"PA-da BAŞQA PARTİYA SƏDRLƏRİ İLƏ DƏ GÖRÜŞ OLA BİLƏR" - Pənah Hüseyn

"Prezident Administrasiyasından (PA) görüşlə bağlı təklif gəldi və mən bu barədə digər partiya sədrlərini məlumatlandırdım. Görüş PA-nın Siyasi partiyalar və qanunvercilik hakimiyyəti şöbəsinin müdiri Ədalət Vəliyevin iş otağnda baş tutdu".

Bunu Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn AzPoltika.info-ya açıqlamasında bildirib.

O, xatırladıb ki, hələ yayda həmkarları ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar Prezidentə müraciət edib: "Görüşdə yalnız mən iştirak etmişəm. Konkret mövzularla bərabər Ədalət Vəliyevin səlahiyyətləri çərçivəsinə daxil olan ictimai-siyasi vəziyyətlə bağlı da müzakirələr apardıq. Hesab edirəm maraqlı görüş oldu və faydalı olub-olmadığını isə gələcək göstərəcək".

Müraciətin yayda edilməsinə rəğmən, görüşün niyə məhz indi keçirilməsinin səbəbinə gəlincə, P. Hüseyin bildirib ki, bu barədə müəyyən qənaətləri var. Amma onları açıqlamağı etik saymır.

AXP sədri vurğulayıb ki, Ədalət Vəliyev ölkədə gedən demokratikləşmə prosesində partiyaların mühüm subyekt olduğunu qəbul etdiyini və bu prosesin nəzarətdə olduğunu vurğulayıb: "Məndə belə təəssürat oldu ki, başqa partiya sədrləri ilə də görüş olacaq. Bu görüşün seçki və seçkidən sonrakı  proseslərlə bağlı bir hadisə olmadığını düşünürəm".

AzPolitika.info 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar