Menu

BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI 400-ü KEÇDİ - 4 nəfər vəfat etdi

19.06.2020, 19:58
BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI 400-ü KEÇDİ  -  4 nəfər vəfat etdi

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Şərhlər

Musa 2020-06-20 04:37:14

Inanan dasha donsun bu ne firildaqdi bir ozderi bilir, birde Allah

T.ədalət 2020-06-19 20:08:50

Yalan hasarı aşdı.Sizin verdiyiniz informasiya 100 milyonluq ölkələrə xasdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol