Menu

AZƏRBAYCANDA KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYINDA ANTİ-REKORD - Yeni statistika

17.06.2020, 20:44
AZƏRBAYCANDA KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYINDA ANTİ-REKORD - Yeni statistika

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı da açıqlanıb.

Hazırkı dövrədək ölkəmizdə 10 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, aktiv xəstə sayı 4 783 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol