“HEÇ KİM “ƏNƏNƏVİ QAYDALARA” ÜMİD ETMƏSİN...” - Prezidentin köməkçisi namizədlərə xəbərdarlıq edib

Prezident Administrasiyasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) indiyədək deputat olan namizədləri ilə fərdi söhbətlər aparılıb və onlara yeni situasiya izah olunub.

Bu barədə “AzPolitika.info”-ya məlumatlı mənbə xəbər verib.

Məlumatda bildirilir ki, yeni il ərəfəsində baş tutan qəbullarda YAP-ın deputat-namizədləri ilə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev söhbət aparıb.

“Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Z.Nağdəliyev hakimiyyətin öz namizədlərinə lazımi dəstəyi verəcəyini, ancaq bununla yanaşı ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini də vurğulayıb, xəbərdarlıq edib ki, namizədlər real seçki kampaniyası aparmaqla, seçicilərini səsverməyə cəlb etsinlər”, – mənbə xəbər verir. 

Prezidentin köməkçisinin belə xəbərdarlığı hakimiyyətin qeyri-rəsmi dəstəklədiyi namizədlərə də çatdırdığı bildirilir.

Hakimiyyətin namizədlərə fərdi qaydada elan olunan bu mövqeyi isə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərdə ciddi sürprizlərin ola biləcəyini gözləməyə əsas verir.

Belə görünür ki, Azərbaycan iqtidarı bütün beynəlxalq diqqətin üzərində olduğu bir vaxtda, öz namizədlərinə, əvvəllər olduğu kimi, hansı yolla olursa-olsun mandat vermək fikrində deyil.

Bu isə dairələrdə əhali ilə ciddi iş apararaq, seçkini udan namizədin qələbəsinin tanınacağını söyləməyə əsas verir.

“AzPolitika.info”

635x100

Şərhlər

Rahib Əlişov 2020-01-26 04:09:41

"Ənənəvi qaydalar" nə deməkdir? Belə məzul şəxs neyə belə sözlər işlədir? Belə alınır ki, 25 ildir ölkədə saxta seçki keçirilib və hakimiyyətin namizədləri saxta yolla "seçilib"? Bir də axı necə yəni hakimiyyət öz namizədlərini dəstəkləyəcək? PA rəsmisi niyə bu qədər siyasi səhv buraxır. Axı namizədi seçici dəstəkləyir, hakimiyyət yox!

kamil 2020-01-21 19:25:33

Sistem dagilir.

Oxucuya 2020-01-20 22:50:43

Həqiqətən də düzgün şərh yazmısan... Vətəndaşların müraciətlərinə PA -da baxılmır, bundan başqa Zeynal müəllimin qəbuluna düşmək mümkün deyil, qəbul edəndədə işçiləri qəbul edir, necə başdansovdu, şikayətiqı şikayət etdiyin ünvana məktubunu göndərir vəssalam... PA -nın Regional və Məktublar şöbəsi öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultseydilər rayonlarda sosial narazılıqlar yaranmazdı... Sosial narazılıqları yaradanlar yerində olmayan məmurlardır.... PA -nın Regional və Məktublar şöbəsində köklü surətdə kadr islahatları aparılmalıdır..?

Əli Abbasov 2020-01-20 19:00:31

Bu seçki "ənənəsini" YAP yaradıb.saxtakarlıq metodlarını işləyib və MSK-ya verib.MSK-da əksərən YAP-çılardan ibarət olduğundan bu "ənənəni" göz bəbəyi kimi qoruyub seçki nəticələrini saxtalaşdırıb Nadı Rəcəbov,Nəsirov kimilərini deputat edirlər. Bir də ki, səs vermə 51 faizdən aşağı olduqda hansı əsasla seçkini baş tutmuş hesab etmək olar?Ölkənin əhali sayının mənası yoxdurmu?saxta

Oxucu 2020-01-20 10:38:05

Bu Zeynal və onun şöbəsi uzun illərdir ki, şikayət məktublarından şəxsi maraqları üçün istifadə etməklə məşğuldurlar. Quba, Gəncə və İmayıllı iğtişaşları insanların şikayətlərinə baxılmaması səbəbindən yaranıb. İğtişaş törədənlər həbs edilib, Zeynallar isə vəzifə başındadırlar və ölkə Prezidentini nüfuzdan salmaqla məşğuldurlar. İlk növbədə Prezident Administrasiyasında islahatlar aparılmalıdır. Administrasiyanın əksər şöbə müdirləri qəbullarına özləri aşağı düşmürlər, i.şilərini göndərirlər. Görünür sadə insandan iyrənirlər.

Sabir Ağayev 2020-01-18 11:37:14

köklü dəyişikliyə ehtiyac duyulur.l

suleyman 2020-01-18 01:35:19

bura

Vədədaş 2 2020-01-17 00:54:02

Görün nə günə qalmışıq? "Mur-Ay" MMC dələduzlarının rəhbəri müəllim olub, millət vəkilliyinə namizədlərə dərs verir.

Vətəndaş 2020-01-16 22:23:20

Heç seçkiyə gedən var ki?Əvvəldən saxtaığı bəlli olan seçkiyə kim vaxtını və əsəbini sərf edər? Təhsl və səhiyyə işçilərini iş qorxusundan nə qədər karuselə məcburedəcəksiniz? İmkan verin namizədləri kollektivlər irəli sürsün və sərbəst səsvermə keçirilsin.stt

Şəkidən 2020-01-16 16:50:42

Zeynal müəllim, Şəki də Bələdiyyə seçkisində əhalinin səsini qazanan namizədlər kənara qaldı, "sehrli qutu"dan başqalarının adları çıxdı və sənədləşdirildi, aidiyyatı qurumlar da bu saxtakarlığa göz yumdular... Vətənaşın seçkiyə olan inamını öldürdülər...??

Son yazılar