Menu

BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSDAN 4 NƏFƏR ÖLDÜ - Yeni statistika

16.06.2020, 18:45
BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSDAN 4 NƏFƏR ÖLDÜ - Yeni statistika

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4801 koronavirus testi aparılıb.

Şərhlər

Kamıl 2020-06-16 20:56:50

Bakıda yoluxma çoxdursa niyə hərə öz poliklınıkasında həkiminin göstərişi ilə test verməsin ki.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol