Menu

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMADA DRAMATİK ARTIM... - 5 nəfər vəfat etdi

20.06.2020, 19:00
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMADA DRAMATİK ARTIM... -  5 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6627, ötən müddət ərzində isə ümumilikdə 417 102 test aparılıb.

Şərhlər

Cəmşid Dərələyəzli 2020-06-22 09:59:53

Sanəram bu faciənin genişlənmə səbəblərindən biri də Səhiyyə Nazirliyinin struktur parçalanmas və bu səbəbdən də idarəçiliyin vahid mərkəzdən yönləndirilməməsi oldu. İkinci bir tərəfdən daxildən (nəyimiz var idisə) və xaricdən bu sahə üzrə bilim adamlarından ibarət tibbi komisiyanın oluşdurulmaması oldu. Üçüncüsu əhalinin qarşısına həkilmlərin yox, dörd aydır operativ qərərgahın, xarici işlər Nazirliyinin və təbib rəsmilərinin çıxarılıb, məhz tibbi məsləhətlərdən yox, inzibati qərarları sadalamaları oldu.Ona görə də əhalini təhlükənin böyüklüyünə inandırıb, məsafə saxlatdıra bilmədilər. Ona görə də neçə ki gec deyil, Operativ qərərgah deyilən bu aspektlərdən dolayı da öz iş prinsiplərinə yenidən nəzər salsın.

T.ədalət-ə 2020-06-21 20:57:56

Opeativ Qərargahdatəmsil olunanlara diqqət etsəniz bu qərargahın təsadüfi ,zəif,qetri mütəxəssisyaxın olduqlarının şahidi olarsunuz.Ona görə əvvəlcə Qərargahı təcrübəli həkimlərdən.alimlərdn ibarət təşki edilməli idi.Bu qərargah bu günə qədər qəbul eydikləri qərarlar.nsanların qarantində qalma məcburiyyti əslində müsbət nəticəyə gətirməyib.Əksinə insanları məcburi məhdudiyyətlərə məhkum etmək yalnız insanlarda mövcud xəstəliklərin artımına.aqressiyaya və nəticədə koronovirus xəstələrinin sayının 2-4 dəfə artımına səbəb olub...

ejder 2020-06-21 13:46:45

curculerden numune goturun.prezident e ferli reqemler veren natemizler,reqemleri wiwirdirler,allahdan da qorxmurlar,unsurler

Xalq 2020-06-20 22:24:52

mən də karantin sərtləşdirilməsinin əleyhinəyəm.

t.ədalət 2020-06-20 20:58:49

...iki həftəlik karantin sərtləşdirilməsi isə,ola bilsin ki,yoluxmanı artırsın.Karantin tərtibatçılarının nadanlığı nəticəsində 28-32 kvadratmetrlik mənzillərdə əhali zülm içərisində yaşayır.6-7 nəfərlik ailələrdə ayaqyolu növbəliyi adamları zinhara gətirir.Məgər,baş nazir bilmir ki,ölkə əhalisi onlar kimi 500 kvadratmetrlik mənzillərdə yaşamır?Qadağaları gücləndirəndə bilmirlər ki,əhali daha ağır itkilərə məruz qala bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol