"BU HƏLƏ ONLARIN CİNAYƏTİNİN CÜZİ BİR HİSSƏSİDİR... " - "Hər addım cinayət, hər addım rüşvət"

"Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub.

Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur.

Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür.

Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir", - dövlət başçısı vurğulayıb.

Prezidenti İlham Əliyev daha sonra deyib: "Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. 

Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm".

"Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar", - dövlət başçısı əlavə edib.

635x100

Şərhlər

Şəkidən 2020-05-19 17:36:46

Cənab Prezident, Şəki yaddan çıxıb ??

Aqahüseyin Aqayev 2020-05-15 18:14:38

Hörmətli Cən.PREZDENT Mən sizin pəhbərliyiniz altında Bizi MM-də təmsil etdiyiniz 1995-2000-ci illərdə biz Sovetin 70-ildə ğördüyü abadlıq işləri ğördük.Nə inki QARABAQ əlillərini və ŞƏHİD ailələrini həmdə diğər ilk növbədə mənzil almaq hüquau olan insanları evlə təmin.Cox iş pəhbərliyiniz altında ğördük.Mənim SİZDƏN ZATİ ALİNİZDƏ bir xahişim var.

Xİn-in kollektivi 2020-05-15 01:28:46

cənab Prezident, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollektivi onun rəhbərliyinin yarıtmaz fəaliiyətindən boğaza yığılıb. Bu lənətə gəlmiş nazirlikdə hır şey pul ilə alınlr, pul ilə də satılır. Kadr siyasəti bərbad vəziyyətdədir. İdarə rəisləri və Səfirlər özlərini balca padişahlar kimi aparırlar. Nazir müavinləri əməkdaşlara münasibətdə yadplanetlilər kimi davranırlar, sanki, onların bu başverənlərlə heç bir əlaqəsi yoxmuş... Məmmədyarov isə hamı nifrət edir.

Eli 2020-05-14 12:20:18

Bu psixologiya ile heç ne deyişmeyecekne qder mi şüurdeyişmeyibMence biz ya xaricde qurtarzn Avropa terbiyesi almış kadrlardan maksimium istifade etmeöi ya da doğum evlene sifariş vermeliyik

KAMILƏ ƏLAVƏ 2020-05-13 23:35:40

O boyda şişirdilmiş dövət aparatında belə düşüncəli insanların olmamadı mümkün deyl.Sadəcə uzun illər rüşvətlə özlərinə imperiya quran idarəetmədən dərhal uzaqlqdırılmalıdırlar.bundan əlavə indiyə qədər havayı priotitet qaxanmış kadrların ölkəyə geniş səpələmək praktikasına son qoyulmalı,bütün bölgələrdən saf (qarışığı olmayan Azərbaycan vətəndaşları nəzərə alınmalıdır.Budur eyni regionun kadrlarn törətdikləri cinayətlətr bir-bir bəyan olur.Belə praktikaya son qoyulmalıdıçünki belə praktika öz çürüklüyünü əyani sübuta yetirdi

Şahin 2020-05-13 20:20:23

Möhtərəm prezident,İcra başçılarının hamısı eyni cinayətin iştirakçılarıdır.Onlar beş deyil.on deyil,hamısıdır.Hamını maraqlandlran isə bu niyə beldir?.Bu boyda ştatlarl olan SİN.Prokurorluq.Aparat və belə hallar. ..

S.Ənvərqızı 2020-05-13 19:25:36

Hörmətli cənab Prezident, siz dövlətimizin inkişafı və xalqımızın rifahı üçün çalışırsınız . Bu yolda Allah sizi qorusun! Əfsuslar olsun ki, Rabitə Nazirliyində "Vətəndaşların Müraciətləri haqqında Qanun" işlək vəziyyətində deyil ? Sizin və dövlət orqanlarının ünvanlarına ailəm məmur özbaşnalıqlarına məruz qalması səbəbli saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq, müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir, göndərilən məktublara nəzarət sistemi olmadığından qanunsuz cavab verməkdən çəkinmirlər... Respublika ƏƏSMN yanında Respublika Dövlət Əmək Müfəttişliyi tərəfindən həyat yoldaşımın Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi rəsmi qaydada bildirilməsinə baxmayaraq Rabitə Nazirliyi tərəfindən əhəmiyyət verilmir, qanunun aliliyinə yox, "sifarişçi"nin şəxsi maraqlarına üstünlük verir. Belə dözülməz və acınacaqlı vəziyyət Rabitə Nazirliyində heç vaxt olmamışdır. Ölkəmizdə də sosial narazılıqları yaradanlarda dövlətimizə və xalqımıza xidmət etmək istəməyən məmurlardır.. uzun müddət vətəndaşın şikayətinə baxılmaması nə deməkdir və məmur özbaşnalıqlarından xəbər vermirmi ?Xahiş edirəm müraciətimə Rabitə Nazirliyi tərəfindən obyektif baxılması üçün göstəriş verəsiniz.

Kamil Həmidov 2020-05-13 17:21:39

Tamamilə doğru. İdaretmədə Yeni Nəsil Gənc kadrlar olmalıdır ki, Cənab Prezidentin göstərişləri şəffaflıqla icra edilsin. Eyni zamanda vəzifəyə təyin olunan şəxsdə vəzifə borclarına qarşı Məsuliyyət hissi aşılanmalıdır. Lakin Məsuliyyət təkcə qorxu və inzibati amirlik yolu təmin olunmur. Başqa yollarl lazımdır. Məsuliyyət əslində Azadlığın çərçivələrindən doğur. Azadlığı isə Seçim yaradır. Yaxşı olar İcra başçıları MER adlandırılsınlar və Cənab Prezidentin (Administrasiyanın) təklif etdiyi 3-4 nəfər namizədin arasından həmin rayyonun sakinləri tərəfindən seçilsinlər. Seçim olduqda onlar həm Cənab Prezdent həm də Əhali qarşısında ikiqat məsuliyyət daşımalı olacaqlar. Uğurlar!

Son yazılar