“İQTİDARDAKI SATQINLAR CƏZALARINI ALDILAR” – “Xoşbəxt gələcəyimiz yalnız bundadır”

“Vilayət Eyvazov və Əli Nağıyev DİN-ə və DTX-ya müvafiq olaraq nazir və rəis təyin olunanda demişdim ki, ölkədə sabitliyi pozmaq istəyənlər ciddi-ciddi düşünməlidirlər”.

Bunu son günlər payızda dövlət çevrilişinə cəhd ola biləcəyi barədə səsləndirilən fikirlərin nə dərəcədə əsaslı olub-olmadığına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri xatırladıb ki, 2019-cu ilin oktyabrında sabitliyi pozmağa cəhd olunub: “Bundan öncə əsəbləri zəif, iddialı və mənsəbpərəst adamları Prezidentin ətrafından uzaqlaşdırmaq üçün onun səhhətində ciddi problemlərin olması barədə şayiələr dövriyyəyə buraxıldı. Prezidentin xarizmasını alt-üst etmək, onu mənən sarsıtmaq üçün namussuz insanlar söyüş kampaniyasına cəlb olundu. Bu zaman o da nəzərə alınmışdı ki, bir qisim insanlar rəsmi məlumatlardan daha çox dedi-qoduya inanırlar. Həm də inanırdılar ki, dövlət idarəetməsində mövcud olan problemlər insanların həyatını çətinlədirdiyi üçün geniş xalq kütlələri onlara dəstək olacaq. Amma onlar ictimai təhlükəsizliyə cavabdeh insanların dövlətə və Prezidentə sadiqliyini və peşəkarlığını, xalqımızın çevrilişlərin ölkəmizə hansı fəlakətləri yaşatdığını unutmadığını, ən başlıcası isə Prezidentin və Birinci vitse-prezidentin cəsarətini, ekstremal hallar üçün psixoloji hazırlığını və idarəetmə məharətlərini, onlara olan beynəlxalq dəstəyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin elan olunmuş islahatlara inamını nəzərə almamışdılar. Onu da nəzərə almamışdılar ki, bir dəfə ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuş siyasi avantüristlərin çağırışı ilə insanlar heç vaxt küçələrə axışıb dövlət orqanları ilə qarşıdurmaya getməzlər. Bütün qeyd etdiklərimə baxmayaraq, hakimiyyət ehtirası, müxtəlif sifarişlər və maraqlar onları sabitliyi pozub siyasi böhran yaratmaqla hakimiyyəti dəyişmək üçün razılaşdırılmamış aksiya keçirməkdən çəkindirmədi və onlar layiq olduqları dərsi, iqtidar daxilindəki satqınlar isə cəzalarını aldılar və almaqda davam edirlər”.

Partiya sədri əlavə edib ki, ölkədə vətəndaşların həyatını çətinləşdirən problemlərin həlli istiqamətində ciddi addımlar atılmaqdadır. “Artıq xalqımız tərəfindən müdafiə olunan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mühüm qərarlar qəbul olunur, həyatımızın bütün sahələrində islahatların dərinləşdirilməsi üçün işlər görülür. Belə bir vəziyyətdə yalnız sağlam düşüncədən məhrum olmuş insanlar hansısa çevrilişə cəhd etmək barədə düşünə bilər. Ona görə də qeyri-ciddi adamların qeyri-ciddi bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Xalqımız həyatının yaxşıya doğru dəyişməsi üçün Prezidentə yuxarıdan aparılan islahatlarda dəstək olmalıdır. Xoşbəxt gələcəyimiz yalnız bundadır”.

“AzPolitika”

635x100

Şərhlər

übarizəv 2020-06-04 19:25:51

İqtidardakı adı çəkdiklərinizin hamısı Yeni Azərbaycan Partiyasının öndə gedən üzvləridir.Guya Qüdrət Həsənquliyev bunu bilmir?

