“AZƏRBAYCAN DAĞILSA BELƏ, ERMƏNİSTANI MƏHV ETMƏLİYİK!” – “İndi qərar vermək zamanıdır”

“Azərbaycan 1994-cü ildə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsinin qarşısını ala bilmədiyini görüb, onunla atəşin dayandırılması haqqında saziş imzalamağa məcbur oldu. Müharibələrdə kimin haqlı olmasından asılı olmayaraq uduzan tərəf qalib tərəfin bütün tələblərinə boyun əyib, onun kapitulyasiya haqqında təqdim etdiyi sənədə imza atır. Şükürlər olsun ki, o zaman atəşkəs haqqında saziş imzalamaqla Azərbaycan daha alçaldıcı sülh müqaviləsi imzalamaqdan xilas oldu”.

“AzPolitika.info” xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin vasitəçilərlə birgə apardıqları danışıqların nəticələrinə dair açıqlama və Ermənistan Xarici İşlər naziri Mnatsakanyanın son bəyanatına münasibət bildirərkən bunları deyib.

Partiya sədri xatırladıb ki, biz müharibəni uduzarkən mövcud olan beynəlxalq vəziyyət hazırda da dəyişməyib. Ermənistandan fərqli olaraq bizim hərbi-siyasi müttəfiqlərimiz yoxdu. “Bunu Ermənistan xalqı da, rəsmiləri də bilir. Ona görə də bizi aşağılayan və sümüklərimizi belə sızıldadan açıqlamalar verməkdən çəkinmirlər. Mətbuatda vicdan və ləyaqət əzabının yuxularını ərşə çəkdiyi çarəsiz vətəndaşlarımızın Qarabağın bizim olmasını özümüzə sübut etməyə çalışmasını, ah-nalə edib türk olduğumuz üçün türk dövlətlərindən, müsəlman olduğumuz üçün müsəlman ölkələrindən, hüququn aliliyindən danışdıqları üçün Qərbdən imdad diləmələrini, hamısının mənasız olduğunu başa düşənlərin isə Allahdan kömək istəməsini görüncə adamın ürəyi parça-parça olur. Ancaq hər bir azərbaycanlının keçirdiyi bu hisslər heç nəyi dəyişmir. Müharibəyə başlayacağımız halda İranın, Rusiyanın və Qərbin dəstəklədiyi Ermənistana qarşı yanımızda olacaq müttəfiq tapa bilməmişik. Hərbi-siyasi müttəfiqlərimiz olmadığı üçün bitərəfliyimizi elan edib, “Qoşulmayanlar Hərəkatı”na üzv olmuşuq. Bütün bu reallıqları bilə-bilə hazırda müharibə etmək təşəbbüsü ilə çıxış edən soydaşlarımıza demək istəyirəm ki, bu intihara bərabər olardı. Ona görə də biz status-kvonun qorunub saxlanması üçün danışıqları davam etdirib ermənilərin alçaldıcı – “işğal olunmuş ərazilərin məskunlaşdırılması” siyasətinə və Qarabağın müstəqilliyinin onlar üçün keçilməz bir şərt olması barədə açıqlamalarına dözməkdəyik”.

Q.Həsənquliyev hesab edir ki, Azərbaycan xalqı üçün bu alçaldığı vəziyyəti dəyişmək üçün imkanlar var. “Vəziyyəti dəyişə bilərikmi?! Düşünürəm ki, hə! Bunun üçün zaman itirmədən bazar iqtisadiyyatının elementləri olan iqtisadiyyatdan real bazar iqtisadiyyatına keçməliyik. Bunu bizdən ixracatımızın 90%-dən çoxunu təşkil edən xam neftin maya dəyərindən aşağı satılması da tələb edir. Yubanmadan Dünya Ticarət Təşkilatına üzv olmalıyıq. İslahatları həyata keçirmək məqsədilə Birinci vitse-prezidentin sədrliyi ilə, xaricdən dəvət olunmuş peşəkar mütəxəssislərin də qatıldığı xüsusi komissiya yaradılmalı, qarşıya qoyulan vəzifələr bir il ərzində əsasən yerinə yetirilməlidır. İqtisadiyyatda şəffaflıq təmin olunmalı, mülkiyyət növündən asılı olmayaraq biznes fəaliyyəti ilə məşğul olan bütün şirkətlərin maliyyə dövriyyəsi, gəlirləri və ödədikləri vergilər barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Dövlət mülkiyyəti geniş miqyasda, bəzən investisiya qoyuluşu qarşılığında simvolik məbləğə belə, özəlləşdirilməlidir. Yerli və xarici şirkətlərə investisiya müsabiqələrinə qatılmaq üçün xüsusi dəvətnamələr göndərilməlidir. Dövlət satınalmaları və tenderlərin keçirilməsində aşkarlığı təmin etmək üçün qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Nəhayət ki, Ələt azad iqtisadi zonası fəaliyyətə başlamalı, Naxçıvan MR azad iqtisadi zona elan olunmalıdır”.

Deputat sonrakı təkliflərini belə sıralayır: “Bundan başqa müqavilə əsasında formalaşan peşəkar ordu quruculuğu tez bir zamanda yekunlaşmalı, Ordunun rəhbərliyi xalqın etimad göstərdiyi milli kadrlarla gücləndirilməlidir. Məhkəmə-hüquq islahatları dərinləşdirilməli, mülkiyyət toxunulmazlığını təmin edəcək müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmalıdir.

Qarabağ probleminin həllində əsas söz sahibi Rusiya olduğundan onunla danışıqlara başlanılmalıdır. Əgər Rusiya ərazi bütövlüyümüzün bərpa olunmasına mane olmazsa, biz MDB-yə üzv olan ölkələrin Avropa İttifaqı modelində inteqrasiya olunması təşəbbüsü ilə çıxış edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilərik. Yox, əgər Rusiya bu şərtləri qəbul etməzsə, Azərbaycan digər GUAM ölkələri ilə birlikdə Qərbə və NATO-ya inteqrasiya yolu tutmalıdır.

İndi seçim edib, qərar vermək zamanıdır. Əgər heç bir halda Ermənistana təzyiq göstərilməsinə nail ola bilməsək, islahatları başa çatdırıb Böyük Vətən müharibəsinə başlamalıyıq. Azərbaycan dağılsa belə, Ermənistanı da kimin müdafiə etməsindən asılı olmayaraq, məhv etməliyik! Bu xalqımızın ləyaqət məsələsidir. Bundan öncə isə erməniləri belə bir müharibənin olacağına inandırmalıyıq”.

Q.Həsənquliyev hesab edir ki, bütün bunlara nail olmaq üçün iqtidar komandası gücləndirilməlidir. Sitat: “Hesab edirəm ki, hazırda İlham Əliyev Ali Baş Komandan kimi həm qeyd etdiyim islahatları həyata keçirib xalqı Böyük Vətən müharibəsi üçün səfərbər etmək, həm də Orduya “torpaqları azad et” əmrini vermək gücündə olan dövlət adamıdır. Buna heç kim şübhə etməsin. Sadəcə kadr islahatları davam etdirilməli, Prezidentin komandası çəkinmədən problemləri və onların həllinə dair öz fikirlərini Prezidentə deməyi bacaran, peşəkar kadrlarla gücləndirilməlidir. Xalqımız isə islahatların dərinləşdirilməsinə dəstək olmalı, Qarabağın azadlığı üçün daha ciddi kadrlarla, daha çevik xarici siyasət yürüdülməsini tələb etməlidir.

Xalqımızın əzmini nümayiş etdirmək üçün mayın 28-i Respublika Günü bütün ictimai-siyasi qüvvələrin iştirakı ilə “Azadlıq” meydanında bir milyon insanın iştirak edəcəyi “İşğala son qoy, torpaqlarımızı azad et” tələbi ilə mitinq keçirmək ermənilərə ilk mesajımız ola bilər”.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

imran 2020-04-27 10:10:49

Bu adamlar torpağı almaq əvəzinə hələdə erməniyə mesajlar vermək düşüncəsi ilə yaşayanlardır.May ayının 28-də mitinq isə yap-la birlikdə lökbatan da olmalıdır.Çünki yap-ın sevimli məkanı ordadır

Fazil 2020-04-26 00:39:38

Sayın deputat işğaldan 30 il keçib hələ tez deyil ki, bəlkə bir 30 ildə gözləyək.

