“İNDİ QORXMADAN DEYİRƏM Kİ, PARTİYA ZƏBT OLUNUB!” – “Əli Əhmədov xoşu gələni vəzifəyə qoyur...”

"Əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər...”

Nazir müavinindən tutmuş icra başçılarına qədər müxtəlif ranqlı məmurların həbsi, bir nazirin istefaya göndərilməsi və bu məmurların korrupsiya əməllərinin miqyasına dair üzə çıxarılan faktlar haqlı olaraq, nəzərlərin hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlməsinə əsas yaradıb. Çünki bu adamların əksəriyyəti hakim partiyanın üzvləridir. İndi tez-tez sual olunur ki, belə talançı, vicdansız insanlar hakim partiyanın sıralarına və böyük vəzifələrə necə yol tapıblar. Bunları irəli verənlər kimlər olub?

İdarəetmədəki bu neqativ halların üzə çıxarılan miqyası artıq yalnız sadə, sıravi vətəndaşları deyil, hakim partiyaya xüsusi bağlılığı ilə seçilən, onun yaradıcıları sırasında olan tanınmış YAP-çıları da açıq danışmağa, kəskin tənqid söyləməyə vadar edib.

“AzPolitika.infoxəbər verir ki, YAP-ın qurucularından biri, partiya Siyasi Şurasının sabiq üzvü, əməkdar elm xadimi, professor Əli Əlirzayev "pressklub.az" saytına verdiyi müsahibəsində hakim partiyadakı idarəçiliyi çox kəskin şəkildə tənqid edib və müəyyən dərəcədə hazırkı vəziyyətin yaranmasında günahkar olanların çevrəsini cızmış olub.

Qocaman YAP-çı partiyada və icra orqanlarında yaranan durumu “dəhşət” sözü ilə xarakterizə edib: “Ən pisi odur ki, korrupsiya ilə məşğul olub tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!...”

“O adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə...”

Bununla yanaşı, Ə.Əlirzayev iddia edir ki, partiyanın bugünkü vəziyyətə düşməsi YAP-ın az qala “kənar ünsürlər”in əlinə keçməsindən qaynaqlanır: “YAP-ın qurucuları bu saat partiyadan kənardadırlar, amma sonradan gələnlər indi də vəzifə başındadır. Halbuki onlar YAP-ın üzvlüyünə qəbul ediləndə də, səlahiyyət veriləndə də, sovet hökumətinin vaxtında olduğu kimi, düzgün yoxlanılmalı idilər. Amma birdən-birə gəlib partiyaya üzv olmaq üçün ərizə yazıblar və dərhal yüksək vəzifəyə təyin olunublar. Adamlar var ki, 2002-ci ildə YAP-a keçib, 2003-cü ildə yüksək vəzifə alıb. Əslində, o adamlar YAP-çı deyillər... Mənə elə gəlir ki, indi YAP-ın özündə də çoxlu adamlar var ki, onları heç bir halda icra başçısı qoymaq düzgün deyil. Axı, Biləsuvarın, yaxud da İmişlinin icra başçılarını hansı keyfiyyətlərinə görə, nə ilə əsaslandırıb bu vəzifəyə irəli çəkmişdilər?! İndi həmin adamların korrupsiya əməllərini, hansı eybəcər üsullarla işlədiklərini gördünüzmü?!”

YAP-çı professor hətta hakim partiyanın əqidəsi pozuq, vaxtilə bağlı olduqları siyasi dairələrə xəyanət etmiş şəxslər tərəfindən zəbt olunduğunu bildirib: “İndi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər. Hazırda ideologiyanı korlayanlar da yerində olmayan, düzgün seçilməyən kadrlardır. Biz bu məsələlərə etiraz edəndə, YAP-ın rəhbərliyindəki bəzi adamlar danışmağa imkan vermirdilər, deyirdilər ki, vaxtilə səhvi olanlar indi özünü düzəldib və artıq YAP-a gələ bilər. Mən də bilirəm ki, insan dəyişir, yaşa dolduqca formalaşır, əvvəlki yaramazlıqlarına görə tövbə edir və sair… İnsan olan yerdə belə şeylər mümkündür, kimsə səhv edibsə, tövbə edib, səhv hərəkətlərindən əl çəkə bilər. Amma əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər...”

