İstanbul Fond Birjasının ("Borsa İstanbul") baş direktoru Qorxmaz Enes Ərqun birjada manipulyasiya araşdırması çərçivəsində saxlanılıb.
Bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, o, "cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq" və "rüşvət almaq" ittihamı ilə saxlanılıb.
Qeyd olunub ki, istintaq tədbirləri davam etdirilir.


Şərhlər