4 İYUNDA GƏNCƏDƏ NƏ BAŞ VERMİŞDİ? – Komitə sədrinin mövqeyi

Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun 4 iyun 1993-cü il Gəncə hadisələrilə bağlı qısa müsahibəsini təqdim edirik:

- Sadiq müəllim, sizcə 04 iyun 1993-cü ildə Gəncədə nə baş vermişdi?

- Bu məsələyə təkcə həmin gün Gəncədə baş verənlərdən yox, daha geniş çərçivədən baxmaq lazımdır. 70 il mövcud olmuş imperiyanın dağılmasilə xalqımızda milli oyanış baş qaldırmışdı. Müstəqilliyin əldə olunmasilə siyası idarəetmə yeni yanaşma tələb etməyə başlamış, elə bu səbəbdən ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən “köhnələr” - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan cəbhəçilər bu böhranın daha da dərinləşməsi üçün öz “töhfələrini” verməkdə idilər. Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Fikrimcə, Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayında cəbhəçi bəylər hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdi, indi bu barədə geniş danışmağa ehtiyac yoxdur – hər şey aydındır. Vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altında düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, bütün ümidini böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə bağladı. Movcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan “bəylər” də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalaraq, üzlərini Naxçıvana - ümummilli liderimizə tutdular. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.

Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi. Baş verənlər SSRİ-nin dağılmasından sonra Rusiyanın o vaxtkı rəhbərliyində hələ də imperialist təfəkkürlü insanların imperiyanı bərpa etmək, yenidən Azərbaycanı və o cümlədən digər müstəqillik əldə etmiş dövlətləri açıq-aşkar öz təsir dairələrinə almaq planlarının məntiqi nəticəsi idi. Hadisələrin sonrakı analizi onu deməyə əsas verir ki, bu qüvvələrin planı Dağlıq Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Bunun üçünsə onlar tərəfdən əlverişli şərait var idi. Belə ki, heç bir siyasi səriştəsi olmayan, dövlət idarəetmə sistemini anlamayan inşanlar hakimiyyəti ələ keçirmişdilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də onun ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

- Bəs barəsində danışdığınız təhlükələr bu gün də mövcuddurmu?...

- Təhlükə həmişə var. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr az deyil. Dövlətçiliyimizi, müstəqilliyimizi gözü götürməyən, inkişafımıza hər vasitə ilə, açıq və ya gizli şəkildə əngəl olmağa çalışan dövlətlər və qüvvələr yenə var. Sadəcə bu təyziqlərin qarşısında hər kəs ilə öz dilində danışa bilən, Azərbaycanın milli maraqlarını layiqincə qoruyan, Azərbaycanımızın, xalqımızın şərəf tarixinin yeni-yeni şanlı səhifələrini yazaraq gələcək nəsillərə ötürən Liderimiz, Prezidentimiz İlham Əliyev fenomeni dayanır. Fəxrlə deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrin 100 ildən artıq müddətdə keçərək əldə etdiyi demokratik dəyərlərə, biz ulu öndərimizin ideyaları əsasında cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın yürütdüyü siyasət nəticəsində çox qisa vaxtda nail olmuşuq.

635x100

Şərhlər

Mualifesual 2020-06-16 13:49:10

Fikrimcə, Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Bununla demek isteyirsen ki, o hadiseleri o genosidi senin geyd etdiyin komandalar heyata kecirib.

Son yazılar