Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri postu da ləğv edilib.

Bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.

Qeyd edək ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov olub.