Zahid Oruc: "Özlərini toxunulmaz hesab edən adamlar başa düşmədilər ki, ortada prezidentin iradəsi var və bir gün gəlib onların qapılarını döyəcəklər
"Köhnə MTN sisteminin ləğv edilib, ora milli bir peşəkarı təyin etməyin nə qədər doğru olduğu göründü”
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbsi ölkədə böyük rezonansa səbəb olub.
Hər iki məmurun qanunsuz əməlləri sırasında sahibkarlardan rüşvət alınması, ictimai işlərə cəlb olunan şəxslər üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsi əsas yeri tutur. Halbuki son aylarda ölkə prezidenti hər iki qanunsuzluğa yol verən məmurların ciddi cəzalanacağına dair dəfələrlə sərt xəbərdarlıqlar səsləndirmişdi.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən bu ilin sentyabrına Yevlaxda ictimai işlərə cəlb olunaraq əmək haqqı alan ictimai işçilərin sayı 469 nəfər, Ağstafada isə 307 nəfər olub.
Yayılan videokadrlardan aydın olur ki, N.Quliyev 7 gün ərzində rayondakı idarə və müəssisələrdən, sahibkarlardan ümumilikdə 200 min manata qədər rüşvət toplayıb. Nəzərə alsaq ki, Ağstafa həm əhali, həm ərazi baxımından Azərbaycanın ən kiçik rayonlarından biridir, bu halda icra başçısının əməlinin soyğunçuluq həddinə çatdığını söyləyə bilərik. Rəsmi statistikaya əsasən bu rayonda 2016-ci ilin sonuna qeydiyyatda olan kiçik və sahibkarlıq subyektlərinin sayı 1456 olub. Bunun 1433-ü kiçik, 23-ü orta sahibkarlıq subyekti olub. 2017-ci ildə rayonda sahibkarlıq subyektlərinin sayında kəskin azalma baş verib - 1144. Bundan 1124-ü kiçik, 20-si orta sahibkarlıq subyekti olub. Ağstafada ümumi daxili məhsul istehsalında da azalma qeydə alınıb. Belə ki, 2017-ci ildə 215130,9 min dollar, 2018-ci ildə isə 189774,1 min dollarlıq məhsul istehsal olunub.

Mərkəz rəhbərinin fikrincə, bu prosesin davam edəcəyinə şübhə yoxdur: “Oktyabrın 15-də fərqli bir formatda keçirilən iqtisadi müşavirədə bəyan olunmuşdu ki, 21-ci əsrin tələbləri ayrıdır, burada ayrı təfəkkür tərzi, ayrı yanaşmalar olmalıdır. Daha sonra yerlərdə sahibkarların fəaliyyətinə imkan verilməməsi halları, haqsız rəqabət, məmurların biznes maraqları üzərindən sahibkarlığa vurduqları ziyanlar haqda danışan dövlət başçısı bütün ölkədəki proseslərin nəbzinin olun əlində olduğunu göstərməklə çevik qərarlar qəbul etdi və ən qatı əleydarların da platformalarını əllərindən aldı. Xatırlatmaq yerinə düşər ki, Mikayıl Cabbarovu yeni vəzifəyə təyinatla bağlı qəbul edərkən kölgə iqtisadiyyatına qarşı mübarizədən, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsindən və nazirə edilən təsirlərə onun sinə gərməsindən danışılması iqtisadi komanda içərisində tam dönüşə nail olduqdan sonra siyasi sistemdə qəti addımların atılacağı mesajları daha aydın sezilməkdə idi. Son həbslər göstərdi ki, qəyyumluq mühitində özünü xalqa qarşı qoyanlar kölgədə toxunumazlıqlarını sürdürürə bilməyəcəklər və ona görə də dövlətin, onun rəhbərin işığında olmaqdan başqa yol yoxdur”.