Tanish 2020-04-24 16:00:29

Birinci o muharibe isteyenleri tapim on xette gondermek lazimdir ve hemin muharibe cagrishini edeni ise ona rehber teyin edilmelidir. Bu dovlet strukturlari ve secilmish deputatlardan biri niye demir ki, nece Azerbaycan dagilsada ermenistani mehv etmeliyik. Berakallah bunun mentigine. ...

Nadir Novruzov 2020-04-24 10:27:46

Düzgün deyir millət vəkili

Problemin Ortaq Kökü 2020-04-24 10:22:22

Hay Qarabağı, onlar vəzifələri zəbt ediblər, məhkəmə İDDİAsı da yox?

Azer 2020-04-23 22:18:13

Mühafize edib Qarabag i ve Qerbi Azerbaycan torpaqlarini almaq lazimdir. Maddi problem yoxdur, insan potensiali var. Qorxmagin yeri yoxdur. Rus ve Iran öz derdindedir ve çetin ki,veziyyetleri düzelsin . Bir de , 40 il diz üste yaśamaqdansa 1 gün ayaq üste vuruśmaq yaxśidir.

Həsənquliyevə 2020-04-23 21:55:28

Qüdrət bəy ə düşümnülməmiş yazılardan bezməyib?Axı özünü göstərmək istəməyin də öz qaydaları var.Millətin Sizdən ağıllllı kadrları var və onlar belə dar düşüncələrlə yox ,ağıllı.hesablanmış və zamanında qərar verirlər. Anca Sizlər parlamentə yol tapıb, insanların heysiyyatı ilə alver edirsiniz.

AQAYEV 2020-04-23 17:54:43

Müharibə qacılmazdır İran erməliləri müdafiyə edə bilməyəcək ARTIQ 50-milyonluq qardaşlarımız da ayılıb himə bəndirlər. rusların başı bu ay elə qarışacaq ki, onlar öz haylarına qalacaq.İndi fürsətdən yararlanmalıyıq.NAXCIVANDAN,FİZULİDƏN,AQDAMDAN,ŞƏMKİRDƏN,QAZAXDAN eyni vaxtda hücum əməliyatı başlamalı.TÜRKƏ istinad edə bilərik!

Təkrar MVyə, əski Viran 2020-04-23 15:27:43

Bu təlaş 25 il gecikib! Partiyanız AŞPAya qaçqın İH haqda bəyanatı vermir?

İsmayıl 2020-04-23 15:11:52

İndi yadınıza düşüb?

oxucu 2020-04-23 14:44:00

Qudret Hesenquliyev, senin populist tekliflerin, hokumet daxilindeki guclu, imkanli qruplarin maraqlarina uyqun deyil , unutma Ramiz Mehdiyevin boyuk tesir imkanlarini..... , senin barende Internetde chox melumatlar var.......

t.ədalət 2020-04-23 14:01:18

Azərbaycan heç vaxt dağılmayacaq!Ancaq ,cəbhə xəttində verdiyimiz itkilər də deyir ki, milli Nolmayan kadrları Azərbaycan ordusundan uzaqlaşdırmaq lazımdır...

Elli 2020-04-23 13:55:06

Məlikməmməd nağılıdır bu yazdıqların. Deyirsən bir 20 il də gözləyək?

Baba 2020-04-23 12:46:38

birincisi Azərbaycan niyə dağılmalıdır ki? İkincisi alan indiyə kimi alardı. Almaq fikirləri yoxdur. Ona görə alınmır. Millətə də icazə verilmir ki müharibə başlayanda olduğu kimi ov tüfəngi ilə gedib düşmənin qarşısında dursun

BAKILI 2020-04-23 12:21:48

-------

Son yazılar