"ONLAR SUALLARIMIZA CAVAB VERMƏLİDİRLƏR..." - “Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, büdcənin icrasına daha dəqiq yanaşılmalıdır: “Müzakirələrə digər nazirliklərin, qurumların da nümayəndələri dəvət olunmalıdır. Onlar da Maliyyə Nazirliyi kimi bizim suallarımıza cavab verməlidir”.

Millət vəkili həmçinin qeyd edib ki, bank sektorunda problemlər hələ də qalmaqdadır: “Bu yaxınlarda 4 bank bağlandı. Onlardakı depozit 800 milyon manatdan çoxdur. İndi sual yaranır ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”

Deputat Əli Məsimli isə deyib ki, Azərbaycanda maliyyə və kapital amnistiyası ilə bağlı məsələnin sürətləndirilməsi vacibdir.

Onun sözlərinə görə, dünya yeni bir böhrana doğru gedir: "Ölkə başçısının rəhbərliyi ilə bu gün korrupsiyaya qarşı ciddi mübarizə aparılır".

“Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”, - Ə.Məsimli əlavə edib.

635x100

Şərhlər

Fakt budur 2020-06-20 19:02:31

Dövlətin əmlakını rayonlarda talan edən İcra başçıları haqqında yuxarı direktif orqanlara məlumat vermisinizmi hörmətli Deputatlar...?? Deməli yerlərdə kiçik padşahların at oynatmasında deputatlarında günahı böyükdür ?onlar dövlətimizin inkişafı və xalqımızın rifahı üçün iş görmür, yalnız reklam xarakterli özlərini iş görən kimi qələmə vermək istəyirlər ?? ?

İ.Mustafaoğlu 2020-06-11 23:04:56

Bütün rayonlarda dövlətimizin mənafeyi naminə ciddi maliyyə yoxlamaları aparılmalıdır, çünki uzun illərdir ki, dövlət əmlakı məmurlar tərəfindən talan edilib, vətəndaşların haqlı şikayətinə qətiyən baxılmayıb, baxılsaydı cinayətlərin qarşısı çoxdan alınardı.. Məmurların qanunsuz fəaliyyətləri vətəndaşı dövlətdən narazı salıb, sosial narazılıqların artmasına gətirib çıxarıb. Dövlətimizin imicinə öz xdmətləri ilə mənfi təsir göstərən məmurların əldə etdikləri qanunsuz milyonları əllərindən alınmalıdır,çünki onların var-dövlətləri gələcəkdə dövlətçiliyimiz üçün təhlükə mənbəyidir.

Ağayev Ağahüseyn 2020-06-03 16:58:14

Hör. Millət vək.Maliyə nazirliyinin əməkdaşları hər ilin sonu Bütun RİH-də və Nazirliklərdə yoxlama aparır.Hər bir forma-2-ə ğörə hakq alır.Mən uzun müddət RİHB-nın müavini olmuşam və bu işə mən baxmışam.Hər ilin sonunda onları qovurdum cünkü mənimsəmə olmurdu.Hətta məndən bir dəfə Respubilka prokurorluquna DANOS verilmişdi.Öetdim və prokurora başa saldım ki,hamı oqru deyil. Yoxlayın yoxladılar 6-min azn form 2-iydi ğörülən işlərin həcmi 20-min azn iydi.BUQQƏDƏR vəsaiti İCRA ORQANLARI NECƏ OQURLAYA BİLƏR onlara şəraiti məsul şəxslər yaradır....

Tahir 2020-06-03 08:27:52

Boş sözlərdir. Bunların dediklərin insanlar illərdir deyir. Bir fərqi var. Bunlar milyon deyir. Başqaları milyar deyir. Əli Mənsimovun indiyə kimi 1-cə kəlmə tutrlə,prinsipal söz dediyini eşidmisinizmi? Bidə nə oldi bunlarda cəsarət əmələ gəldi.......

Eli 2020-06-02 23:52:59

Hörmetli Əli müəllimin fikri temiz Şekili “fəlsefesidir”

Xalq 2020-06-02 23:45:53

Bu harınlamış rüşvətxorlarıən sərt şəkildə cəzalandırmaq lazımdı

seçici 2020-06-02 23:37:14

Deputatların şousu davam edir. lal Parlamentı diskusiyalı müzakirəli parlament kimi göstərmək istəyirlər. Ancaq parlamentdə həqiqi müxalifət olmasa orada heç bir prinsipal müzakirə olası deyil.

Deputata 2020-06-02 19:18:08

Maliyyə və kapital amnistiyasının qəbul edilməsi üçün əvvəlcə bu maliyy və kapitalın təmiz yolla əldə edlməsinə ciddi diqqət verlməlidir.Yoxsa.oğurlanan vəsaitlər bəziləri tərəfinən qanuni olaraq öününkiləşdiriə bilər.təri

ejder 2020-06-02 18:54:17

BU HAKIMIYYETIN ANALOQU OLMAYAN INKIWAFININ NALIYYETIDIR

Kasıb 2020-06-02 18:50:27

Hörmətli millət vəkilləri, uzun illərdir ölxəni xalqı soyub talayır qanını içirlər. KİMDİR GÜNAHKAR?

Son yazılar