Z.Oruc deyir ki, islahatlar millətin ürəyincədir: “Vətəndaşlarımızın dövlətə və ona başçılıq edən şəxsiyyətə rəğbəti bu il özünün ən yüksək həddindədir. Lakin DTX-nın yaydığı son kadrlar ayrıca təhlil olunmalıdır. Yeri gəlmişkən, bu taleyüklü və düzgün qərarların fonunda həm də köhnə MTN sisteminin ləğv edilib, ora milli bir peşəkarı təyin etməyin nə qədər doğru olduğu göründü. Vəzifəli şəxslərin və sabiq məmurun saxlanmasından bəhs edən səhnələr son dərəcə düşündürücü, narahatlıq doğuran mənəviyyat, idarəetmə və kadr probleminin ən bariz mənzərəsidir. Bunu başqa amillərlə izah etmək onların əməllərinin yanında olmaq deməkdir.

Ən fədakar zəhmət sahibi olan icra nümayəndələrindən alınan o rüşvət səhnələri, şəhid ailələrinə yardım adı ilə pərdələnən əməllər, dövlətin bölgələrdə sosial layihələrə yönələn vəsaitlərinə dikilən gözlər və hər qarış Vətən torpağının sadə insanlara bac-xəracla satılması rəzil məmur hərəkətləridir. Xatırlayaq ki, məhz birinci şəxsin dilindən 2 ay öncə “biz imkan verə bilmərik ki, yaramaz məmurlar bizim uğurlara kölgə salsın” bəyanatı da o özü sərtliklə söyləmişdi.
Cəbhə xəttində, ona yaxın ərazilərdə yaşayan əhalinin hüquqlarını tapdalayan, onların ailələrinə dövlətin ayırdığı vəsaitləri mənimsəyən adamlar heç vaxt bağışlana bilməzlər. İcra hakimiyyəti orqanları nəzərə almalıdılar ki, ölkə rəhbəri 2015-ci ildə ölkənin milli təhlükəsizlik orqanının rəhbərliyinə özünün sərt üzünü göstərib, o qurumun tamamilə yenidən təşkil olunmasına qərar vermişdi. Ardınca vergi sistemində ciddi şəffaflaşdırma həyata keçirildi. Yerlərdə birbaşa prezidenti təmsil edən bu adamlar fəaliyyətlərində ikiqat məsuliyyətli, şəffaf olmalı, xalqcanlı davranmalıdılar. İki rayonun yeni təyin olunan icra başçılarını qəbul edərkən də ölkə rəhbəri açıq mətnlə dedi ki, xalqa xidmət etməyənləri sərt cəza gözləyir, onlar vəzifədən çıxarılmaqla iş bitməyəcək. Görünür, özlərini toxunulmaz hesab edən adamlar başa düşmədilər ki, ortada prezidentin iradəsi var və bir gün gəlib onların qapılarını döyəcəklər. Biz əlbəttə, günahsızlıq prezumpsiyasını nəzərə alırıq, lakin faktlar inkarolunmazdır. Prezident əhalini, sahibkarları narahat edən ən ağrılı nöqtələri gözəl bilir və onları aradan qaldırmaqda qəti mövqe qoyub: “Bu mövqe yalnız yerli icra hakimiyyətləri üçün deyil, bütün hökumət üçün, hakimiyyət qolları üçün fəaliyyət prinsiplərini müəyyən edir”.
Mərkəz rəhbəri hesab edir ki, institusional idarəetmədə siyasət müəyyənləşdirilərkən bir çox amillər nəzərə alınmalıdır: “İndiyədək Azərbaycanda vergilər, təhsil, fövqəladə hallar qurumlarının regional bölmələri yaradılıb. Burada biz bəzi vətəndaşların bir rayondan digərinə getmək kimi problemdən narazılığını eşidirik. Amma idarəetmədə dəyişikliklər baş verməkdədir. Baxın, əmlak məsələləri ilə bağlı vətəndaşların həssaslığını nəzərə alınaraq, onu İqtisadiyyat nazirliyinə birləşdirməklə və antinhisar siyasətinə yeni yanaşma ilə əslində struktur dəyikliklərin gələn il də davam etdirləcəyi aydındır. Monopoliyaya qarşı mübarizə sahəsinin də şəffaf reputasiyalı məmur Mikayıl Cabbarova həvalə edilməsi tam başadüşülən və inam yaradan qərarlardır. Yerli icra hakimiyyətlərinin bir neçəsində yoxlamalar davam etdirilir. Gələcəkdə bu sahədə aparılacaq islahatlar həm də yeni parlamentin bir nömrəli vəzifəsi olmalıdır. Ona görə də xalqımızın həyatında öz zənginliyi və xeyrinə görə müstəsna əhəmiyyət daşıyan bu ili xalqımızın üçün uğurlu, düşərli saymağa tam əsasımız var”.

Şərhlər
Yenə Qarabağa güc göstərmir, sakınca VƏZİFƏ bölüşürük?
Ağstafanın ərazisi 1504 kv km-dir. (yuxarıdan 20-ci yerdə)
Ağlı varsa Nizaməddin Quliyev özünü asar.
Sənin kimi əttraflar isə bir-iki vəzifədə qalır! Hə? ...
Elimi Qurana basaram ki,butun icra bascilari eyni islerle mesqul olub.Bu ikisi biraz qatiqlayib bes salam
Zahid müəllimin arqumentləri çox bəsitdır.Adətən,sovetlər dönəmində xalqın başını aldatmaq üçün belə priyomlardan istifadə edirdilər.Cəzalandırılan kadrlar YAP-ın kadrlarıdır....Zahid müəllim,yaxşı olar ki,yeni təyinatların arasında milliyyətcə türk olanların sayı ilə maraqlanasız.Sizin tədqiqatlar özünü doğrultmur...
....əgər dəyişikliklər hədəflənirsə bu zaman heç kimlə kompromisə yer yoxdur, zırpılıqdan asılı olmayaraq.....hamı sakit başını aşağı salıb dəyişikliklərə uyğunlaşmalıdır, əks təqdirdə inkişaf olmayacaq....
Son zamanlar ( e.hesenovfan sonra) serhleri vermirsiz.
xalq artıq bu oğurluqlara öyrəşib, hansı məmuru qaldırırlar altından milyonlar, milyardlar çıxır.nd
Nİyə? Köhnə Komanda yaramaz çıxıb? Bəs Köhnə komandanı kim yığmışdı?Buradan elə nəticə çıxmır ki,köhnə komanda düzgün seçilməyib və düzgün idarəçilik olmayıb. Bİr dönüb özümüzə,nə etdiyimizə baxsaq yaxşı olmazmı?BUrada bir lətifə yada düşür: Hacıleyləyə deyirlər ki, bu yuvanı korlamısan,gəl sənə yeni yuva quraq.Hacıleylək cavab verir ki: "Bu xasiyyət ki,məndə var,lazım deyil.təzə yuva da bu günə düşəcək".
Bu yoxlamalar Şəkidə apaılsa yaxşı olar bərbad gündədir ..... elə bilki dövlətin qanunlarını yaddan çıxarıblar özlərini padşah hesab edirlər.....
Zahid Oruc YAP-çıdır? Axı o özünü YAP-dan ayrı,guya bitərəf kimi namizədliyin verib..... Bax elə buna görə ölkə düzələ bilmir.Ylan.boşboğazlıq,talan,aldatma,tayfabazlıq və sar///
Hörmətli müəllif Ağıstafada 2-nəf. deyil 3-nəf BAŞCI VƏ 2- NƏF müavin həbs olub qadın müavini ğizlətmək zərurəti nədən yaranır.Onun əmisi ZIRPIDIR yoxsa.