SİYAVUŞ NOVRUZOV DAHA DEPUTAT OLMAYACAQ? - YAP-dan açıqlama (Yenilənib)

9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.

MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə məsələləri üzrə nümayəndəsi kimi beşinci çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.

Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.

Modern.az bu iddialarla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev əməkdaşımıza bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur:

“Seçki qanunvericiliyinə görə, hər hansı partiya seçkilərdə iştirak edirsə, onun Mərkəzi Seçki Komissiyasında və bütün dairələr üzrə səlahiyyətli nümayəndələri olmalıdır. Hansı ki o dairələrdə həmin partiya namizədlə, iddiaçı ilə təmsil olunur. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində də bütün dairələr üzrə öz namizədlərini irəli sürəcək. Ona görə də İdarə Heyətinin qərarı ilə respublika üzrə mövcud 125 dairənin hər birinə səlahiyyətli nümayəndələr təyin edib. Artıq Yeni Azərbaycan Partiyasının bu səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında təsdiq olunub, yəni qeydə alınıb.

O cümlədən Yeni Azərbaycan Partiyasının ölkə üzrə səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub.

YAP-ın sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov YAP-ın yeganə səlahiyyətli nümayəndəsidir. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsidir”.

Hüseyn Paşayev YAP icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülüb-sürülməməsi məsələsinə də aydınlıq gətirib:

“O ki qaldı bəzi sosial şəbəkələrdə və bəzi KİV-də Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülməyəcəyi barədə iddialara, bunu şərh edərkən qeyd etməliyəm ki, Siyavuş Novruzovun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunması barədə informasiya yanlış şərh olunub. Bu cür yozumun başlıca mənbəyi ondan irəli gəlir ki, bu cür şərh verənlər Seçki Məcəlləsi ilə, seçki qanunvericiliyi ilə yaxından tanış deyillər. Ona görə də bu cür yanlış şərhlər irəli sürülməkdədir. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının qurulmasında, təşkilatlanmasında və sonrakı fəaliyyəti dövründə həmişə üzdə olmuş şəxslərdən olub. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə düşünür ki, Siyavuş Novruzov növbəti parlament seçkilərində də partiyanın əsas namizədlərindən biri olaraq təmsil olunacaq”.

***

9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisin növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.

MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının maliyyə məsələləri üzrə nümayəndəsi kimi V çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.

Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.

Boderb.az saytının əməkdaşı bu iddialarla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur:

“Proses həmişə belə olub”.

YAP rəsmisi qeyd edib ki, Siyavuş Novruzov ilk dəfə deyil ki, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunur: “Siyavuş Novruzov həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub”.

“Ancaq Siyavuş Novruzovun YAP tərəfindən deputatlığa namizədliyinin verilib-verilməməsi barədə bir söz deyə bilmərəm. Sadəcə olaraq, dediklərinizin məsələyə aiddiyatı yoxdur. Qanunla məsələ bu cür tənzimlənir”, - deyə Hüseyn Paşayev əlavə edib.

635x100

Şərhlər

SƏY ƏVUŞ müəllim: 2019-12-21 22:15:56

DƏLİDƏN DOĞRU XƏBƏR!

seçici 2019-12-17 20:23:40

Biz səni bir də seçmərik Siyavuş Novruzov.Ən yaxşısı namizədliyini vermə.

eloqlu 2019-12-13 04:25:34

Kim secireee bunnari ? özleri özlerni secirdeeeee

Fətəli 2019-12-12 17:59:34

Siyaquş deputat olub nə rdib ki,olmasa nə olacaq? Zato həyat yoldaşın ombudsman edib.y

Əsədulla 2019-12-12 17:48:18

Deməli seçkilərdə pul yığan açıq elan edildi.Afərin! Ay namizədlər bildiniz kimi görməniz lazımdır?ı

Tahir 2019-12-12 12:26:45

S.Hovruzov həmişə prinsipial mövzularda səhv və ya düz olsa belə özünün prinsipial mövqeyini ortaya qoyub.

Son yazılar