Əli Əlirzayev müsahibəsində onu da qeyd edir ki, ölkədəki korrupsiyanın miqyası təkcə iqtisadi deyil, mənəvi dəyərləri də alt-üst edib: "Korrupsiya qeyri-bərabərlik, ölkənin ən yaxşı ənənələrini məhv etmək, inkişaf imkanlarını boğmaq baxımından çox pis haldır və dəhşətli xəstəlikdir. Bizim ölkədə isə korrupsiya daha eybəcər haldadır. O dərəcədə eybəcərdir ki, indiki ağır şəraitdə kiminsə payına sahib olurlar, kiminsə zəifliyindən istifadə edib, ona düşən yardımı götürürlər... Çox təəssüf ki, bu cür eybəcərliklər hələ var və çox pis şəkildə cərəyan edir.”

“Əli Əhmədovun kimdən xoşu gəlir, onu qoyur...”

Heydər Əliyevlə bağlı xatirələrini də bölüşən Əli Əlirzayev qeyd edir ki, partiyanın qurucularından fərqli olaraq, ona sonradan qoşulanların bir çoxu buraya vəzifəyə yüksəlmək, varlanmaq, bir sözlə, şəxsi maraqları üçün gəlib. Bu sırada YAP-ın sədr müavini və icraçı katibi, Baş nazirin müavini Əli Əhmədovun da adını çəkən Əli Əlirzayev, onun kadr siyasətində neqativ rol oynadığını xüsusi vurğulayır: “Yenə də o fikirdəyəm ki, təqsirkar YAP deyil, YAP-dan istifadə edib, yüksək vəzifələrdə oturan kadrlardır. Bunlar o kadrlardır ki, YAP-a məhz bu məqsədə çatmaq üçün daxil olublar. Onlar YAP-ı ona görə seçmişdilər ki, buradan vəzifəyə getsinlər.

1992-1993-cü illər bizim üçün çox ağır dövr idi, YAP-da üzvlərin sayı çox az idi, hətta “Səs” qəzetini buraxmaq üçün pul tapmırdıq. Heydər Əliyev vəzifəyə gələn kimi, YAP-a kütləvi axın başladı. Bu axının içərisində çoxlu sayda yaramaz, rüşvətxor, özlərinin şəxsi məqsədlərini güdən adamlar vardı. Halbuki Ziya Bünyadov, Sirus bəy kimi saf əqidəli, xalqına və dövlətinə bağlı olan insanlar da az deyildi. Belə adamlara rüşvətxor demək olardımı? Bu insanların yeganə amalı dövlətə və dövlətçiliyə xidmət etmək idi. Amma sonradan YAP-a qoşulanların böyük əksəriyyətinin məqsədi vəzifəyə gəlmək idi və belə də oldu. YAP yaranan vaxt partiyaya gəlmək istəməyən, qaçıb gizlənən adamlar indi vəzifə başındadır, mən bunu çəkinmədən o adamların üzlərinə deyirəm. Özləri deyirlər ki, YAP-a üzv olmasan, vəzifəyə təyin eləmirlər. Bu, biabırçılıqdır...

Partiya kadr təyinatında yeganə söz sahibi deyil. Kadrları Prezidentə təqdim edənlər var, YAP-ın rəhbərliyi, Əli Əhmədov da onlardandır. Amma Əli Əhmədovun kimdən xoşu gəlir, onu qoyur, xoşu gəlməyənləri qoymur. Orada elə adamlar var ki, nə YAP-ın yaranmasında iştirak edib, nə də sonrakı inkişafında hansısa əməyi olub, nə də əqidəsinə görə tanınır. Yaltaqlıq da gərək qəlbən olsun. Qəlbən olmayanda, bu, sözün həqiqi mənasında yaltaqlıq və yaramazlıq sayılır...”

Sonda qocaman YAP-çı hakim partiyada ciddi struktur və kadr islahatları aparılmasının vacib olduğunu bildirir və hətta iddia edir ki, artıq hakimiyyət daxilində müəyyən qüvvələr baş qaldırıb: YAP-ın strukturunda dəyişiklik lazımdır. İndi elə dövrdür ki, təkcə çıxış eləməklə, təbliğatla nəyəsə nail olmaq mümkün deyil, fundamental proqramlar işlənib hazırlanmalıdır...

Xüsusilə ədliyyə, prokurorluq, polis və məhkəmə orqanları təmiz işləməlidir. Mən açıq deyirəm, polis sistemində vicdanlı, qeyrətli, əqidəli kadrlar çoxdur. Amma korrupsiyanın əhatə dairəsi o qədər genişdir ki, onlar da rüşvətxorları həbs etməkdən qorxur. Çünki hakimiyyətin içərisində müəyyən qüvvələr də baş qaldırıb. Axı, hamı Heydər Əliyevin ideoloji xəttinə sadiq deyil, İlham Əliyevi istəməyənlər də var. Bu adamlar müəyyən dairələrə diktə edir. Ona görə deyirəm ki, tövbə edib partiyaya gələn adamlara inanmaq olmaz. Onlara səlahiyyət vermək, Milli Məclisdə oturtmaq çox təhlükəlidir...”

Göründüyü kimi, nə qədər də şəxsi incikliyi, bəlkə də hakimiyyət ierarxiyasındakı bölgüdən kənar düşməsindən dolayı bu cür kəskin danışsa belə, Əli Əlirzayevin fikirlərində kifayət qədər həqiqəti əks etdirən məqamlar var. 

C.Məmmədov

AzPolitika.info 

635x100

Şərhlər

Fakt 2020-06-23 15:53:46

YAP-çılar tərəfindən Şəkini özəlləşdiriblər və qanunlar işlək vəziyyətində deyil ???

Şəkidən 2020-06-15 15:11:15

Şəkidə YAP-ın sədri, İHB-nın birinci müavini Həsən Həsənov 22- ildir ki, həmin vəzifədə və 22-ildir ki, partiyanın sədridir......??? Partiyanın nüfuzu üçün heç bir təqdirə layiq iş görməyib ???

Cəlal 2020-06-04 19:19:39

Əli Ənmədov,Siyavuş Novruzov və bunlar kimi YAP-ın irəli buraxdığı təcrübəsiz,yarımçıq kadrları,onların hərəkət və danışıqları milləti bazdirib.Yalan-dolanlarla nə qədər baş dolandırmaq olar?Gözləri bir şeyi görür.sözləri başqa şeylərdən bəhs edir....

Moşu Göyəzənli 2020-06-01 00:07:54

Cənab Əli Əhmədov balaca boz kardinaldır, düzdür, ona çox etibar etmirlər, amma keçmiş böyük boz kardinala alternativ kimi yaradılıb... Bunun üçün də cənab Əhmədova YAP-da bəzi-para səlahiyyətlər, hətta bəzi rayonların, bir-iki nazir müavinin və bir səfirin “ağsaqqalı” statusunu verdilər. Beləliklə, aşağıda adları qeyd edilənlər “ağsaqqal”ın xeyir-duası ilə işləyrlər: 1. Mingəçevir, Yevlax, Bərdə, Ağstafa və Gədəbəy rayon icra hakimləri; 2. Azərbaycan Almaniyadakı səfiri Ramin Həsənov. Cənab Səfir Həsənovun həm də cənab Əhmədovun çox yaxın qohumu olduğu bəllidir, bir-birilərinə həddən artıq zahiri oxşarlıqları və maneralarındakı nəzərəçarpacaq eynilik da bununla bağlıdır. Almaniyada yaşayan azərbaycanlılar və diplomatik dairələr istehza səfir Həsənova Əli Əhmədovun kiçik kopiyası deməkdən də çəkinmirlər, Bax belə

Rüfət 2020-05-27 11:37:27

Siyavuş çıxsın desin də sözünü. Düz söz danışanları gah erməni,gah satqın nə qalır ki deməmiş olsun. YAP-çıların bu dəhşətli cinayətlərinə indi qiymət vermək, (fırlatmaq yox) lazımdır

National money 2020-05-26 14:21:25

.....geniş müzakirələrə səbəb olmuş ifadənin müəllifli, ədəbiyyatşünas akademik yadıma düşdü - hayıf o günlərə.........)))))))))))))))

Firuz 2020-05-26 13:00:08

Hörmətli Professor,Bilirsinizmi ki,YAP-ın icra katibi həm də Baş nazirin müavini təyin edilib-Deməli iki maaş alır.Bəs o harda və nə zaman faliyyətdə olur? Onsuz da onun çıxış və danışıqları konkretlikdən uzaq (yalanla baş dolandırır) ciddiyyətlikdən uzaq sz yığın olur. Bir şəxsin iki vzifə daşıması hansı ehtyacdan doğub? Kadr tapılmır?

