“OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciətini şərh edərkən maraqlı fikirlər səsləndirib. 

"AzPolitika" xəbər verir ki, YAP funksioneri “Yeni Müsavat”a açıqlamasında xüsusilə 3 nazirliyin qorunmasına ehtiyac olduğunu deyib: “Biz bu gün ilk növbədə Xarici İşlər, Müdafiə, Daxili İşlər nazirlərini qorumalıyıq. Ermənilərin əlinə hər hansı bir əsas verməməliyik ki, bizim Xarici İşlər nazirinə qarşı onların hər hansı iddiası olsun”.

S.Novruzov Elmar Məmmədyarov barədə mətbuatda yayılan məlumatların inandırıcı olmadığını bildirərək, XİN başçısının öz işinin öhdəsindən bacarıqla gəldiyini vurğulayıb və onun digər bəzi nazirlərdən fərqli olaraq, “şou göstərmədiyini” söyləyib: “Sadəcə, Elmar Məmmədyarov mətbuat üçün çalışmır, öz işini görür. Bəzən görürsünüz bəziləri şou göstərirlər. Elə bizim bəzi nazirlərdə də belə adət var. Prezident ölkəyə rəhbərlik edir, ölkədə iqtisadi-siyasi inkişaf gedir, nazirlərin hər biri az qalır ki, bu işləri öz adına yazsınlar. Bunlar ümumi, qlobal siyasəti həyata keçirən komandanın nümayəndələridir.

Məmmədyarovda isə belə adət yoxdur ki, özünü göstərsin. Gəlib iki dəfə çıxış edər, özünü göstərər, ondan sonra hamımız “bəh-bəh”lə deyərik ki, Məmmədyarovun əvəzi yoxdur. Amma o, öz işini görür və çox düzgün də edir. O cümlədən digər bir sıra strukturlarda da. Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, hamısı öz işlərini görür. Görürsünüz, mətbuatda yoxdurlar, gəlib mətbuatda başqaları kimi şou göstərmirlər".

Sonra bir daha E.Məmmədyarovun DTX-ya müraciətinə normal yanaşdığını vurğulayan S.Novruzov kifayət qədər maraqlı fikir söyləyib. Belə ki, o, “oğru-quldur, bandit” olanları yox, məhz yuxarıda sadalanan nazirlərə işarə edərək, onların qorunmalı olduğunu bildirib: “Digərləri də hörmətli Əli müəllim Nağıyevə müraciətlər etməlidir. Adın keçir, müraciət elə!... Bir daha bildirirəm ki, biz öz nazirlərimizi - müəyyən nazirlərimizi, mən oğru-quldur, banditi demirəm - qorumalıyıq!”

Görəsən, Siyavuş Novruzov “Prezidentin işlərini öz adına yazan”, “şou göstərən”, hətta “oğru-quldur, bandit” deyərkən kimləri nəzərdə tutur və niyə konkret ad çəkmir? Bu ifadələrin ünvanı müəmma olaraq qalır. Nəzərə alsaq ki, YAP sözçüsü öz açıqlamasında Xarici İşlər, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərini müdafiə və təqdir edir, deməli belə çıxır ki, sadaladığı digər “keyfiyyətlərə” malik şəxsləri yerdə qalan nazirlik və komitələrin başında olanlar arasında axtarmaq lazımdır...

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2020-07-05 15:40:59

Azərbaycanımızın inkiafı naminə qohumbazdığa , yerli bazdığa, dostbazdığa yol verilməməli, xalqın dəyərli,savadlı övladları yüksək dövləti vəzifələrə təyin olunmalıdırlar. Xalqımızın savadlı övladları kənarda qalıblar...??

Ənvərqızı 2020-06-20 19:10:37

Nazir vətəndaşa xidmət etməlidir, yoxsa vətəndaş naziri hansı əməlinə görə müdafiə etməlidir ?? Yeni təyin olunmuş nazirlər xalqa xidmət etmək istəmirlər.. Onlardan biri Rabitə naziridir və onun müavinləridir ??? Rabitə Nazirinin qanunsuz əməlləri barədə sizin ünvanınızada müracət etmişəm ? Əfsuslar olsun ki, mənim müraciətimə sizdə cavab vermədiniz ? Ölkəmizdə sosial narazılıqları yaradanlar da yerində dövlətimizə və xalqımıza xidmət etmək istəməyən məmurlar və deputatlardır ? Dövlətinə və xalqına xidmət etmək istəyən məmurun və deputatın iş fəaliyyətindən bəlli olar, yoxsa danışmaqnan dövlətimizə, xalqımıza sədaqətli özünüzü göstərməknən iş bitmir ??

