Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113nəfər vəfat edib.

Şərhlər
Görünən o ki, vəziyyət günü-günden daha tehlükəli xarekter alır. Bütün bu təhlükəyə reğmen, dünən bir vidyoda insanların dağ-daşla Bakıdan rayonlara dincəlməyə can atdıqlarını gördüm. Bəzən ne qeder çalışsaq da insan, belə menzerelere fikir bildirmeden baxıb keçə bilmir. Bu vidyolara baxanda ilk ağlıma gələn o olur ki, görəsən insanlarımız son 32 ildə bu səbirsizliyi onca itirilmiş veten torpaqlarımızın, tökülən şehid qanlarımızın, lekelenmiş namusumuzun, qanına qelten edilmiş körpelerimizin qisaslarının alınması üçün neden etmediler. İndi ise neden Devletin vermiş olduğu qanunları və qerarları çeynəyərək, bütün dünyanı tehdid edən Korona belasına qarşı yox, məhz "ölmek" üçün belə əziyyetli bir yol seçirler. .Bunu anlamamaq yeni o qedermi zor. Nedir amac, ölmekmi, yoxsa devletin bütün bu meselerde sorumluluğuna qarşı gedib, qarşıdurmalar yaradıb, dünyada bizi rəzilmi etməkdir.Lütfən kəndinizə gəlin, millətə qarşı sorumluluq hiss etmirsinizsə, heç olmasa, yaxınlarınızı, ve evladlarınızı ise de düşünün. Qaldı 21-ci yüz illiyin başlanğıcındakı bu Korono belasının doğurduğu pozitiv, yəni müsbət tərəflərinə hesab edirəm ki, dünyada və xüsusen de özümüzdə onun həyatımıza diqtə etmiş olduğu yazılmamış qanunlarından bəzilərini gələcəkdə də (bu ağılla bundan sağ qurtarsaq eger) tərciyə edərdik. Yəni gələcəkdə onlardan bəzilərıni yaşam həyatımıza tətbiq edərdik. Xüsusən də xeyir və şərlərimizə gətirmiş olduğu sadəlikləri, Dövlətin bütün sahələrdə bu cür forsmajorllara əvvəlcədən daha mükəmməl ve mobil hazır olmasını diqtə edən tədbirlərə daha büyük diqqət və kapital ayırmasını, bütün ölkədə, xüsusən də böyük şəhərlərdə ekoloji tarazlığı təmin etmək üçün il ərzində heç oılmasa bir neçə dəfə (ən azı 6 dəfə) bu qaydada evlərə çəkilib, dışardan təcrid olunmaq. Nəhayyətdə biz Azərbaycanlılarda heç bir zaman olmamış növbəyə (məsafəli) durmaq adətini həyatımıza bundan sonra da daxil etmək.Bütün tibb müəssisələrimizdə, xüsusən də ölkəmizə dişardan daxil olan vətəndaşların giriş-çıxış əməliyyatları daima bax beləcə ciddiyə alınsın və onlrın girişində hər zaman dezenfeksiya ve ilkin heraretinin ölçülməsi tetbiq edilsin. İri şəhərlərimizdə özünü tecrid zamanlarda bütün şəhərlərin küçə və meydanlarının dezenfeksiya edilməsini. Daha nələri, onu da sizlərə buraxıram.
Nə qədər ki "yoluxanların" adı,soyadı və ünvanı göstərilməyəcək,xalqı heç nəyə inandırmaq olmayacaq.