməsin Ramiz Mehtiyev getsin, işdidə birdəm Prezidentimiz onuda istirahata göndərsə bəs o, boyda NRYT-lar(nəqliyyat rabitə)nazirliyin neqativliyinə kim arxa duracaq? əmlak, inanmıram tək gücü çata, buyandanda Ramin Quluzadənin bərk gedən day-dayısını (Hacıbəlanı)istifa etdilər, hələ mən o, yazıq müaveni, Əli Abddilayevi demirəm, görəsən o, nə ğayıracaq, bir sözlə, faciyələr bir-birini üstələyir, birdə yadıma düşdü, bunlar sabah haqsızlıqla çıxartdıqları rabitəçilərin üzünə necə baxar?

Veteran 2019-10-22 00:08:23

Mene ele gelir bu sohbetin Ramiz Mehdiyeve aidiyyeti yoxdur. Birde ki, Cenab Prezident yawi 70 otenlere mesaj gonderib, 80 -ni otenlere yox!

M.Məmmədov və Alovsəd ə 2019-10-22 00:08:23

Bir 77 yaşlı var və 100cə gün də o, şahlıq etmək istəyir ki, illər boyu həlli anılmayan kəskin probellərə yeni qurucu istiqamət versin.

oxucu 2019-10-22 00:08:23

Ramiz Mehdiyev, Beyler Eyyubov, Nedjmeddin Sadixov, CHIXIN PENSIYAYA...

Diplomat junior 2019-10-22 00:08:23

Elmar Məmmədyarovu və onun açıü-aşkar ruspərəst müqvinlərini iatefaya göndərmək lqzımdır, bu adamlar sankı kreslolarına yapışıblar. Özləri də milli təfəkkürə malik gənc nəslə nifrət edirlər.

miri 2019-10-22 00:08:23

Məmləkətdə qoca getsin cavan gəlsin fikri ilə dəyişkənlik gözləmək sadəlövhlükdir. Bir uğursuz yolu hansı nəqliyyat ilə getmək nə dəyişə bilər. Eyni idarəetmə düşüncəsindədirsə cavan ya qoca, kişi ya qadın, yüksək savadlı ya orta savadlı bir şey dəyişə bilməz. Yol(siyasət, baxış) dəyişməlidir, müəllimlər... Atılması yeganə düzgün addım düzgün yolun axtarılması ola bilər. Vəssalam.

Alovsat Veysov 2019-10-22 00:08:23

Vallah qocalari zorla cixartmasan, oz xoslarina getmeyecekler.

Son yazılar