QARAYEVİN DAĞIDICI TAMAHI, RÜŞVƏT PİRAMİDASI... - Deputatdan naziri bitirəcək yazı

"Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə,  bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir"

Fazil Mustafa, millət vəkili

BAZAR VƏ YEMƏKXANA MƏDƏNİYYƏTİ

Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var.

İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərələri dağılmış Mədəniyyət Evinin arxa bağçasında çürümüş taxtaların üzərinə bərkidilmiş brezent örtüklərlə piştaxtalarının üstü qapadılmış kiçik bir kənd təsərrüfatı məhsullarının satış bazarı var, yandan sağ tərəfində isə binanın həyətinə girmiş ucuz yeməklərin və ayaqüstü spirtli içkilərin məkanı kimi tanınan kiçik bir yeməkxana yerləşir. Hər dəfə buradan keçərkən ürək ağrısı ilə düşünürəm ki, bu cür böyük bir qəsəbədə necə ola bilər ki, belə bir Mədəniyyət Evi illərdir təmirsiz və istifadəsiz qalsın. 

Həmin Mədəniyyət Evindən yüz metr aşağıda isə ikimərtəbəli köhnə, hər an uçmaq ehtimallı qəzalı vəziyyətdə olan binada musiqi məktəbi yerləşir. Məktəbə daxil olanda beynindən ancaq “Kəlmeyi-şəhadəti”ni oxuyub, sağ-salamat bu binadan dərhal aralanmaq istəyi keçir. Sonradan anlaşıldı ki, bu musiqi məktəbinin də əlacını tapıblar, tam heyəti ilə 15 kilometr uzaqda Maştağadakı Mədəniyyət Evinə köçürməyi planlaşdırıblar, lakin məktəbin müəllimlərinin və valideynlərinin etirazından sonra müvəqqəti olaraq məktəbi yerində saxlayıblar.

Adı çəkilən musiqi məktəbindən iki yüz metr aşağıda da bir kitabxana yerləşir. Ölkənin əksər kitabxanalarını gəzmiş, burada çalışan dəyərli peşə adamları ilə söhbətləşmiş bir kitab həvəskarı olaraq bəlkə də bu yüz ilin ixtiyarlamış binasına daxil olarkən gözlərimə inana bilməmişdim ki, bu cür kitabxana saxlamaq necə mümkündür? 

Döşəmənin taxtaları qopmuş, kitablar zala dolmuş çirkab suyunun içində, zavallı kitabxanaçılar da soyuq otaqda çiynlərinə paltolarını salıb ümidsiz vəziyyətdə iş vaxtının bitməsini gözləyirdilər.

Ötən həftə bu barədə Milli Məclisdə ayrıca bir çıxış etmişdim, yüzlərlə kitabı ingiliscədən dilimizə tərcümə etmiş bir tərcüməçinin ağır yaşam durumu ilə maraqlanmayan mədəniyyət nazirini ittiham edərək, yuxarıda sadaladığım həmin konkret məsələləri ictimailəşdirməyə çalışmışdım. Və söyləmişdim ki, əsasən yoxsul ailələrin məskunlaşdığı Balaxanı, Zabrat, Məhəmmədi, Savalan kimi qəsəbələrdə bir müasir musiqi məktəbin olmaya, o balaca uşaqları valideynləri ilə birlikdə iki marşurut avtobusu dəyişmək zorunda buraxaraq Maştağaya göndərəsən, bu anlayışla idarə olunan dövlət orqanının adı hər nə olsa da, mədəniyyət nazirliyi ola bilməz. 

Ölkədə əksər kitabxanalar, musiqi məktəbləri, mədəniyyət abidələrinin bir çoxu bu cür baxımsız vəziyyətdədir, bu cür anlayışsızlığın qurbanıdır. Bu gün bir daha həmin qocaman Mədəniyyət Evinin qarşısında durub düşünərkən maraqlı bir müqayisəni tutdum. Həmin xaraba qalmış Mədəniyyət Evi əslində Azərbaycan Mədəniyyət nazirliyinin prototipidir sanki... 

Xaraba qalmış, kiflənmiş, çardağı çökmüş, pəncərələrində şüşə qalmamış, bir tərəfi dəxli olan-olmayan, hər kəsin mal satdığı, mal aldığı bazar, digər tərəfi isə büdcə vəsaitinin talandığı yeməkxana. Əslində illərdir Azərbaycan mədəniyyət nazirliyi alış-veriş bazarı ilə büdcə vəsaitlərinin mədəyə ötürüldüyü yeməkxananın simvolik sintezindən ibarətdir.

Bilindiyi kimi, son vaxtlar ölkə prezidentinin korrupsiyaya qarşı açdığı savaşın ilk artileriya zərbəsi məlum icra başçılarına dəydi. Cəmiyyətdə talançılıqları ilə ad çıxarmış icra başçılarının bir-birinin ardınca “iş” başında yaxalanması insanlarımızda dövlətin dəyənəyinin bundan sonra fərq qoymadan bütün hədəflərə dəyəcəyinə ümid yaratdı. Hətta ölkə prezidenti söyləyəndə ki, bu yalnız icra başçılarının törətdiyi əməllər deyil, həm də mərkəzi orqanlarda, nazirliklərdə bu cür özbaşınalıq, rüşvətxorluq hökm sürür, onlara da layiqli cəzaları veriləcək, çoxunun ağlı, gümanı yeyintiyə daha yatqın nazirliklərin üzərinə yönəldi. Dövlət Təhlükəsizlik Xidmətinin torbasından isə ilk olaraq məhz mədəniyyət nazirliyi, onun vəzifəli şəxsləri çıxdı.

Əslində, açıq şəkildə hələ söylənilməsə də, kimsəyə sirr deyil ki, bu rüşvət piramidası məhz 2006-cı ildən Qarayev cənablarının nazirlik məcarası başlayandan qurulub. Mədəniyyətimizin qalxınmasına xidmət edən hansısa ideyaya, hansısa təşəbbüsə dəstək vermək hələ bir yana dursun, o ideya və təşəbbüslərin boğulması üçün əlindən gələni etməyə çalışan bir nazir obrazı ilə represiya qurbanı olmuş Azərbaycan şairi Mikayıl Müşfiqin sümükləri ilə bağlı məsələ ortaya çıxanda biganə davranışları zamanı daha yaxından tanış olduq. Milli Məclisdə iki il öncə Bülbülün, Xan qızı Nətavanın, Üzeyir bəyin İncəsənət Muzeyinin arxa bağçasında gizlədilmiş erməni vandalizminin hədəfinə çevrilmiş heykəlləri üçün Dənizkənarı Bulvarda açıq səma muzeyi yaradaraq təbliğat vasitəsi kimi istifadə etmək təşəbbüsü qaldırdım, bu günə qədər də o heykəllər biganəliyin qurbanı kimi yerində gözləyirlər.

Hələ 2016-cı ildə şəxsən mədəniyyət naziri ilə görüşərək Bakının işğalının 100 illiyi ilə bağlı film layihəsi təqdim etdim və bildirdim ki, 2018-ci ilə qədər bu film çəkilərsə, yubileyə və Türkiyə-Azərbaycan qadaşlığına böyük töfhə olacaq. Adam deyəsən Türkiyə-Azərbaycan qardaşlığının, Qafqaz-İslam ordusunun zəfər missiyasının mahiyyətini anlaya bilməmişdi. Elə oldu ki, Azərbaycan Prezidenti böyük bir tarixi addım ataraq 2018-ci ilin 15 sentyabrında Türkiyə prezidentini Bakıya dəvət etdi və iki qardaş ölkənin Azadlıq Meydanında birgə hərbi paradı keçirildi. Bakının işğaldan azad edilməsi gününü qeyd etdiyimiz zaman Mədəniyyət Nazirliyi şərəfli tariximizin bu dövrünə aid ortaya nə bir bədii film, nə də sanballı sənədli film qoymadı. Bakının işğaldan azad olunmasına 2018-ci ildə nazir Əbülfəz Qarayevin baxışı ilə 1918-ci ildə bolşevik Əliheydər Qarayevin baxışı arasında hansısa fərqin olmadığını görmək yaxşı ki, bizə müyəssər oldu.

Yeni çağırış Milli Məclis formalaşanda iş elə gətirdi ki, Mədəniyyət Komitəsinə sədr müavini seçildim. Və ilk gündən bu sahədə bütün olub-bitənlərlə tanış olmağa çalışdım. Öncədən də bilgilərim yetərli sayıla bilərdi. 

Görürdüm ki, Azərbaycanda film, kino sektoru çöküb, müstəqillik dövründə Sovet dövrünün ideoloji basqılarına rəğmən min bir çətinliklə çəkilmiş filmlərin səviyyəsinə yetişəcək bircə film belə ərsəyə gətirilmədi. Əksər peşəkarlar bu sahədən imkansızlığa və laqeydliyə görə uzaqlaşdı və ya uzaqlaşdırıldı. Dövlət sifarişlərini səmərəli istifadə edə bilmədilər və ayrılan vəsaitləri mənimsədilər. Araşdırılsa müəyyənləşər ki, kino istehsalı zamanı demək olar ki, ayrilan budcənin 50-60 faizi Kino idarəsinə çatdırılmadan mənimsənilmişdir. 2006-2020-ci illər ərzində Azərbaycanfilmin maddi texniki bazasi struktur kimi yenilənmək əvəzinə dağıdıldı. 

Kinostudyanin binasında cari təmir başlasa da, hər şey alayarimçiq bir vəziyyətdə qaldı. Buzovna qəsəbəsində kinonun balansinda olan “Ekran” uşaq istirahət düşərgəsi dəyər-dəyməzinə satildı. Kinostudyaya məxsus 4-5 hektar torpaq sahəsi də satıldı. Ərazidə kinoya xidmət edən köməkçi binalar da başqa qurumlara, özəlşirkətlərə icarəyə verildi. Qonşu Gürcüstanda bu sahədə görülən işlərlə müqayisə aparılsa, o zaman görünər ki, mədəniyyət nazirliyindəki cinayətkar şəbəkə uzun illər dirçələ bilməyəcək kino sektorunu necə darmadağın etmişlər.

Kitabxanaların durumu daha acınacaqlıdır. Sovet sistemindən miras qalmış kitabxanaların əksəriyyətinin yeri nazirliyin məsul şəxslərinin iştirakı ilə yaşayış binalarının tikintisi üçün satılmış, maddi texniki baza dağıdılmış, kitabxanaçılar ən aşağı maaş alan peşə sahiblərinə çevrilmişlər.

Ölkədə tərcümə sektorunu dirçəltmək üçün real addım atılmamış, ədəbiyyatın inkişafı üçün gənc yazarların dəstəklənməsinə yönəlik konsepsiya hazırlamağa ehtiyac belə duyulmamışdır.

Teatrlarımız da, aktyorların durumu göz qabağındadır. Turizmə vurulan zərbəni isə sadalamaqla qurtaran deyil.

Bu ölkədə Mədəniyyət adına hansısı sahədə irəliləyiş varsa, orada birbaşa ölkənin birinci-vitse prezidenti Mehriban xanımın dəsti-xətti var. Muğam sənətinin inkişafı, xalçaçılığın bir sənət və peşə olaraq stimullaşdırılması və istehsal infrastrukturunun yaradılması, mədəni irsin qorunmasında İçəri Şəhərdən tutmuş Şəki Xan sarayına qədər, Nizami irsindən tutmuş Üzeyir bəyin irsinin təbliğinə qədər, Bakıda mədəniyyət sferasına aid olan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə qədər, YUNESKO məkanında Azərbaycan mədəniyyətinin təmsilçiliyinə qədər bu dəst-xətti görmək, sezmək mümkündür. İndi gəlin yaradılanlara deyil, dağıdılanlara diqqət edək. Bütün dağıdılanların da arxasında, içində, böyründə-başında Əbülfəz Qarayevin dəsti-xəttini hökmən görə biləcəksiniz.

Böyük mütəfəkkirimiz Əhməd Ağaoğlu “Üç mədəniyyət” əsərində mədəniyyətə tərif verərkən, onu bir millətin “həyat tərzi” olaraq təqdim edirdi. Bir millətin mədəniyyəti, onun maddi və mənəvi həyat tərzidir deyirdi. 

On beş ilə yaxındır ki, bu dövlətin, bu millətin mədəniyyəti bir millətin deyil, milli dəyərlərdən tamamilə uzaq olan bir nazirin həyat tərzinin məhsuluna çevrilib. Əsl sənət adamlarının problemlərini dövlət başçısından gizlədərək, toy manıslarının, toppuş efir qaqaşlarının və ya madonnalarının hamisinə çevrilən bir nazir, səfalət içində ürəyi partlayan görkəmli rejissorumuz Rövşən Almuradlı kimi sənət fədaisinə göstərdiyi biganəliyə görə heç vaxt bağışlanmamalıdır.

İndi nazirlikdə aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmirəm. Ancaq bildiyim odur ki, Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satış sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı, onları çökdürən bir mexanizm kimi, bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir.

635x100

Şərhlər

aydın 2020-05-15 17:19:54

Nazirin Şəkiyə təyin etdiyi kadr, onun korrupsioner olduğundan xəbər verir.

nihad 2020-05-15 01:42:39

əgər o həbs olunmasa korrupsiyaya qarşı mübarizə təbligatı əks effekt verəcəkdir,hamı bilir ki,adi bir köməkcini nazir müavini otuzdurmaq nəyə xidmət edir.

Ugur 2020-05-14 08:33:51

Zabitlər parkının yanında bir musiqi mekteb var köckün muellimler musiqi dersi öyredir usaqlara.Bir defe Texmini 2-3 il olar men orada olmusdum.İlahi bir gün dəydi dəhşətli gunde ayaqyolu arı pis veziyyetdi bina ozu pis gündə.Belə olmaz necə yəni nazirin bunlardan xəbəri yoxdu.Bəs niyə o kresloda oturub?

Aqahüseyin Aqayev 2020-05-12 18:55:24

Fazil müə.ilk dəfədir tam səmimi yazı oxuyuram.Əksər hallarda başı cıxmayan sahəyə toxunur.Məs.bu yaxında unun bahalaşması hakqında yazdıqları CƏFƏNĞİYAT iydi.Bunu eşidən ZIRRAMA iş adamları tez unun qiymətini qaldırdı-cörəyin cəkisini aşaqı saldı 1-kq cörək 2-azn dir.

Psevdomilli özəlləşmə 2020-05-12 09:44:51

Nazirlik özbaşınadır? Abidələrin çıxarılması Şuşanın verilməsi deyilmi?

Ədalət 2020-05-12 00:23:57

Deməli oğru desə ki,XƏBƏRİM YOXDU,onu həps eləmirlər ??? Nə yaxşı.

Eli 2020-05-11 22:54:24

Bu adam göresen TV ye baxır yoxss Mockva TV lerne baxır yeqin ikinci olar yoxsa bu adam medeniyyetin niye bu günde klduğunu başa düşerdi

СEBER 2020-05-11 22:40:19

Hörmətli yazarlar əvvəla hörmətli deputatin məqaləsi ilə tam yəqinliyimi bölüşmürəm , beləki hamimizda biganəlik virusu arxayinçiliq vardir , ki hər bir  işə Prezident müdaxilə etməlidir . Heç kəs özünü pis etmək istəmir gözləyir neytrala atir . NEYTRALLİQ **  suçlanan adi dildə  icra başcilari və ya nazirə olan iradlardan daha aqir sağalmaz virusdur . neytralliq yəni _mənə nə ? prinsipi elə SSSR-ni dağidan tendensiyadir Qebbels deyirdi , ki tendensiya tarixin nəbzi və həqiqətləridir , deməli biganəlik , kimsə bizə mədəniyyət evini qapimiza kitabxanai isə mətbəximizə gətirməyə borludur prinsipi Nazirə olan iradlardan daha zərərli tendensiyadir . Bir haşiyyə adini çəkmirəm Heydər Əliyüvin siyasi kursu və davamçi İlham Əliyevin ilk günündən apardiqi modernləşdirimə iqtisadi siyasi kursu haqda   :- mətbuatda və sosial şəbəkələrdə 50 mindən artiq sanballi analitik  məqalə  və koomentlər yazan bir insanin anasindan Sovetlərdən qalan miras əmlaki bağ evini koorupsiyya əlaqələri ilə xaloqlu yeznə əmioqlu vasitəsi ilə Şuşanin alinmasi günü 8 mayda gecə yari məhkəməsiz icrasiz formal bəhanələrlə 15 nəfərin basqini ilə qohum qardaşinin gözü qabaqinda qifillari sindirib özlərini karantin günü atiblar küçəyə.  Kimdir bu insan ? Üzeyir Hacibəyovun Natəvanin Bülbülün  heykəllərini 100 .000 dollar şəxsi vəsaiti ilə gürcülərin vasitəçiliyi ilə  Şuşadan Bakiya  gətizdirən insandir  . Soruşuram , ki axi niyyə şikaiyyət etmirsən ?  Deyir , ki utaniram qələm sahibləri yazarlar  məni taniyar İlham Əliyevin kursuna 50 min məqaləm qalsin bir yana Prezidentə xələl gələr. Fazil Qəzənfər oqlunun adini çəkdiyi  heykəllərin məhz həmin anonim qalan ***  insanin almasina subut elə  onun cavabidir. Əğər o heykəlləri kimsə digər əxlaq sahibi alsaydi Xoşqədəmin verilişlərindən tutmuş şou əhli arasinda 1994-cü ildən bəri özünü reklam edərdi  və bu heykəlləri alan insani hami taniyardi.Bəli dostlar mədəniyyət hələ qalib belə insanlar çoxdur aramizda var ,  deməli tendensiya qalibdir hər şey itməyib qalibdir dostlar. O insan 1994 -cü ildə 100.000 dollara 30 bağ evi alardi ,deməli insani slternativ məfkurə canlandirir aninim qalmaq həvəsi isə yalniz məfkurəli insanlar üçün başadüşüləndir. Dostlar tənqid etmək qinamaq asanddir — neytralliqin əlaməti tənqiddir. Əfsus ki , sadəcəı tendensiyanin dağidici növüdür. 

Cavanşir 2020-05-11 22:26:48

Əliheydər Qarayevlərin ,Qəzənfər Müsabəyovların,Həmid Sultanovların və digər xainlərin kabusu Azərbaycan üzərindən çəkilməyincə nə Qarabağ azad olunacaq,nə də xalqımız xoş gün görəcək.Bu insanın sifətindən xalqımıza nifrət yağır.Allah onların bəlasını versin.kabusu Azərbaycan üzərindən

Eli 2020-05-11 22:18:26

.... Esas iş odur medeniyyat öz özüne inkişaf edir Misal üçün bütün TV-lere baxmaq kifayetdir Adamda en azından millətinə sevgi olmalıdır kı bir defe heç olmasa televizota ya baxsın ya çıxsın xalqdan üzr istesin ki medeniyyetin seviyyesi bu günder heç olmasa rehmstlik Emisinin Ruhu xatirine ...

Şəkidən 2020-05-11 21:41:34

Fazil müəllim, Şəki Mədəniyyət İdarəsinə təyin olun müdir hər şeydən xəbər verir ? Ondan başqa Şəki 3-saylı Musiqi məktəbinin həyat yanı sahəsini, məktəbinin direktoru mənimsəyərək özünə şəxsi ev tikdirib.

Fazil məllim ! 2020-05-11 21:40:02

Yazınız uzun olsa da diqqətlə oxudum. Azərbaycan mədəniyyətindən xəbəri olmayan adamın mədəniyyət naziri təyin edəndə niyə onun kimliyini.təhsilini,təcrübəsini.dünyagörüşünü və kimliyini nəzərə akmayıblar?Axı Ə.Qarayevin kimliyi.evladlarının hansı ölkədə olması,nəslinin kimə xidmıt etdiyi,Azərbaycan mədəniyyəti barədə anlayışı hamıya bəlli olduğu halda niyə bu günə qədər ona dözüblər?

Azər 2020-05-11 20:43:01

Mədəniyyətimizdə böyuk durğunluq hökm sürür.mədəniyyət evkəri bərbad vəziyyətdədir.uşaqlarimiz mədəniyyət evlərində məşğul oksaydı indi bu qədər mənəviyyatsızlar çoxalmazdıə

Faiq 2020-05-11 20:18:56

Bakıxanov qəsəbəsində yerləşən mədəniyyət evini söküblər.

Musiqi müəllimi 2020-05-11 19:56:20

Əbülfəz bizim yollarımızı içəri salmışdı,haraydan sonra qorxub qaytardi

Musiqi müəllimi 2020-05-11 19:56:17

Əbülfəz bizim yollarımızı içəri salmışdı,haraydan sonra qorxub qaytardi

Mubariz 2020-05-11 16:41:22

Xidmətçi vəzifəsinə götürülən adamın imkanı 100 minlərlə ölçülür.130 manata niyə işləməlidir ki,kasıb adam çoxdur kənddə.ana qızını işə götürə bilməz.yəni bir yerdə işlənməlidir.

