“AZƏRBAYCANLA MÜHARİBƏNİN NƏTİCƏSİ AĞIR OLACAQ" - Köçəryandan xəbərdarlıq

"Əliyevin Zəngəzurla bağlı bəyanatı təsadüfi deyil"

Paşinyanın israrla həbsdə saxladığı Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Sputnik”-in erməni bürosuna müsahibə verib. “AzPolitika.info” xəbər verir ki, mətbu orqanın suallarına yazılı şəkildə cavab verən Köçəryan Ermənistanın istər daxili, istərsə də xarici siyasətində ciddi səhvlərə yol verildiyini və bunun ölkəni böyük təhlükələrlə üz-üzə qoyduğunu bildirib.

Beynəlxalq aləmdə və xüsusilə regionda baş verən hadisələrə qiymət verən sabiq prezident Türkiyənin güclənməsindən və son hərbi-siyasi addımlarından böyük narahatlıq keçirdiyini gizlətməyib. O, deyib ki, artıq ABŞ və Avropa İttifaqı Türkiyəyə təsir imkanlarını itirib.

Əgər əvvəllər bu beynəlxalq güclər Türkiyənin müəyyən çərçivədə saxlanmasına yönələn təsirlərə malik idilərsə, hazırda belə bir imkanları yoxdur: “Türkiyə Suriyaya qoşun yeridərkən Vaşinqtonun və Brüsselin çığırtıları sıfır effekti verdi. ABŞ prezidenti Donald Trampın xəbərdarlıq məktubu isə Ərdoğanın zibil vedrəsinə atıldı...”

Köçəryanın fikrincə, hazırda regionda Türkiyəyə təsir imkanı olan yeganə ölkə Rusiyadır. Son illərdə Türkiyənin Azərbaycanla daha da yaxınlaşmasından narahatlığını bildirən sabiq prezident deyib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Zəngəzurla bağlı səsləndirdiyi bəyanat heç də təsadüfi deyil. Onun fikrincə, bu bəyanat türk xalqlarının coğrafi baxımdan birliyinin təmin olunmasına dair ideyanın aktuallaşdırılmasına xidmət edir.

Köçəryan hesab edir ki, yaranmış situasiyada Ermənistanın Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı daha da əhəmiyyətli və alternativsiz xarakter alır: “Yalnız məsuliyyətsiz və muzdla tutulmuş siyasətçilər ölkədən Rusiya bazasının çıxarılmasında təkid edə bilərlər. Ermənistanın hazırkı rəhbərliyi baş verən proseslərin və bunun Ermənistana yaratdığı təhlükəni anlayırmı? Bunu dərk etmələrinin heç bir əlaməti görünmür...”

Daha sonra Paşinyanın “Qarabağ Ermənistandır-nöqtə” bəyanatına toxunan eks-prezident deyib ki, bu bəyanatın verilməsi səhv addım olub:Bu bəyanat danışıqları öz müqəddaratını təyin etmə prinsipindən bizim üçün təhlükəli olan dövlətlərin ərazi bütövlüyünün təmin olunması müstəvisinə keçirir. Paşinyanla Əliyevin “lift kontaktı”(Düşənbədə baş tutan görüş nəzərdə tutulur-red.) bizim üçün vacib olan Vyana və Sankt-Peterburq razılaşmalarını sıfra endirdi...”

Nikol Paşinyanın fəaliyyəti ilə bağlı sualı cavablandıran keçmiş prezident deyib: “Baş nazir Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxmasını tələb edən təcavüzkar, terrorçu kimi tanınan partiyanı (“Sansna srerr 2016-cı ilin yayında Yerevanda polis polkunu ələ keçiriən silahlı təşkilat-red.) dəstəkləyir. Faktiki olaraq, baş nazirin sosial bazası açıq-aşkar qərbyönlülərdən ibarətdir.”

Köçəryan hesab edir ki, Paşinyanın Qarabağ münaqişəsilə bağlı ziddiyyətli mövqeyi danışıqlarda Ermənistan tərəfinin konstruktivliyini sual altına alır: “Bütün bunlar Azərbaycan tərəfinin danışıqların açıq formada mənasızlığına və dövlətin öz ərazi bütövlüyünü təmin etmək hüququna əsaslanaraq, hərbi əməliyyatların bərpası imkanlarını artırır. Həmçinin, başa düşmək lazımdır ki, Azərbaycanla müharibənin miqyası və dağıdıcı nəticələri indiyə qədər olanlardan müqayisəyə gəlməyəcək dərəcədə ağır olacaq. Hər iki münqaqişə tərəfində həddindən artıq silah və hərbi sursat toplanıb. Bəlkə bunun dərk olunması müharibə haqqında heç bir anlayışı olmayan hazırkı hakimiyyəti və onun feysbuk tərəfdarlarını daha məsuliyyətli edər və ayıldar. “

Sabiq prezident deyib ki, hazırda Ermənistan cəmiyyəti ziddiyyətlər nəticəsində heç vaxt olmadığı qədər parçalanmış durumdadır. Onun fikrincə, ölkənin təhlükəsizliyi təkcə hərbi gücdən deyil, cəmiyyətin əhval-ruhiyyəsindən və milli məsələlərdə konsensus yarada bilməsindən asılıdır.

Köçəryan həmçinin etiraf edib ki, Ermənistan rəhbərliyilə qondarma DQR rejimi arasında ciddi fikir ayrılığı və ziddiyyətlər var. Sabiq prezident deyib ki, Paşinyan hakimiyyəti tərəfindən hərbi əməliyyatlarda iştirak etmiş generalların, həlak olmuş hərbçilərin xatirəsinin aşağılanması erməni cəmiyyətinin patriotizm potensialını xeyli zədələyib. Bununla yanaşı Köçəryan deyib ki, Azərbaycan tərəfi hərbi xərclərini 20 faiz artırdığı halda, Ermənistan rəhbərliyinin həmin xərcləri olduğu kimi saxlaması onda çox ciddi şübhələr yaradır.

AzPolitika.info

635x100

Şərhlər

AAgahuseyn 2019-11-08 20:35:47

Köcaryana və Paşıyana.QARABAQ əvəzinə qulaqınızın dibini ğörərsiniz.NƏ QƏDƏR ĞEC DEYİL CIXIN QARABAQDAN.Əks halda ZƏNĞƏZUR-ĞÖYCƏ-DƏRƏLƏYƏZ-ƏLDƏN ĞEDƏCƏK.

t.ədalət 2019-11-08 20:35:47

Zəngəzurun kürdlərə aidiyyatı var.Onlar da ermənilərlə gizli əlaqədədirlər.Qorxulusu odur ki,kürdlər ermənilərin əli ilə Naxzçıvanı da Azərbaycandan ayırıb Zəngəzura qatalar.Zatən,kürdlər hazırda bu işlə məşğuldurlar...İnşəllah, Suriya kürdlərinin planları kimi parça-parça olacaq..

Son yazılar