İRAN RƏSMƏN ETİRAF ETDİ - Sərnişin təyyarəsi "səhvən" vurulub...

Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.

İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub.

İranın Xarici İşlər naziri Cavad Zərif öz növbəsində "Twitter" hesabında yazıb ki, "ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi" qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də yerə çırpılıb. Nəticədə 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

635x100

Şərhlər

Shahin 2020-01-11 16:36:46

Elbete rusun silahidir, atanlarda rus muzdurlaridir. Iranin bu mola rejiminin axiri catib. Butun olenlerin gohumlari gunahgarlari-birinci novbede Trampi ve Iran mollalarini ve Rus muzdurlarini Nurenberq mehkemesine cixartmalidir.

t.ədalət 2020-01-11 11:14:45

Təyyarə rus raketi ilə vurulub.Ukraynaya məxsus olduğuna görə,bəlkə də "Buk"u yönəldən elə ruslar olub..

Ali 2020-01-11 10:26:13

Gordu gizletmek mumkun deyil indide adini bele qoydu. Bu olke budur. Bu zehniyyet ucunde insana deyer bu qederdir

eloqlu 2020-01-11 10:08:08

Derdeeee derd ) sehven vurulub ... eceb ))))

Son yazılar