Mübariz 2020-05-11 16:39:21

Qax rayonu ,Dəymədagli kəndinin mədəniyyət evinin müdiri qızını işə götürüb.

Vətəndaş 2020-05-11 16:35:48

Paytaxtda o boyda Cəfər Cabbarlının ev muzeyi dağılır, illərdir təmir etmirlər. Başqa nə misal lazımdır?!

Elcin 2020-05-11 16:34:48

Abulikin kisiliyi olsaydi cixib deyerdi her sey menlikdi, daha dediyi sozlerle artistlik elemezdi. Qeydirme mugennilerin hamisi xalq artisti adi alib.

nəzakət 2020-05-11 16:01:08

Fazil Mustafa Allah köməyiniz olsun Amin

Salam 2020-05-11 15:20:54

Zaqatala rayonu Muxax kəndininMədəniyyət evindənAzərbaycanda tapmaq mümkün deyildir.Səhv etmirəmsə həmin Mədıniyyət evini Zaqatala RİH-nin başcısə

nihad 2020-05-11 13:34:43

olanı da yararsız hala gətirirlər ki,sata bisinlər

Tanish 2020-05-11 13:34:11

Her bir kende medeniyyet evi, kitabxana var ve onlarin ishcileri maash alir. Hec birinin fealiyyeti yoxdur. O idarelerin faktiki fealiyyeti olmadigi halda heresinde 10 illerdi maash alinir. Bir icra bashcisindan sorushdum ki, bu teshkilatlarin fealiyyeti olmadigi halda onu niye saxlayirsiniz, dediki, ishsizlik problemini hell edirik, neceki, sosial kartlari icra bashcilari yeyirdise, medeniyyetide bunlar talayiblar. Verilen adlarin sahiblerine baxirsan ozu-ozune millet nifret edir. Manaf haranin duduyudur, hokumete bir manat vergi vermir, hele bir yalacci oruc tutanlara iftar verir. Bu narirliyi yeniden gurmaq ve vetenperver birini onun bashin

Memmedhesen 2020-05-11 13:24:48

F tipi teskilatlanmanin uzvu utanmadan evveller oldugu kimi cefengiyyatlar danisir. Ozu kimi f tiplilerin temizlenmesinin heyfini basqalarini tehqirle cixmaga calisir. P.S. sayt pluralizmi qoru ve serhi tam ver. Cunki burda yazdiqlarim butun alemin bildikleridi

İbrahim 2020-05-11 12:37:01

ƏSL MİLLİ XƏYANƏTKAR, MİLLƏT DÜŞMƏNLƏRİ BELƏLƏRİDİR Kİ, MİLLƏTİN MİLYARDLARLA PULUNU ATIBLAR. MİLLƏT İSƏ İNDİ ÇÖRƏK PULUNA MÖHTACDIR. VƏTƏN XAİNLƏRİ................

t.ədalət 2020-05-11 12:34:30

Vəzifələr ... arasında pay-püşk olur.Son təyinatlara bax və gör."Yoxlamaların" da məqsədi ... üçün yer tapmaqdır.

Əli 2020-05-11 12:23:58

Obyektiv məqalədir.

Moshu 2020-05-11 11:48:54

Çox sağ olun Fazil bəy. Bu yazı istintaq orqanları üçün ən sanballı ittiham aktıdır. Nöqtəsinə, vergülünə dəymədən məhkəməyə təqdim etmək olar. Özünə hörmət edən nazir isə ən azından özünə hörmət qoyaraq istefa ərizəsini Prezidentin masası üstünə qoyar və məsuliyyəti Rafiq Bayramov və Zakir Sultanovla bölüşərdi

MV daha ətraflı 2020-05-11 11:45:46

Xalça-Muğam mərkəzi, H.Z.Tağıyevə abidə, Ledi Qaqa...

Rafiq 2020-05-11 11:06:00

Talançılar hamısı YAP-çılardırlar

pensioner 2020-05-11 10:37:40

Qarayev təmiz olsa da (100 faiz əminəm ki,bu belə deyil) ən azı nazirlikdə keçirilən əməliyyata görə hökmən vəzifəsindən getməlidir.

Son yazılar