Azərbaycandakı son günlərin koronavirus statistikası göstərir ki, epidemiya öz təsirini saxlamaqda, hətta gücləndirməkdədir. Lakin təəssüf ki, əhalimizin bu mənzərəyə nisbətdə davranışı çox vaxt adekvat olmur.
Hələ də bir çox vətəndaşlarımız və sosial şəbəkələrdəki “ekspertlər” bu pandemiyanı şübhə altına alır, bütün dünyanı diz çökdürən bu bəlaya qarşı etinasız münasibət göstərirlər. Bunun da nəticəsi göz qabağındadır – gündəlik yoluxma 300-ün üzərindədir, ölənlərin sayı isə 100-ə yaxınlaşır.
Məlum olduğu kimi, ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejimi tətbiq olundu. Qeyd olunan ərazilərdə iyunun 8-i saat 6:00-a qədər küçəyə çıxmaq yasaqlandı, mağazalar, apteklər də daxil olmaqla xidmət sahələri fəaliyyət göstərmədi. Rəsmi qərara əsasən bu addım infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə atılıb.
Ancaq təəssüf ki, bu qərar əhalinin müəyyən kəsimi tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları yalnız həftənin son günlərində tətbiq olunan bu qadağanın virusun yayılmasına təsir etməyəcəyini düşünür.

Lakin bir çox dünya ölkələri, xüsusilə də qardaş Türkiyənin təcrübəsi göstərir ki, həftəsonu sərt karantin tədbirlərinin tətbiqi epidemiya ilə mübarizədə heç də effektsiz hesab oluna bilməz. Belə ki, epidemiyanın ilk üzə çıxdığı dövrlərdə çox böyük sürətlə yayıldığı Türkiyənin bu bəla ilə uğurlu mübarizə aparmasında bütün digər tədbirlərlə yanaşı, həftəsonu tətbiq olunan sərt qadağalar da öz müsbət rolunu oynamış oldu.
Xatırladaq ki, aprelin əvvəlindən başlayaraq, Türkiyənin 30 böyük şəhəri və tənəffüs yolu xəstəliklərinə çox rast gəlinən Zonquldak şəhərində həftəsonu komendant saatının tətbiqilə bağlı qərar qəbul olunmuşdu. Həmin vaxt 31 vilayətdəki bütün vətəndaşların küçəyə çıxması qadağan olunub və iki gün ərzində əhali üçün zəruri olan ərzaq, eləcə də digər ehtiyacların qarşılanması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Bundan sonra Türkiyədə hər zaman olduqca geniş və təmtəraqlı şəkildə qeyd olunan Ramazan bayramında da eyni tədbirlər həyata keçirildi. Bu dəfə komendant saatı artıq 4 gün müddətinə tətbiq olundu. Bununla əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətə sərəncam göndərdi. Nazirlik 2 gün həftəsonu və 2 gün də Ramazan bayramı daxil olmaqla, 23-26 may tarixlərində (22 may gecə 00:00-dan 26 may gecə 00:00-dək) evdən çıxmağı qadağan etdi. Və əhali də bu qadağaları anlayışla qarşılayaraq, ona tabe oldu, riayət etdi.
Təbii ki, bu qadağaların məhz həftəsonu və bayram günlərində tətbiqi təsadüfi deyil. Çünki məhz istirahət və bayram günləri əhalinin daha çox qarşılıqlı təmaslarda olması riski böyükdür. Elə həmin Türkiyənin özündə gizli olaraq keçirilən bir yas mərasimində 100-dən artıq insanın virusa yoluxduğu aşkarlanmışdı.
Məhz bütün bunlar nəzərə alınaraq, Türkiyə və digər bir sıra ölkələrdə həftəsonu qadağalarına dair qərarlar qəbul olundu və bunun bəhrəsi də müəyyən müddət sonra özünü göstərdi. Belə ki, artıq Türkiyədə virus demək olar tam nəzarətə alınıb, yoluxmalar və ölüm halları minimuma endirilib.
Buna görə də ötən həftənin sonundan etibarən sərt karantin rejiminin tətbiqi dayandırıldı. Ancaq bu müsbət mənzərənin yaranmasına qədər Türkiyə kifayət qədər uzun yol keçdi, sərt addımlara, qadağalara getməli oldu.
Görünən odur ki, Azərbaycanda yaranan hazırkı epidemioloji durum bu epidemiyanı mümkün qədər az itkilərlə adlamaq üçün sərt karantin tədbirlərini təxirə salmağa hələ ki, imkan vermir. O da şübhəsizdir ki, bütün bu tədbirlər qanunlar, insan hüquq və azadlıqları çərçivəsində tətbiq olunmalıdır. Lakin eyni zamanda, vətəndaşlar da indiki dövrün həssaslığını, ortada bütün haqq və azadlıqlardan daha yuxarıda dayanan xalqımızın sağlamlığını və insan həyatının önəmini, dəyərini nəzərə almalıdırlar.
V.Nəsibov
AzPolitika.info

Şərhlər
Bu tamamilə lazımsız,insanlarda aqressiya yaradan səbəb olan,mahiyyətcə proilaktik mənası olmayan, nətcəsi mənfi olan tədbirdir.Ən çox isə bunu siyasi məqsədlər üçün tətbiqi nəzərə çarpır.necə la bilir ki, 2 gün koronovirus insanları tinsanlar qorunmasa belə təsiri olmur..Elə yalnız bu fakt 2 günlük qarantin rejiminin profilaktik yox.yalnız siyasi mühafizə üsulu olduğunu təsdiqləyir.Beləliklə nə qədr davam etmək olar?
Koronavirus statistikası şübhə doğurduğu,burada siyasi məqsədlərin mövcud olma ehtimalini nəzətə alaraq bu statistikanın ciddi aparılması vacibliyi fiqqətə alınmalıdır. plmasım vacibliyi
Karantinden evvelki qûn , karantinden sonrasi qûn ))) ne qûndeydi yollar bazarlar ?))) Adamlar bir birinin aqzinin icinde ....
AYRILAN UCMILYARD PULU SILMEK UCUNDU.HARAMINIZ OLSUN
Əhali qadağaların əleyhinə deyildir.Narazılıq ,çörək satışını və aptekləri qapamasıdır.Halbuki qadağaları insan sıxlığını azaltmaq,dezinfeksiya tədbirləri görmək və b.yollarla da etmək olar...."Qapanma" tibbi tədbir deyil...
Karantin rejimi lazımdır, amma başqa avropa ölkələrində olduğu kimi sivil və mədəni.
Bu oyundur. Bu oyunla kasıb əhalini bezdirmək lazım deyil. Varlılar hamısı villalarda bağ evlərinə hektarla sahəsi olaN İQAMƏTGAHLARDA ATƏLMİŞ MİLYARDLARDAN XƏRCLƏYİB KEF ÇƏKİRLƏR
Nəhayət bu həftəsonu qaağanın mənasızlığını dərk edən Türkiyə Prezidenti belə mənasız tədbiri ləğv etdi.Bu insan azadlığına,hüquqa zidd olduğundan və cəmiyyətin bundan əzab çəkdiyini ,insanların 98 faizinin öz sağlamlığı qeydinə qalmaq fikrində olmaqla bütün ehtiyat təbirlərdən istifadə etdiyini nəzərə alsaq bu tədbiin mənasız olduğu aşkar olar.