Bayram 2020-06-17 11:35:33

...Əli Əhmədovun məntiqsiz çıxışları (bu onun baş dolandırdığını sübut edir)),Siyavuş Noveuzovun yarımçıq.düşünülməmiş çıxışlarını YAP-ın imicinə zərbə endirib və cəmiyyət içərisində nüfuzu qalmayıb ( bir neçə yaltaqların münasibətindən başqa )....

Alim 2020-06-16 13:46:34

Siyavush Novruzovun wikipediyada ki, tercumeyi halinda onu Beden terbiye institunu qiyabi qurtardiyi geyd olunmayib, hemide orada qarabag muharibesinin ishtirakcisi oldugu qeyd olunur. Hal-hazirda Siyavush kimi muharibe ne oldugunu bilmeyen minlerle yogun boyun her ay 80 manat xaldin pulunu alib kef edir. Siyavush Novruzov AMEA-nin yataqxanasinin 9-cu mertebesinde Ziyafet Esgerovla birge qalirdi, deyirler hemin otagin agzini kifillayiblar tezlikle muzey olacaq. Onun muharibesi YAP-yaradilmasi ile beraber olub. Getsin muharibede ishtirak edib qanlari tokulenlerle yanashi adini cekdirmesin. Ayibdir.

AXMED 2020-06-13 00:47:41

o koronovirusa yokuxub

Akif 2020-06-12 20:32:15

Novruzov artq quş buraxır.üzvoduğu və məsuliyyəət daşıdığı partiya üzvlərinin oğru,quldur olmalarını təkzib etməklə YAP-ın iç üzünü açır.Molodes! Deməli partiya fiaskoya uğrayıb,biabır olub və ləğv olunma məcburiyyətindədir.

Vətəndaş 2020-06-12 16:37:41

Siyavuşun şəxsində millət olaraq hər birimizə böyük üzüqaralıq var !!!

Dronqo 2020-06-12 15:10:31

görəsən, Siyavuş müəllimi belə bir bəyanatla çıxış etməyə nə vadar edə bilər? necə deyərlər, naxçıvanl konservativ dəyərlərə bağlı Siyavuş müəllim hara, kosmopolit Məmmədyarov hara.... Bəlkə, Siyavuş müəllimə YAP-dakök salmış rusiyapərəst cəbhə təzyiq edir... Və ya... bəlkə cənab Məmmədyarov hörmətli yap-çı deputatımaza babat bir ənam söz verib.... Hər iki halda Siyavuş müəllim deiklərinə görə həm siyasi, həm də cinayət məsuliyyəti daşıyır.

Etibar 2020-06-12 13:27:50

Siyavuş müəllim,bizim msul işçilərimiz.nazirlərimiz,İcra başçılarımız özləri öz əməlləri ilə yaramaz şəraiti yaratdığının yəqin ki,Siz də şahidisiniz.bu qədər oğurluq.mənimsəmə,özününkiləşdirmələrin getdiyi faktdır.Ən eybəcəri isə həmin şəxslərin YAP-ın üzvləri olmasıdır.Bunu inkar etmək mümkün deyil.Ona görə ilk olaraq öz gözümüzdəki tiri görüb.digərlərində tük aramamalıyıq.Əvvəlcə öz ətrafınızı təmizləmək,əgər bu mümkün olarsa,ondan sonra kənarda sonuncu axtarmalıyıq.Biz bunu hansı səbəbdənsə etmirik.Belə halda kənarda günahkar axtarmaq qaranlıqda tapılmayan şeyi axtarmağa bərabərdir.nuves

Asif Qurbanlı 2020-06-12 10:39:38

Siyavuş qağa bir papağını (əgər varsa) qabağına qoyu,ə danışacağını,nə deyəcəyini fikirlşə bilirmi?? bu oğru,quldur nazirlər,icr başçıları,oların müavinlri və digər vəzifəli məmurlar bir qayda olaraq Sizin başında dyrdyuğunuz Yeni AZərbaycan Partiyasının kadrlarıdır.Sizin kimə n demək istədiyiniz aydın deyil.Partiyanın başında duran Əli Əhmədov və Siz nə ilə məşğulsunuz.Heç olmasa ayıbınıza kor olmağı bacarın.m

Cəmil 2020-06-12 10:15:35

İllərdir Siyaquş quş buraxır.Bundan Prezidentin xəbəri varml?Axı o öz savadsızlığı.düşüncə tərzi ilə həm millətə.həm ölkəinin imicinə zərbələrv vurur.Bunu anlayan yoxdur?

Nadir 2020-06-12 09:19:18

Siyavuş dolayısı partiyadaşlarını “OĞRU, QULDUR, BANDİT” adlandırır. Halaldır

Naxçıvanski 2020-06-12 08:15:08

Siyavuş Novruzov YAP-ın başında dayanan rəhbərdir. Amma hələ də başa düşmür ki, Əli Əhmədovla birləşib oğru, bandit dediyi bu məmurları YAP-ın İdarə Heyətinə və Siyasi Şuraya daxil ediblər. ...

Naxçıvanski 2020-06-12 08:11:37

Siyavuş Novruzov yenə də sayaqlayır. Bu adan danışığına, sözünə nə vaxt fikir verəcək. Lap zırı metro Tağının bir tayı da budur. Necə yəni oğru, quldur, bandit? Dövlət ali məmur təbəqəsini belə təhqir edərlər? Bu adam deputat ola-ola anlamır ki, o nazirlərin sərəncamını kim verib nazir vəzifəsinə qoyub.

Ali 2020-06-11 21:15:23

Səyavuş bəy, İspaniyadakı, Avstraliyadakı, Rusiyadakı səfirlərin nə ilə məşğul olmasından xəbəriniz yoxduermu? Bunlar azmış kimi mənşəyi məlum olmayan (qara) pullarla Nyu Yorkda milyonlarla dollar qiyməti olan mülk alan, işləməsi ilə işləməməsi in fərqi olmayan XİN-in müdafiəsinə qalxmağınız sizin öz nüfuznunuzu heç edir!

Ali 2020-06-11 21:11:09

YAP generalının bu açıqlaması lap ağ oldu!!! Bu mövzularda sussa idi danışmasından daha yeyi olardı.

t.ədalət 2020-06-11 20:11:49

Elmar Məmmədyarovu kimdən qorumalıyıq? Onun özü elə .....Azərbaycanın dövlət dilinə hörmətsizlik edən adamı nazir vəzifəsində saxlamaq ...

Əhməd 2020-06-11 18:25:07

Təriflədiyi nazirlərin hamısı naxçıvanlıdı

Azər 2020-06-11 18:02:13

siyaquş məlimə (müəllimə yox haaa) bir dənə quş , çaşdım eee, bir dənə beş (oxuyanda nəsib olmayıb, indi verilsin)...)

Naxçıvanlı 2020-06-11 17:19:23

Bu yalan dolaanlara.əsassız və mənazız izahlara görə Siyvuş Novtüzov özünə hrmət etməyə cürəti çatırsa istefa verməlidir.Çünki o həm milləttəhqir edir və həm də özünün dediyi kimi oğru,quldur nazirləri,icra başçılarını müdafiə etməyə cəhd gstərir.

ejder 2020-06-11 17:16:45

BU YAP IN EN ,,AQILLISINADA,, BIR Q U W.

Azər 2020-06-11 16:59:36

Bu Bulqakovun Şarikovunu niyə arenadan yığışdırmırlar, bilinmir. Yəqin şərəf etalonu kimi saxlayırlar

anti-yap 2020-06-11 15:46:18

it demə, o bizim birimiz, ölmüşlərə belı feda olsun dirimiz.... siyavuşu yaqin ...ı cadu-dua edib... ona görə...

Cənab DEPUTAT 2020-06-11 15:17:54

Bəyəm, hər naziri Partiya və digər tövsiyə ilə PA təyin edib, işlətmir?

Ən İRİ oğru 2020-06-11 15:02:54

Azı bir milyon Qarabağ ailəsi gündə 5 litr süd, 7 yumurta verəcəkdi

Vətəndaş 2020-06-11 14:31:22

Siyavuş onlar yəni bütün məmurlar oğrudur quldurdur ya düzgün adamdır, əyri adamdır hamısı YAP-ın üzvləridirlər. Sənin işin onları qorumaq malalamaqdır

Son yazılar