“HAKİMİYYƏTƏ TAM DƏSTƏK VERMƏYƏ HAZIRAM” – “Mehdiyevin işdən çıxarılması...”

“Ramiz Mehdiyev və Əli Həsənov kimi adamların işdən çıxarılması sözsüz ki, müsbət addımdır və bunu ancaq alqışlamaq olar”.

Bunu “Turan” İnformasiya Agentliyinə müsahibəsində dramaturq, Azərbaycan kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib.

Onun sözlərinə görə, bu şəxsləri çoxdan istefaya göndərmək lazım idi, çünki hazırki rəsmi ideologiyanın bir çox neqativ tərəfləri onların fəaliyyətinin nəticəsidir.

“İdeoloji cəbhədə böhran, telekanal və KİV-lərin aşağı səviyyəsi, plüralizmin və müstəqil mövqenin olmaması bu iki nəfərin fəaliyyətinin nəticələrindəndir. Mədəniyyət sahəsində, teatr, kino, musiqidə də vəziyyət yaxşı deyil. İnanıram ki, Mehdiyev-Həsənov tandeminin sıradan çıxarılmasına səbəb məhz budur”, - Rüstəm İbrahimbəyov deyib.

Onun fikrincə, baş verənlər optimistliyə şərait yaradır. Rüstəm İbrahimbəyov hesab edir ki, bu cür köhnə kadrların getməsi və əzəvinə savadlı gənc kadrların cəlb edilməsi vəziyyəti sağlamlaşdıracaq.

“Mən bu addımları tam dəstəkləyirəm və əgər ehtiyac duyularsa hakimiyyətə bu məsələdə tam dəstək verməyə hazıram”, - Rüstəm İbrahimbəyov bəyan edib.

635x100

Şərhlər

Hüseyn Həsənov 2019-12-09 17:10:29

Hakimiyətin Sizin dəstəyinizə ehtiyacı yoxdur. Cavanlaşmalısınız...

t.ədalət 2019-12-05 11:05:49

...Rüstəm İbrahimbəyovun Azərbaycana heç vaxt xeyri olmayıb və olmayacaq....

R.İbrahimbəyova 2019-12-04 19:41:47

Ay Rüstəm bəy,yenə vəzifəyə yarıtmaz ... "kadrlar "gətirilir. Sadəcə rokirovra! Səbrli olun.qiymət verməyə tələsməyin.

yalçın 2019-12-04 17:57:46

bu urusik həmişə qənim olub bu millətə..bəlkə də əmcək məsələsidi..nə biləsən..

Mammed Bakinskiy 2019-12-04 16:52:15

Ha-ha-ha... bəs hörmətli ağsaqqalımız Elmar Məmmədyarovla olan qohumluq münaaibətləri haqda danışmaq istəmirmi

Son yazılar