Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu gün - dekabrın 2-də Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun səfərindən öncə yaydığı məlumatda deyilir.
O, Prezident İlham Əliyevlə görüşəcək, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda sülhə nail olunması olacaq.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərə yardım Rusiya xarici siyasətində prioritet məsələdir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Münaqişənin yalnız siyasi və diplomatik yollarla, tərəflər arasında dialoq vasitəsilə həllinə dair mövqeyimiz dəyişməyib”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, ötən ay Rusiya Xarici işlər naziri Ermənistana səfər edərkən Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın əalhinə bəyanatlar səsləndirib. Lavrovun daha çox narazılıq yaradan fikri "Qarabağ münaqişəsinin həlli Qarabağ xalqının iştirakı olmadan mümkün deyil" bəyanatıdır.
Bu gün Azərbaycan rəsmiləri bu barədə Rusiya Xarici işlər nazirinə suallar ünvanlayacaqlarmı? Münaqişənin həllində əsas vasitəçilərdən birinin qarşı tərəfin maraqlarına uyğun bəyanatlar səsləndirməsinin hansı nətəclərə gətirib çıxaracağı barədə xəbərdarlıq ediləcəkmi?

Politoloq səfərin, Bakıda keçiriləcək müzakirələrin münqaişəninin həlli ilə bağlı ciddi bir dəyişikliyə gətirəcəyinin gözlənilən olmadığını düşünür: "Ola bilər, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərindən sonra proseslərdə müəyyən korrektələr edilə bilər. Yəni, Kremlin xarici siyasətində Azrbaycanın xeyirnə müəyyən dəyişikliklər gözləniləndir".

Politoloq bu səfərin Qarabağ münaqişəsinin həllinə təkan verəcəyini düşünmür: "ATƏT-in və Lavrovun əsas istəyi odur ki, iki ölkə arasında "xalq diplomatiyası" genişlənsin. Bu ilin aprelində jurnalistlərin qarşılıqlı səfərlərinin təşəbbüskarı da məhz Lavrov idi. Əlbəttə, mən dialoqun, təmasların əleyhinə deyiləm.Amma münaqişə siyasi cəhətdən həll olunmalıdır ki, qarşılıqlı səfərlər, "xalq dipolmatiyası" bəhrə versin. 25 ildə xalq dipolatiyası da, jurnalistlərin qarşılqılı səfərləri də dəfələrlə olub. Amma münaqişənin həllinə təsir etməyib. Çünki münaqişənin həlli ilə bağlı nə jurnalistlər, nə də qeyri hökumət təşkilatları qərar verəcək, qərarları siyasilər qəbul edir. Yalnız bundan sonra dialoqun faydalarından danışa bilərik".

Politoloq qeyd edir ki, Rusiyanın bütün bəyanatlarının harada, kimin iştirakı ilə səsləndirilməsinin fərqi yoxdur: "Rusiyanın bir məqsədi var: Azərbaycanı və Ermənistanı daha çox qarmaqda saxlamaq".
AzPolitika.info

Şərhlər
Azərbaycanlı qaçqınlar nə vaxt dağıdılmış evlərinə, yurdlarına qayıdacaqlar?!. Lavrovunan heç bir danışıq aparmaq lazım deyil. Azərbaycanın və azərbaycanlıların xeyirinə bir şey olmayacaq.
kalantaryandan soruşun ki, Qarabağı nə vaxt qaytarır, 26 il də gözləyək ?
Lavrova cavab çox gecikməyib? İndiyə qədər rəsmi Bakı susmaq yolunu niyə seçib?Bu Azərbaycan rəsmilərinin Qarabağ və ətraf rayonların işğalına etinasızlığı deyilmi?m