Səməd 2020-05-26 12:53:37

Bir az yazını ciddi yazmaq,konkret faktları qeyd etmək lazım idi.Məsələn cnab Əlirzayev qeyd edir ki,Əli Əhmədov xoşu gələnləri Prezidentə təqdin edirGəlməyənləri yox.Buradan sual çıxır: Bu xoşu gəlmək nə ilə xarakterizə olunur? Rüşvətin miqdarı ilə,yerlilik.qohumluq əlaqələri ilə ,yoxsa başqa meyarlar var?Çox ehtimal ki, rüşvt birincilik təşkil edir ( yoxsa onlar sərbəst talançılıq vəreşvətlə,mənimsəməklə məşğul ola bilməzdilər.Ən maraqlısı isə odur ki. onlar 15-20 ildir bu əməllərindən necə və kimin sayəsində mühafizə olunublar?3yçd

Vəlizadəyə qüvvət 2020-05-26 08:11:45

Qarabağ genosidinə bəyanat belə vermirlər?

Taleh 2020-05-25 17:08:44

Əli Əhmədov, Mübariz Qurbanlı, bahar Muradova YAP-ın QƏBİRQAZANLARIDIR.İşlərini görüb qurtardılar.Təsadüfi deyil ki, 750 minlik YAP--ın söz sahibi Siyavuş, deputatı Elman Nəsirli kimiləridir.

Səlimə əlavə 2020-05-25 11:20:47

1993-cü ildə prezident fərmanı ilə ad,soyadların dəyişməsi fərmabnı imzalandı,erməni adı,soyadı daşıyanlar azərbaycanaşdırıldı,bu yaxınlarda miqrasiya xidməti ad və hətta ata adlarını dəyişilməsinin müsət həllini yazdı.Yeni arməni və yezidi kürd lər azərbaycanlaşdırıldı.İndi bəzi məmurların kökünü araşdırsanız dəhşətli mənzərə ilə qarşılaşasınz..Paşinyan Şuşada məclis qurdi,Hakimiyyət bir quru bəyanat guya göndrdi. Vı bu kimi hallar kifayət qədərdir. ...

Cəmşid Dərələyəzli. 2020-05-25 09:36:04

Ona görə də kadr islahatları YAP icra Aparatı da keçməlidir.

Tanish 2020-05-25 08:41:43

Bunun doshu orden midal uchun darixib. Ozu ve gurdugu partiya haqqinda dediyi sozlere bax. Her shey bizim olmalidir. Bu tutulanlar kilkelerdir ve yiyeleri yoxdur. Asas akulalar helede hovzede talanla meshgul olur. Onsuzda koronovirusa nece inanirsa ehali bu tutatutada ele inanir. Bunlarin senarisinin ve filimlerinin anonsu coxdan verilirdir

XIRS QULDUBASAN 2020-05-25 05:16:04

Ay oxucu, qiymətli vaxtını itirib bu saytlarda, feysdə bu qədər kommentlər, fikirlər yazma. Onsuz da məmurlar xalqın sözünü oxuyub, səsinə qulaq asmır. ..

Molla Nəsrəddin 2020-05-25 04:46:15

Bu məqaləyə qoyulan fotoya diqqətlə baxın. YAP-ı hörmətdən salan məmurların və ə millətdən uzaq millət vəkillərinin bir çoxunu orada görəcəksiniz!

Yeni azərbaycançı 2020-05-25 04:24:03

Yeni Azərbaycan Partiyası hər il 7-9 milyon manat (!) vəsait yığır. O pullar indiyə qədər hara, hansı ciblərə axışıb? Guya pul hesabatı verib xalqın gözündən pərdə asırlar ki, hər şey şəffadır?.

VƏTƏNDUST 2020-05-25 03:51:19

Professor Əli Əlirzayev əsl ziyalıdır. YAP-ı ilk quran şəxsiyyətlərdəndir, məşhur 91-lərdən biridir. Çox təmiz, vicdanlı, düz insandır. Özü də əla bir iqtisadçı mütəxəssisdir. Çox iqtisadçı akademiklərə istisadiyyatdan dərs verə bilər. Onu kimi təmiz, bacarıqlı, partiyaya sadiq insanları YAP-ı idarə edən filankəslər partiyadan uzaqlaşdırdılar. Təqsirsiz üzvləri şərləyib partiyadan xaric etdilər. Onların yerinə rayonlardakı dələduz bank müdirlərindən, el içində hörməti olmayan tacirlərdən, alverçilərdən, YAP-a anektod qoşanlardan rüşvət alıb yerlərdə təşkilat sədri qoydular, sonra da İH başçılar və ya başçı müavini. Bununla partiyanı idarə edənlər Heydər Əliyevin yüksək amalla yaratdığı bu partiyanı cəmiyyətdə hörmətdən saldılar.

