Menu

AZƏRBAYCANDA MİNİMUM YAŞAMIN QİYMƏTİ – Bir nəfərə ayda nə qədər pul lazımdır? + CƏDVƏL

31.10.2026, 09:03
AZƏRBAYCANDA MİNİMUM YAŞAMIN QİYMƏTİ – Bir nəfərə ayda nə qədər pul lazımdır? + CƏDVƏL

Məlum olduğu kimi, Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq. Bu, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub. Layihəyə əsasən, gələn il yaşayış minimumu 314 manat olacaq. Beləliklə, ehtiyac meyarı 14 manat, başqa sözlə 4,6 faiz artırılacaq.

Gələn il əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat olacaq.

Məlumat üçün bildirək ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır.

Qeyd edək ki, Azərbaycanda yaşayış minimumu üzrə hər il cuzi miqdarda artımlar qeydə alınır. Məsələn, 2017-ci ildə bu rəqəm 155 manat, 2018-ci ildə 173 manat, 2019-cu ildə 180 manat, 2020-ci ildə 190 manat, 2021-ci ildə 196 manat, 2022-ci ildə 210 manat, 2023-cü ildə 246 manat, 2024-cü ildə 270 manat, 2025-ci ildə 285 manat, cari ildə isə 300 manat olub.

Maraqlıdır, hazırkı bahalaşma və inflyasiya nəticəsində ortaya çıxan qiymətlərlə bir nəfərin aylıq minimum yaşam xərci nə qədərdir?

Ərzaq məhsulları

Məhsul və xidmətlər Minimum aylıq norma Vahid qiymət (AZN) Aylıq xərc (AZN)
Çörək və çörək məmulatları 11,40 kq 1,50 17,10
Kartof 4,57 kq 1,04 4,75
Tərəvəz və bostan məhsulları 8,10 kq 1,85 14,98
Meyvə və giləmeyvə 3,17 kq 4,13 13,08
Ət və ət məmulatları 2,74 kq 13,05 35,78
Süd və süd məhsulları 18,63 kq 2,40 44,60
Balıq və balıq məhsulları 0,64 kq 7,72 4,95
Yumurta 12,5 ədəd 0,182 2,28
Şəkər və qənnadı məmulatları 1,41 kq 5,33 7,50
Bitki yağı və marqarin 0,91 kq 8,59 7,80
Kərə yağı 0,58 kq 23,70 13,83
Digər məmulatlar 0,39 kq 7,96 3,12
Bir nəfərin minimal aylıq ərzaq xərci 169 manat 77 qəpik təşkil edir.Geyim və ayaqqabı
Məhsul Minimum illik norma Vahid qiymət (AZN) Aylıq xərc (AZN)
Palto tipli üst geyimləri 3 ədəd / 8 il 140,80 4,40
Kostyum tipli üst geyimləri 9 ədəd / 4,2 il 32,00 5,72
Alt geyimləri 9 ədəd / 2,5 il 20,00 6,00
Corab məmulatları 7 cüt / 1,5 il 2,00 0,78
Baş geyimləri və xırdavat 4 ədəd / 5 il 15,00 1,00
Ayaqqabı 6 cüt / 3,5 il 40,00 5,71
Geyim və ayaqqabı üzrə aylıq minimal xərc 23 manat 61 qəpikdir. Məişət və digər xidmətlər
Məhsul və xidmətlər Minimum norma Vahid qiymət (AZN) Aylıq xərc (AZN)
Məktəb-yazı ləvazimatları 3 ədəd / il 2,46 0,62
Yataq ləvazimatları 11 ədəd / 7,1 il 62,00 5,24

Mədəni-məişət və təsərrüfat malları 10 manat 28 qəpik. İlkin tələbat və sanitar əşyalar illik xərclərin 10%-i yəni 4,37 manat. Ümumən məişət və digər məhsullar üçün aylıq xərc 20 manat 51 qəpik.

Kommunal xidmətlər və nəqliyyat

Xidmət Minimum norma Vahid qiymət (AZN) Aylıq xərc (AZN)
Su təchizatı 5 m³/ay 3,50 3,50
Kanalizasiya 5 m³/ay 1,50 1,50
Qaz təchizatı 21 m³/ay — 2,63
Elektrik təchizatı 50 kVtsaat/ay — 5,00
Nəqliyyat 692 gediş/il 0,60 34,80
Rabitə — 3,50 3,50
İnternet xidmətləri — 25 25

Bura digər xidmətlər də daxildir ki, bu da ümumi xidmətlərin 15%-i yəni, 11 manat 39 qəpik edir. Beləliklə, kommunal xidmətlər və nəqliyyat üzrə cəmi məbləğ 87 manat 32 qəpik edir.

Yekun olaraq, bir nəfərin minimal yaşamı üçün ərzaq xərcləri 169 manat 77 qəpik, geyim və ayaqqabı üçün 23 manat 61 qəpik, məişət və digər xidmətlər üçün 20 manat 51 qəpik, kommunal xidmətlər və nəqliyyat üçün isə 87 manat 32 qəpik təşkil edir. Başqa sözlə, bir nəfərin ümumi 1 aylıq yaşam xərci 301 manat 21 qəpikdir.

Onu da bildirək ki, Azərbaycanda gələn il üçün illik inflyasiyanın 5,3% olacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, inflyasiyanın minimum istehlak səbətinin dəyərinə təsir edəcəyi halda bir nəfər üçün aylıq minimum istehlak xərci 301,21 manatdan təxminən 317,17 manata yüksələ bilər.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol