ŞİRVANDAKI HƏBSİN ZƏRDABDAKI ƏKS-SƏDASI - Camalovun dövründə 300 nəfərin maaş kartı mənimsənilib?

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində Şirvan Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəisi Aqil Vəliyevə qarşı Cinayət Məcəlləsinin rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Ona qarşı ittihamlardan biri də rayon sakinlərinin müvəqqəti işə cəlb olunması prosesində 300 nəfərin maaş kartını mənimsəməsi ilə bağlıdır.

Gününsesi.org saytının yazdığına görə, istintaq hazırda Şirvan rayonunda adlarına maaş yazılan, amma pul üzü görməyən vətəndaşların dindirilməsi ilə məşğuldur.

Məlumatda qeyd olunur ki, Mərdan Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəmdə çoxsaylı rüşvət, mənimsəmə və vəzifədən sui-istifadə halları aşkarlanıb. Sabiq Müdafiə Sənayesi naziri mərhum Yavər Camalovun qardaşı olan M.Camalov hazırda Zərdab rayonunun icra başçısıdır.

Hazırda korrupsiya və rüşvətxorluğa, xüsusilə də icra başçılarının işsiz əhalinin müvəqqəti işlərlə təmin olunmasına ayrılan vəsaitləri mənimsəməsinə qarşı görülən tədbirlər və həyata keçirilən həbslər onu deməyə əsas verir ki, Şirvanda maaş kartlarının mənimsənilməsinə görə cəzalandırılan təkcə Aqil Vəliyev olmayacaq...

Bu məlumat son zamanlar mərhum nazirin yaxınlarının fəaliyyətilə bağlı yayılan ilk xəbər deyil. Belə ki, Yavər Camalovun oğlu Rəşad Camalov növbədənkənar parlament seçkisində 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olsa da, gözlənilmədən MSK tərəfindən onun namizədliyi ləğv edilmişdi. Məlum olmuşdu ki, Rəşad Yavər oğlu Camalov Rusiya vətəndaşıdır. O, Rusiya Federal Vergi Xidmətinin rəsmi saytında vergi ödəyicisi kimi qeydə alınıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Fərman 2020-03-02 23:32:01

Şəkinin Kommunal Təsərrüfat İdarəsinin maliyyə təsərrüfat fəaliyyəti yoxlanılsa, Şəkini necə talan olunması üzə çıxar və "dövləti sevən" məmurların iç üzü açılar ?

Son yazılar