Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası strukturunun tərkibi yenidən formalaşdırılıb. Prezidentin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.
Adminstrasiyada bəzi şöbələr ümumiyyətlə ləğv olunub, əvəzində yeni şöbələr yaradılıb. Belə ki, Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi və Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbəsi əsasında yeni struktur yaradılıb.
Yeni yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov təyin edilib.

Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri-şöbə müdirləri təyin ediliblər.

Maraqlı təyinatlardan biri də Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışan Anar Ələkbərovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsinə təyin olunmasıdır.

Eldar Nuriyev isə Prezidentin sərəncamı ilə həmin şöbənin müdiri vəzifəsindən azad edilib.
Bundan başqa, Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Ədalət Vəliyev 2006-2018-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsində işləyib.
Bundan başqa, buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini daşıyan Fərəh Əliyeva yeni yaradılan Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinə müdir təyin edilib.
Bu yeni şöbə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi və Humanitar siyasət məsələləri şöbəsinin əsasında yaradılıb. Ləğv edilən Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Etibar Nəcəfov idi.

Süleyman İsmayılov isə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Yeni yaradılan şöbələrdən biri də Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsidir. Lakin bu şöbənin müdiri postuna hələ ki, təyinat olmayıb.
Müdir təyinatı olmayan şöbələrdən biri də yeni yaradılan Qanunvericilik və hüquqi siyasət şöbəsidir. Belə ki, Prezident Administrasiyasında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki yeni şöbə yaradılıb.
Bu şöbənin əsasında Hüquqi ekspertiza şöbəsi və Qanunvericilik və hüquqi siyasət şöbəsi yaradılıb.
Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev təyin edilib.
Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri vəzifəsinə isə təyinat olmayıb.

Yeni strukturda Azərbaycan Prezidentinin köməkçilərinin sayı 8-dən 9-a qaldırılıb. Müvafiq sərəncamlarla Cəmilə Abbasova, Anar Ələkbərov, Kərəm Həsənov, Zeynal Nağdəliyev, Məhərrəm Əliyev, Fuad Ələsgərov, Hikmət Hacıyev, Şahmar Mövsümov və Natiq Əmirov Azərbaycan Prezidentinin köməkçisi təyin ediliblər.
AzPolitika.info

Şərhlər
lüstrasiya sonra illüstrasiya olsa yaxcıdı