YAP- ın “ÇOX VACİB” İCLASI BAŞA ÇATDI – Partiyanın tapşırıqları deputatlara çatdırıldı... (Yeniləndi)

YAP Siyasi Şurasının "çox vacib" iclası az əvvəl başa çatıb.

Bildirilir ki, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib. İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

***

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. "Report"un xəbərinə görə, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.

***

Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova maraqlı açıqlama verib. Spiker deputatlara təklif edib ki, fasiləsiz işləyib müzakirələri tez yekunlaşdırmaq lazımdır, çünki saat 15:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) “çox vacib” toplantısı var. Hakim partiyada spikerin də tribunadan səsləndirdiyi "çox vacib" toplantında hansı məsələlər müzakirəyə çıxarıla bilər?

Müşahidəçilərin ehtimallarına görə, YAP konstitusiya referendumu təşəbbüsü ilə çıxış edə bilər. Artıq bir müddətdir siyasi kuluarlarda bu barədə müzakirələr aparılır. Qeyd olunur ki, hakimiyyət siyasi idarəçilikdə ciddi dəyişikliklər aparmaqda maraqlıdır. Proporsional və ya qarışıq seçki siteminin bəra olunması, Nazirlər Kabinetinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, habelə yerli özünüidarəetmənin gücləndirilməsini nəzərdə tutan dəyişikliklər təklif oluna bilər. Bununla yanaşı Prezidentin səlahiyyətinin azaldılması, parlament çoxluğunun formalaşdıracağı hökumətin yaradılmasının konstitusion əsaslarının səsverməyə çıxarılması mümkündür.

Xatırladaq ki, bu gün Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı da Azərbaycanda konstitusiya referendumunun keçirilməsinin vacib olduğunu bildirib. Siyasi müşahidəçilərə deputatın öz təşəbbüsü ilə danışmadığı məlumdur. Ehtimal etmək olar ki, YAP-ın fövqəladə toplantsında bu barədə geniş müzakirəlrər aparıla bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

Akif 2020-03-15 23:33:13

Milli Məclis deputatları Milli Məclisin gündəlyi ilə çalışmalıdırlar,yoxsa bir partiyanın iapşırıqlarını yerinə yetirməlidirlər? Bu absurd deylmi? Hansı ölkədə parlament Partiya göstərişi ilə çalışır?;

t.ədalət 2020-03-13 16:15:55

Vacib,deyəndə,elə bildim ki,torpaqlarımızın erməni-rus işğalından azad edilməsi üçün hansısa təklif hazırlanır.Ancaq,YAP-ın indiyədək ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar hansısa addımının olmamasını düşünüb məyus oldum.....

Tagi 2020-03-13 15:36:30

omurluk kreslo ... ?

Son yazılar