Milli balta 2020-06-01 15:21:26

Obşi katyola söz tullama, konkret de görək kimi nəzərdə tutursan? Çünki elə çıxarılanlar da var ki, sən onun adını belə dilinə alamazsan.

Satou 2020-05-21 20:58:56

Qüdrət müəəlim, çox optmistsiniz, yaxın vaxtlara qədər haqlı olaraq tənqid etdiyiniz məmmədyarovlar hakimiyyət başındadırlar.... məmmədyarov öz inelindən bir hikmət haciyev də çıxarıb, o da öz ağasının xainliyinə don geydirməklə məşğuldur, odur ki, görüləcək işlər çoxdur!

Araşdır maçıya 2020-05-20 08:16:01

Sırada satqın, dövləti talayan da görünmür, əsasən xalqı soyanlardır.

ejder 2020-05-20 02:35:49

ƏN BÖYÜK GÜNAH YALANI BU XALQA SIRIYANLARINDI

məmmədalı 2020-05-19 22:40:47

sizin YAP-da yeriniz görünür

Oxucu 2020-05-19 21:33:39

Buzovna Polisi tərəfindən bu yaxınlarda Fərid adlı şəxsin evunu oğurlamış Kamran Fərəcovun daxil olduğu dəstə tutulub və sonra sərbəst buraxılıb. ...

nihad 2020-05-19 19:32:03

ölkəni korrusiya bataqlıgında batıran Pamiz Mehdiyev ....o biri biznesləri elinde

Araşdırmaçı 2020-05-19 17:35:11

Qüdrət müəllim, 5-nəfərin həbs olunması iqtidardakı satqınlardan qurtarmaq demək deyil ? Bütün rayonda o əməliyyatlar aparılıb ? Onların hər biri misli görünməmiş dövlət əmlakını talan ediblər ? İcra Başçısı o dövrdə maksimum 5-il işləyərdi ? Şəkidə İcra başçısı 10 - ildir, 1-ci müavin Həsən 21-ildir, İqtisadiyyat üzrə müavini Firon 22-ildir, Hümanitar sahəyə baxan müavin Zərinə 16-ildir, Ərazi idarəetmə şöbəsinin müdiri Rəfail 30- ilə yaxındır, Hüquq şöbəsinin müdiri Əhmədiyə isə 40 - ilə yaxındır işləyir.. Belə bir rayonda inkişaf olarmı ?????? Rayonu özəlləşdiriblər...???

Qüdrət bəyə 2020-05-19 17:11:39

Tələsmisiniz! Hələ iqtidarda kifatkyət qədər satqınlar,rüşvətxorlar,yalançılar mğvcuddur.Ən qorxulusu sə onların YAP-ın qabaqcıl üzvləri olmasıdır.Cinayət işi açılan icra başçıları,milyardları mənimsəyən nazirlər ,hələ ortaya çıxarılmayan onların himayədarları sübut etmirmi ki,əsl təhlükə hələ qabaqdadır.v bunu

Səməd 2020-05-19 14:11:20

Yəqin yığdıqları haqq hesabda krışalarına,obşaka atırmışlar. Yoxsa müharibədə vətən,torpaq uğrunda döyüşən deyillərki, düşmənə satqınlıq edələr. Əslində onlar millətə xəyanət edənlərdir

Fszil 2020-05-19 13:53:01

Nu yazi umumi sozlerden ibaret olmaqlq konkretlikden uzsq oldugundan,demek istediyi satqinlari gzletdiynden hec bir mena kesb etmir.

t.ədalət 2020-05-19 13:18:39

anası,arvadı,qaynanası ermənilər ölkəmiz üçün daha təhlükəlilər....

Mubariz 2020-05-19 12:59:14

İqtidar yaltaqlardan ,ikiüzlülərdən ,oğrulardan saxta deputatlardan qurtara bilsə ,xalq və dövlət xilas olar

Son yazılar