“BAKU STEEL COMPANY” RAMİZ MEHDİYEVİN NƏZARƏTİNDƏN ÇIXARILDI - Nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırılıb

Azərbaycanın ən iri poladəritmə zavodu olan “Baku Steel Company” ilə bağlı mətbuatda bir çox qalmaqallı yazılar dərc olunub. 

Bu şirkətin qurucusu və 2008-ci ilədək sahibi olan İran əsilli Böyük Britaniya vətəndaşı Paolo Pərvizin ölkədən didərgin salınmasından bu yana istər “Baku Steel Company”, istərsə də sənəd üzərində zavodun sahibi olan, bahalı avtomobillər kolleksioneri Rasim Məmmədov hər zaman mətbuatın diqqət mərkəzində olub.

Sonuncu dəfə cari ilin fevral ayında bu zavodun istehsal prosesini dayandırdığı bildirilirdi. İddia olunurdu ki, R. Məmmədov Azərbaycandan milyardlarla dollar vəsaitini çıxardaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açıb. Ona bu işlərdə türk ortağı kömək edib.

Bundan öncə isə azərbaycanlı iş adamının özünə milyonlarla dollar dəyərində avtomobil alması barədə də informasiyalar yayılmışdı. İddia olunurdu ki, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov sonuncu dəfə qiyməti 1,2 milyon dollar olan “Mercedes G63 AMC İNCAS” maşını gətizdirib. 

Bu maşının bir özəlliyi də ondan ibarətdir ki, onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10-AB-784 dövlət qeydiyyat nişanını sifariş edib. Bu nömrə də xüsusi məna kəsb edir. Belə ki, iş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.

“Hürriyyət” qəzetinin yaydığı xəbərə görə, “Baku Steel Company” şirkətinin rəhbərliyində ciddi dəyişikliklər həyata keçirilib. Etibarlı qaynaqlardan daxil olan bilgilərə əsasən, indiyə kimi şirkətin qeyri-rəsmi sahibi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olsa da, artıq bu zavoda nəzarət tamamilə fərqli qüvvələrin əlinə keçib. 

Bunun necə və hansı şəraitdə baş tutması açıqlanmasa da, bəlli olan odur ki, R.Mehdiyevin “Baku Steel Company”də çalışan nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırılıb

Zavodun sənəd üzərində sahibi olan Rasim Məmmədovun isə artıq bu şirkət üzərində heç bir hüququ qalmadığı, sadəcə “Baku Steel Company”nin idarəçiliyinin hələlik ona tapşırıldığı iddia olunur.

635x100

Şərhlər

sual 2020-05-16 18:13:03

Mafiozlarin TOXUNULMAZLIQ STATUSUNUN LEQVI MUMKUNDURMU ????????...........

Arzu 2020-05-16 00:25:24

Ramiz Maehdiyevin uzun iller qoruyub simalardan biri Elmar mamedyarovdur, axı ikisi də ruslara işləyirlər.

hazi 2020-05-15 22:08:22

kpacubava

Aborigen 2020-05-15 21:36:33

Eşq olsun alimi bir tikə çörəyə möhtac olan millətin milyoherlərinə!

Adil 2020-05-15 18:40:53

??????

Eli 2020-05-15 15:10:36

Mence bu yazılanlar doğrudursa bizim işimiz çox çetindir yenii bu işler Allah elemesin ölkeni inqlaba sürükleyir biz kimle mubarize aparacağıqVallah çox çetin ve sonu görünmeyen bir işdir Allah bu xalqa ve Dövlete kömek olsun

BAKILI 2020-05-15 13:10:22

Bes deyirdiniz yoldaw Mehdiyev o mesele eluninde qidigi geler

t.ədalət 2020-05-15 12:54:19

-----------

Qoca 2020-05-15 11:38:14

Talançılar ölkəni iqtisadiyyarı bölüşdürüb ailə koperativi kimi işlədirlər. Bu dəhşətdir. Belə talan qarət, belə haqsızlıq, belə özbaşınalıq dünyada ikinci bir ölkədə yoxdur.

Son yazılar