Səlim Vəlizadə 2020-05-24 18:51:26

YAP-ı əsli naməlum şəxslər...

Aborigen 2020-05-24 18:29:30

Hörmətli Əli müəllim! Sizin bu dediklrinizi adi pinəçi də bilir. Yaxşı olar ki, Siz deysiniz bu niyə baş verdi? Kimlər elədi və məqsəd nə idi?

ejder 2020-05-24 16:53:19

AYE,BU .... MESELESIDI...HARADAN...

sual 2020-05-24 15:50:42

Sitat: “İndi qorxmadan deyirəm ki”.....professor, maraqlıdır bundan qabaq nədən qorxurdun ki ??? Ya indi niyə və nədən qorxmursan??? Dəyişən nədir ay professor??? Konyuktura??? ......)))))) Deyirlər, daldan atılan daş topuğa dəyir.....))))))) sitat: ....“tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!...” səhvin var professor, dəhşət bu deyil (dünyanın əksər ölkələrində hakim partiya üzvlərinin korrupsiyada iştirakı olub və olacaq, yəqinki), dəhşət odur ki, adam 50 ildir ölkə iqtisadiyyatı üzrə tədqiqat aparır, cibində 5-10 dənə müxtəlif səpkili alimlik diplomları var, amma ortaya çıxıb 5-10 sanballı cümlə deyə bilmir......bax, dəhşət budur!!!

Xalqın gözü 2020-05-24 14:44:58

Siyasi cərəyan məramca fərqli olar, "Qarabağ ləbbeyi" ilə hakimiyyəti zəbt yox!

Əlirzayevə 2020-05-24 14:22:17

İnsan qorxa-qorxa nə qdəryaşaya bilər? Bu polis rejimi nə qədər davam edcək? ..

Araşdırıcı 2020-05-24 14:03:31

YAP üzvlərinin İcra başçısı,nazir təyinatı möhtərəmPrezidentin sərəncamı lə olduğu hər kəsə bəllidir.YAP-ın bu üzvlərinin təqdimatını verən,möhtərəm prezidenti çətin vəziyyətə salan,əhalini narazı salan bu məmurları təqdim edən,sənədlərini yanlış trti edib Prezidentə tqdim edənlər niyə kölgədə saxlanılır? Deməli,YAP-a kiməsə xoş gələn üzvlər müxtəlif yollarla vəifələrə soxuşdurulub.Bəs möhtərəm Prezidentin inandığı köməkçilmüvafiq administrasiya işçilərinin,YAP-ın buna məsul olan icra katibinin adı niyə hallanmır? Bu xalqı,milləti aldatmaq deyilmi? Çünki həmin şəxslər hamının gözü önündə bel cinayətləri törədiblər ve yerdə qalanları da onlardan geri qalmayıblar.Texnoloq bir mərkəzdədir.ıtpçə

pensioner 2020-05-24 12:31:10

Vəzifələrdə olan YAP-çıların mütləq əksərriyyətinin mənəvi durumu bəyənmədiyimiz keçmiş kommunistlərdən çox-çox aşağıdır.

Mubariz 2020-05-24 11:45:22

......Allah rəhmət eləsin, Sizə Sirus Təbrizli ,buna görə ürəyiniz tab gətirmədi

Firudin 2020-05-24 10:23:01

Zeif icraci katib,yalan danismagi ozwne adet eden adamin partiyasi da bele olar.

t.ədalət 2020-05-24 10:21:15

Əli müəllim, korrupsioner olsa da azərbaycanlılardan qorxmayın.Qorxulu olanlar anası,arvadı və qaynanası erməni olan,nazir və b. vəzifələri tutanlardır.Torpağı işğal,əsgərləri qətl edilən ölkədə erməni kadrlar necə irəli çəkilir?Bundan yazın.

bez partiyni 2020-05-24 09:31:48

Məmurların 99 faizi .... Düzünü deyək və qəbul edək də, bu onların iş və həyat tərzləridir. Eyni zamanda bu məmurların 100 faizi YAP-çılardır. Bunu inkar etmək mümkün deyil. Belə alınır ki,....

Rəis "pressklub.az"a 2020-05-24 09:31:27

XC, YAP..elə ilkən VƏZİFƏ (DQMV)məramlı psevdomilli, tramplin qurumlardır

Son yazılar