YAP NAMİZƏDLİK ÜÇÜN KRİTERİYALARI AÇIQLADI - Kimlər uyğun gəlir?

"Hər bir seçki kampaniyasının öz xüsusiyyətləri var və indiki dövrün səciyyəsindən çıxış etməli olsaq, burada həyata keçirilən islahatlar strategiyası və onun ümumi konteksti mütləq şəkildə nəzərə alınmalıdır. Bu gün aparılan islahatlar həm də kadr dəyişiklikləri formasında özünü göstərir. Belə olan halda, müəyyən dərəcədə parlamentdə də bir dəyişikliyin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə sanki gözlənti var".

“AzPolitika.info” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib.

İcra katibi vurğulayıb ki Azərbaycanda parlamentin formalaşması səlahiyyəti birmənalı şəkildə Azərbaycan vətəndaşlarına məxsusdur. “Seçicilər kimlərin parlamentdə təmsil olunmasını istəsələr, onlara da səs verəcəklər və onlar da parlamentdə Azərbaycan xalqını təmsil edəcək. Seçilənlər gənc və ya orta yaşlı nəslin nümayəndəsi olacaq, bunu seçicilərin müstəsna səlahiyyəti müəyyənləşdirəcək. Azərbaycan cəmiyyətində yeni, ləyaqətli, yüksək təhsilli, geniş dünyagörüşə malik və dərin vətənpərvərlik ruhunda tərbiyə almış gənc nəsil formalaşıb. Bu gənc nəsil Azərbaycanın inkişafına öz töhfəsini verə bilər. Biz onların imkanlarından, potensialından istifadə etməliyik. Taktikamız ondan ibarətdir ki, imkan dərəcəsində gənc insanların namizədliyini irəli sürək. Yerdə qalan məsələni isə seçicilər müəyyən edəcəklər” - deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Əli Əhmədovun bu açıqlaması YAP-ın namizəd siyahısını təxmin etmək üçün daha bir ipucudur. Artıq əminliklə demək olar ki, hakim partiya parlamentdəki deputatlarının əksəriyyətini dəyişəcək və ümumilikdə Milli Məclisin tərkibinin 60-70 faizi yenilənəcək. 

"AzPolitika"

635x100

Şərhlər

Abdulla 2019-12-11 20:08:45

Əli Əhmədov niyə limitinin bitdiyini anlamı.Bilmir ki, onun sifəti yalanın təcəssümüdür.BU insn ömründə real faktlara söykənməyib,yalnız istədiklərini fakt kimi çatdırmaq istəyib.Anlamır ki, elektrotat artıqonun kimliyini bilir.Zaman...

Vətəndaş 2019-12-10 20:16:16

əli əhmədov hər bir insan namizədliyini sərbəst verməlidir...göstəirşlə yox

Həsən 2019-12-10 03:00:08

bu əli əhmədovun ıyönön sizasi səhnəni təırk etmək vaxtı çoxdan keçib. Tavtologiya dolu çıxışlarından başqa heç nə bacarmır...

Hüseyn Həsənov 2019-12-09 17:16:52

Gənclərin yetişdiyi mühitə nəzər salsaq onlar Qarabağsız Azərbaycana üstünlük verəcəklər

Son yazılar