Menu

ONLARA VAXTINDAN ƏVVƏL NÖVBƏTİ XÜSUSİ RÜTBƏ VERİLDİ - Fotolar

31.10.2026, 22:51
ONLARA VAXTINDAN ƏVVƏL NÖVBƏTİ XÜSUSİ RÜTBƏ VERİLDİ - Fotolar

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə vaxtından əvvəl növbəti xüsusi rütbələr verilib.

"AzPolitika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə fərqləndiklərinə görə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl tibb xidməti polkovnik-leytenantı, Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə isə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində elmi araşdırmalar aparıb və qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb. Daha sonra 2016-2024-cü illərdə müxtəlif xəstəxanalarda fəaliyyət göstərib.

2024-cü ilin iyul ayında isə Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib.

Cəmil Kamilli

Elşad Məmmədli

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol