“MƏN SİYASƏTÇİ KİMİ MƏHV OLDUM...” - Deputat Erkin Qədirli açıqlama yaydı + VİDEO

“Jurnalist İsmayıl Cəlilova verdiyim müsahibə tam biabırçılıq idi. Əgər mən özümü siyasətçi hesab etsəydim o zaman deyərdim ki, siyasətçi kimi məhv olmuşam”. Bu barədə özünün Facebook səhifəsində ReAL hərəkatından deputat Erkin Qədirli yazıb.

Erkin Qədirli bəyan edib ki, özünü siyasətçi hesab etmir və ona görə də həmin biabırçılığı müsahibə vermək bacarığının olmaması ilə əsaslandırır. 

“Mən bütün bu illərdə jurnalistlərdən elə belə qaçmırdım. Bu gün mən “Azadlıq” radiosuna müsahibə verdim. Müsahibə dəhşətli dərəcədə biabırçı alındı, hərdən mən öz qəzəbimi boğa bilmirdim. Müsahibədən sonra mən özümü əzilmiş hiss etdim”,-o yazıb.

Qeyd edək ki, Erkin Qədirli hüquqşünas Xalid Bağırovla birlikdə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilovun YouTube kanalına müsahibə veriblər. Müsahibənin gedişində E.Qədirlidən ReAL sədri İlqar Məmmədovun son bəyanatı haqda soruşublar. 

İ.Məmmədov həmin açıqlamasında parlamentin son iclası zamanı E.Qədirlinin internetdə xoşagəlməz informasiyaların yayılmasına görə cəzaları nəzərdə tutan düzəlişə niyə səs verdiyini əsaslandırmağa çalışmışdı.

X.Bağırov qeyd edib ki, həmin qanun gələcəkdə Azərbaycanda tənqidi səsləri susdurmaq üçün istifadə oluna bilər. Erkin Qədirli isə bu zaman qoyulan suallara tutarlı cavablar verə bilməyib, tez-tez çaşıb və hətta aparıcını təxribatçı suallar verməkdə günahlandırıb.

Müsahibənin sonunda Qədirli deyib ki, özünü siyasətçi hesab etmir və Milli Məclisə təsadüfən düşüb. Aparıcı isə onu özünü biabır etməməyə çağırıb və Qədirli ilə söhbəti yarımçıq kəsib.

635x100

Şərhlər

Əbülfəz 2020-04-05 16:02:54

Siz özünüzü necə siyasətçi adlandırırsınız ki,siyasətiniz yoxdur.Siyasət anlasaydınız niyə məhv olurdunuz ki? Siyasətşinin siyasət olar,zamanı,şəraiti qiymətləndirməyi bacarara! Azərbaycanın bəlası da insanarı öz bilik və bacarığına görə yerində oturtmağı bacarmamağında və ya istəmədiyindədir.ftfdto

Vahid 2020-03-25 14:24:16

İnsan yerini çaş salanda,ağıl qüsuru yarananda belə olur.

nizami 2020-03-21 09:40:37

Beli Ismayil Celilov iki defe Erkin Gedirlini aciq tehqir etdi. Men inanmiram ki, hansisa YAP deputati olsaydi Celilov bu tonda danismazdi. Meselen CUVAL

Aqahüseyin Aqayev 2020-03-21 03:30:39

Müsabiqə alınıb jurnalist sarsaqlayır.bu yeni deyil İLKİN müə.

Elşən Kərimov 2020-03-20 20:50:29

Mən xəbəri təqdim etməyinizi bəyənmədim. Həm başlığını, həm də gəldiyiniz qənaəti. Erkin Qədirli müsahibədə tez-tez çaşmırdı, suallara da tutarlı cavab verirdi. Sadəcə qarşı tərəf də sizin kimi qərəzli idi, İsmayıl Cəlilov isə sözləri tez-tez kəsməklə və yersiz müdaxilərlə yaxşı aparıcı olmadığını, fikrə hörmət etmədiyini və qərəzli olduğunu göstərdi

Son yazılar