RAZİ NURULLAYEVLƏ BAĞLI QƏRAR DƏYİŞDİ – MSK yekun nəticəni elan etdi

79 saylı İmişli Seçki Dairəsinin lider namizədi dəyişib.

“Report” xəbər verir ki, 43 seçki məntəqəsi üzrə yekun nəticələrə əsasən, Nurullayev Razi Qulaməli oğlu səslərin 20,9%-ni toplayaraq bu dairə üzrə qalib olub.

Xatırladaq ki, daha əvvəl seçki məntəqələrinin bir hissəsinin nəticələrinə əsasən, bu dairənin qalibi Fərzəliyev Murad Qoçu oğlu elan edilmişdi.

***

Seçki kampaniyası zamanı gərginlik yaşanan 79 saylı İmişli Seçki Dairəsindən “Exit-poll”-un qalib göstərdiyi namizədin adı MSK-nın açıqladığı liderlər siyahısında yoxdur.

“AzPolitika.info” xəbər verir ki, sorğularda həmin dairədən Razi Nurullayevin qalib gəldiyi elan olunmuşdu. MSK-nın Seçkilər İnformasiya Mərkəzində 79 saylı dairədən Murad Fərzəliyevin 22.1 faizlə irəlidə olduğu göstərilir. Çox güman, bu nəticə dəyişməyəcək. Çünki dairə üzrə 48 məntəqənin hamısının nəticələri hesablanıb.

Qeyd edək ki, seçkinin təbliğat-təşviqat mərhələsində bu dairədən olan namizədlər arasında ciddi qarşıdurma yaranmışdı. Əksər namizədlər mediada və sosial şəbəkədə mandat alacağı barədə informasiya yayılan Razi Nurullayeva qarşı idi. Onun seçicilərlə görüşündən yayılan videolarda da yerli sakinlərin R. Nurullayevə qarşı təpkili olduğu aydın görünürdü.

Seçkidən bir gün əvvəl rayondakı gərginliyi nəzərə alaraq, Daxili İşlər Nazirliyi Çevik Polis Alayının hissələrini bölgəyə göndərmişdi.

“AzPolitika”

635x100

Şərhlər

Ami 2020-02-12 00:02:30

AMIN Qanuna Məscidin qapısı açıq olanda ???

letif 2020-02-11 11:58:36

tebrikler basqasi guya ne etmisdiki

letif 2020-02-11 11:58:17

tebrikler basqasi guya ne etmisdiki

мubariz 2020-02-10 18:26:02

sizdə yaltaxlığa öyrəndis?o

Vidadi Hacıyev 2020-02-10 16:55:36

Razini ölkədə tanıyan var ki,ona səs verən olsun?Bu biabırçılıq MSK-nı hörmətdən salan ən böyük yanlışlıqdır.

T.ədalət 2020-02-10 12:00:41

Bəzən adama bir musiqi aləti verirlər.Məs.saksafon.Əlində tutursan,yerə qoya bilmirsən,məcburən çalırsan.O vaxta kimi kimliyini gizlətməkdən başqa yolun qalmır..

Son yazılar