KORONAVİRUSA YOLUXANLARIN SAYINDA YENİ ANTİ-REKORD - 7 nəfər vəfat etdi

Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 9 103 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 min 961 test aparılıb.

635x100

Şərhlər

Araşdırmaçı 2020-06-24 21:49:12

nər gün artan yoluxma sayı sərt qarantin rejiminin insanlara mənfi təsirinin nəticəsi deyilmi? İnsanlar aqressivləşir,sinr simtomu,dezinfeksiyaların formal aparılması,metrodan istifadə. təbliğatın zəifliyi və nəhayət səhiyyə sisteminin yarıtmaz fəaliyyətinin ,dərman pereparatlarının çatışmazlığı və s. problrmlər mövcudluğu ciddi faktorlardır.

t.ədalət 2020-06-24 19:33:07

Artım onu göstərir ki,karantin rejiminin sərtləşdirilməsi yoluxmanı daha da artırır.Camaat başını götürüb kəndə-kəsəyə sığına bilmir.Hərəkətsizlik də bir tərəfdən can alır.Ramin Bayramlı kimi özünü öz ixtisası üzrə tanıda bilməyən birisinin karantinə tibbi rəhbərliyi vəziyyəti daha da kritikləşdirir.Səriştəsizlərdən ibarət hakimiyyət üzvləri həm iqtisadiyyətı məhv edir,həm də insanların sağlamlığını qoruya bilmirlər.Xalqa əl yumağı öyrədən nazirin özünə əl yumağı öyrətməyə ehtiyac vardır.

Son yazılar