“ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev barəsində səslənən ittihamlara reaksiya verib.

R.Mehdiyev bildirib ki, Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. PA rəhbəri onun barəsində açıqlamalar verən şəxsləri də hədəf götürüb.

Sitat: “Həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir”.

Qeyd edək ki, R.Mehdiyev barəsində ən kəskin fikirləri YAP-ın qurucularından sayılan, sabiq deputat, Xızının keçmiş icra başçısı Maksim Musayev və Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı səsləndirib. Heç şübhəsiz ki, PA-nın sabiq rəhbərinin açıqlamasından gətirdiyimiz sitatda o, daha çox bu şəxsləri nəzərdə tutub. Hər iki şəxs yenidən “Yeni Müsavat”-a danışaraq, AMEA prezidentinə sərt formada cavab verdilər.

M.Musayev R.Mehdiyevi əqidəsizlikdə suçladı: “Onun yazdıqlarını bəyannamə adlandırıram, ”Ramiz Mehdiyevin onu tənqid edənlərə qarşı bəyannaməsi". Ümumiyyətlə, o, tənqidə dözümü olmayan bir adamdır. Onu tənqid edənlərdən qisas almaq üçün bütün yollara əl atır, həmin şəxsləri “paraşoka” çevirməyə çalışır. Düzdür, indi vəzifəsi yoxdur. Vəzifəsi olsaydı, bəlkə məni toz edib göyə sovurmuşdu. Bəyannamədə göstərir ki, əqidəmdən dönməmişəm. Bəyəm səndə əqidə var ki, ay Ramiz, sən də ondan dönəsən. Olan şeydən dönürlər, Ramiz. Bəyannamədə onu da yazır ki, elmimiz qarşısında qoyulan vəzifələri yerinə yetirirəm. Mən də deyirəm ki, Ramiz, əzizim, səni 50 ildən çoxdur ki, yaxından tanıyıram. Bilirəm ki, elm barəsində anlayışın yoxdur. Sən elmdən uzaq bir adamsan. Sənə elmi əsərləri yazanların istəsən siyahısını mediada açıqlaya bilərəm. Elmin yolu indiki istedadlı gənclərdən keçir. Onların yolunu kəsmə. Çəkil o yoldan ki, gənclər öz istedadlarını nümayiş etdirsinlər".

F.Ağamalının da cavabı sərt oldu: “Kifayət qədər bəsit yazılmış fikirlərlə tanış oldum. Əslində çox qısa, lakonik şəkildə göstərdiyi etirazda barəsində mənim və digərlərinin dilə gətirdiyi həqiqətlər barədə konkret fikir söyləməkdən yayınır. Bununla o, barəsində deyilənlərin həqiqət olduğunu ortalığa qoyur. Mənim ”Yeni Müsavat"da dərc olunan yazımdan sonra onunla bağlı bir neçə açıqlama getdi. Yazımı ölkənin 30-dan çox saytı tirajladı. Hətta bu gün də tirajlamaqdadır.

Maksim Musayev onunla bağlı ciddi faktları ortalığa qoydu. Xüsusi olaraq, onun komsomola kim tərəfindən təqdim olunması barədə dediyi faktlar maraq doğurdu. Bir erməninin təqdimatından sonra pillə-pillə irəli getmişdi. Digər tərəfdən, Maksim Musayevin Xızıda məcburi köçkünlər üçün tikdirmiş olduğu uşaq bağçasını qızının adına keçirməsi də bir həqiqətdir. Maksim Musayev kifayət qədər obyektiv, doğru-düzgün danışan bir insandır. Cəmiyyətdə hər kəs bunu bilir və onu yaxşı tanıyır. O, heç zaman nə konyunktura, nə də hansısa məqsəd üçün fikirlərini söyləmir. Qaraya qara, ağa-ağ deyən bir insandır. Uzun müddət Ramiz Mehdiyevlə bir yerdə işləyən və onu hamıdan yaxşı tanıyan Eldar Namazovun da ciddi bir yazısı getdi. O, hakimiyyətdən özü istefa verən şəxsdir. Sonrakı dönəmlərdə onu vəzifəyə dəvət ediblər ya yox, gedib, getməyib, bu haqda dəqiq məlumata malik deyiləm. Eldar Namazov təmənnasız bir insandır. O, Azərbaycan dövlətinə, milli istiqlalımıza çox bağlı bir şəxsdir. Fikirlərində də kifayət qədər obyektivdir. Dəfələrlə biz onun şahidi olmuşuq. Açıqlamalarda fərqli fikirlər ola bilər".

F.Ağamalı R.Mehdiyevin hakimiyyətlə problemlərinin olduğunu düşünür: “İndi hakimiyyətə xoş gəlsin deyə belə bir yazı verməyin arxasında hansı məntiq dayanır? Belə çıxır ki, bunun hakimiyyətlə problemi var. Onu tənqid edənlər ola bilsin ki, kiminsə diqqətini cəlb edir. Buradan isə o nəticə çıxır ki, bu şəxs özü haqqında yazılanları təsdiq edir. Sizin qəzetdə müəllif yazısı ilə çıxış etdim və bu yazı uzun müddətdən bəri aparmış olduğum müşahidələr, təhlillər nəticəsində qələmə alınmış bir yazı idi. Təbii olaraq bu yazını mətbuata verməmişdən qabaq xeyli ölçüb-biçib, yazı üzərində hər bir kəlmənin necə yerində olub-olmadığını fikirləşərək yazmışam. Orada dediklərimin hər biri həqiqəti özündə əks etdirir”.

Deputat AMEA prezidentini məhkəməyə müraciət etməyə çağırdı: “Maksim Musayevin dediklərinin hər biri həqiqətdir. Əgər o, Ramiz Mehdiyevin ünvanına Xızıdakı bağçaya görə böhtan atırsa, məhkəməyə versin. Digər tərəfdən Heydər Əliyevin əleyhinə danışmayıbsa, məhkəməyə müraciət etsin. Mənim dediklərim böhtandırsa, məhkəməyə versin. Eldar Namazovun dedikləri iftiradırsa, böhtandırsa, məhkəməyə üz tutsun. Onun haqqında yazılanlar, deyilənlər əsl simasını, kim olduğunu ortalığa qoyan fikirlərdir, rəylərdir. Prezident tərəfindən ona böyük hörmət bəslənildi, diqqət yetirildi, ən yüksək ordenlə təltif olundu, Milli Elmlər Akademiyasının prezidenti oldu. Baxmayaraq ki, ömrü boyu ölkə prezidentliyi titulu arzulayırdı. Amma AMEA-nın prezidenti olması titulu tərcümeyi-halına düşdü. Düşünürəm ki, o, Elmlər Akademiyasında heç bir yenilik edə bilməyəcək. Ona verilən qiyməti dəyərləndirib, digər yüksək vəzifədən gedən insanlar kimi fəaliyyətini davam etdirsəydi, bu başqa bir məsələ olardı. Ölkədə çoxsaylı yüksək postlar tutanlar olub və vəzifədən gedəndən sonra necə davrandıqları ortadadır. Artur Rasi-zadə uzun illər boyu baş nazir kimi çalışdı. Çıxandan sonra nəcib bir insan kimi öz istirahəti ilə məşğuldur. Rəhmətlik Murtuz Ələsgərovun da adını çəkməmək olmaz. Milli Məclisin sədri kimi ölkədə prezidentdən sonra ikinci şəxs idi. Parlamentin sədrliyindən gedəndən sonra yerində oturdu, ömrünü yaşadı. Allah ona qəni-qəni rəhmət eləsin. Öz həyatını çox nəcib bir şəkildə başa vurdu. Oqtay Əsədovu da qeyd etmək olar. Neçə müddət Milli Məclisin sədri oldu. Onlar vəzifəcə Ramiz Mehdiyevdən yuxarıda olublar. Dövlət üçün heç bir problem yaratmadılar. Amma Ramiz Mehdiyev ətrafında qruplaşmalar yaradır, tapşırıqlar verir ki, bunu edin, onu etməyin. Əl çəkin bu dövlətdən. O, sifarişləri yerinə yetirir. Azərbaycan dövlətini zəiflətmək üçün əlindən gələni etməyə çalışır. Bütün bunlar nəticə etibarı ilə Ramiz Mehdiyev haqqında yazıların ortaya çıxmasını şərtləndirdi. Onun bütün günahı özündədir. Özünü elə apara bilərdi ki, haqqında yaxşı fikirlər səslənə, yazılar yazıla bilərdi. Ancaq bunu etmədi. Görünən odur ki, etmək də fikrində deyil. Ona görə də düşünürəm ki, onun bu yazısı əslində günahlarının başqa bir formada etirafıdır”.

635x100

Şərhlər

Köhnə Yapçı 2020-07-11 18:25:31

Mən Yapa 93 cü ildə üzv gələnlərdənəm. Bütün varlığımla Ulu Öndərimizə bağlı olmuş və Yapa da bağlıyam. Həyatımın sonunadək də Yapçı olacam. Ancaq Yapa daxil olub, onun rəhbər orqanlarında təmsil olunub Heydər Əliyevə ən sadiq insanları şərlə, böhtanla partiyadan uzaqlaşdıran və bu günə qədər də Yapın rəhbərliyində qalan və qaldıqca da partiyanı hörmətdən salan Ramiz Mehdiyev partiya sıralarından çıxarılmalı və layiq olmadığı Heydər Əliyev Ordenindən məhrum edilməlidir. Bütün Yapçıları mənə səs verməyə çağırıram.

Fəzail Agamalı 2020-07-10 21:31:01

Şərh yazanların bəziləri ola bilsin ki2001-ci ildə Azərb aycan mətbuatında mənsub olduğu komanda daxilindəki separatçılığa və xəyanəti haqqında məlumatsızdılar. Mən həmin tarixdə onun maskalanmış niyyətin faş etdim.O zaman o böyük səlahiyyət sahibi idi.R.MehdiyevAzərbaycan xalqına və Azərbaycan dövlətinə bağlı deyil.O,Azərbaycanı özünə yenidən kalonya etmək istəyən neokalonistlərin Baş rezidenti,5-ci salonun aparıcı simasıdır.Vəssalam ...

YAP-çı 2020-07-10 14:00:17

Əli Əhmədovun səsi-səmri gəlmir, özgə vaxt tavtologiya ilə dolu bəyanatları ilə gündəmdə idi. Nə baş verir? Xımır-xımır yediklərini itirmekdən qorxur, yoxsa qorxudurlar...

AMİN 2020-07-10 12:51:40

2007-ci ildə Prezidentin xalq nəzarət şuralarının yaradılması ilə əlaqədar samballı sərəncamı var idi.Yerlərdə bu sərəncama uyğun olaraq təşkilatlar yarandı.Lakin...Ramiz Mehdiyevin göstərişi ilə Zakir Qaralov bu təşkilatı məhv etdi.

Şaiq 2020-07-10 09:02:51

Fəzaildən Sitat: Özünü elə apara bilərdi ki, haqqında yaxşı fikirlər səslənə, yazılar yazıla bilərdi. Buyurun, bu da bizim qırmızı diplomlu deputat. Təfəkkürün səviyyəsinə baxın. Yəni özünü Fəzaillərin dediyi kimi aparsaydı cinayətlər yenə də ört- basdır edıləcək, Ramiz müəllim " Ən dəyərli ağsaqqallar " siyahısına yazılacaqdır. Afərin, sürəkli alqışlar və nəhayət molodes!!!!!!!!!! Bu təfəkkür sahibləri iləmi demokratik Dövlət qurmaq istəyirik??? Sizə məsləhət: Yazılarınıza yazılmış şərhləri oxuyun, şərhlər təfəkkürünüzün barometridir.

Tariyel 2020-07-10 02:44:46

Bəh-bəh, Ağamalı, Maksim, bunlar əsl fəlakətdirlər. Yazıq millət...

Ramiz 2020-07-10 01:18:47

Ramiz Mehdiyev hec vaxt Azerbaycani ve yerli azerbaycanlilari sevmiyib. Cox zaman diger milletlerle qohumlugu olanlara ustunluk verib.

Raquv 2020-07-10 00:52:15

БУНЛАРЫН XAМЫСЫНЫ HЕПС ЕЛЕМЕК ЛАЗЫМДЫ!(wутка)

Orxan 2020-07-09 18:29:36

Ramiz Mehdiyev damarlarinda azerbaycanli qani axan vetenperverlere qarshi qarayaxma kompaniyasi aparib. Hec vaxt dovleti ve vetenperver kadrlari sevmeyib. Elaltilari vasitesile milli kadrlari lekeleyib ve bu gun de dovlete ve dovletciliye qarshi shebeke yaratmaqla meshguldur.

Eli 2020-07-09 17:29:03

Üzümü bu ağsaqqllara tutın bir söz demek isteyirem.Makedoniyalı İskenderin yaxşı bir sözü var.Deyir :Kişiden yadigar övlad ve dövlet yox yaxşı ad ve xeyirxah emeller qalar.Sizin de ömrünüzün qürub vaxtıdır,tövbe qapıları da axırıncı nefese kimi açıqdır.Belke bir fikirleşesiniz.Axı sizden sonra oğul uşaq qalacaq heç olmasa adınız gelende onlar xecalet çekmesinler.Mence fikirleşmeye deyer ay ağsaqqallar

Eli 2020-07-09 16:46:54

Adam fikirleşir ki,yeqin tarix boyu bizim bexi ağsaqqallar bunlar günde olub ki torpaqları vere vere gelib bu güne düşmüşük Ay bizim ağsaqqallar özünüze gelin gelin biz bu dövleti quraq torpaqları qaytaraq sonra şecsi meseleleri hell edek Axı cavanlardan ayıbdır bir özünüze bir hesabat berin besdirin ayıbdır Siz yazdıqlarınızı dost da düşmende oxuyur Ayıbdır

Elman Cəfərov 2020-07-09 16:31:48

Hər şeydən əvvəl bunun maliyyə mənbəyini kəsmək lazımdır. Məsələn Baku Steel adlanan o mütəşəkki şəbəkəsi onun başında duran Rasim. Bunlar bi icmasıdır, o icmanın da başında bu akedemiki durur. Pul mənbələri qurusa bunlar sakitləşərlər. ....

Eli 2020-07-09 16:03:51

Bizim geleceyimiz olan olan gencler bu “ağsaqqallardan”nümune götürün terbiyenmelidirler yeqin ki?Çünki üzde olub qabaqda geden bunlardır.Ay Allah özün görürsen da .Vallah Allah da bizden bezib miye?Ona göre ki bizden xoşu gelsedi bizi de ya alman ya ingilis ya fransiz ya da yehidi yaradardi ve bizim qabaqds gedenlere ağıl vererdi ki biz millet bı günde olmazdıq

Şaiq 2020-07-09 14:31:52

Yazdıqlarınız doğrudursa, cinayəti bilib ört basdır etdiyinizə görə hamınıza qarşı cinayət işi açılmalıdır. Eldar Namazov Rusiya Dövlətinin orden və medallarını alanların hamısını cınayətkar adlandırır. Bu fikirlə razısınızmı? O siyahıda kimlər yoxdur. Bu cür absurd, faktlara söykənməyən fikirlərı Delitant söyləyə bilər.

Vusal 2020-07-09 14:27:48

Fəzail bəsdidə sən dyildinmi Quskanı intiraqaya cəkən?Amma unutma bu səfər qarşında Çox Boyük ŞƏXSİYYƏTDİR..!

Əliəddin 2020-07-09 13:54:21

ağa malı və onun kimi insanlarla bir cəmiyyətdə yaşamaq həqiqətən faciədir. İllər boyu topladığı müşahidələrini cəsarəti var idisə opponenti vəzifədə olanda bildirəydi. Havanı yaxşı iyləməyi bacarır.

Cavan 2020-07-09 11:20:04

Ramiz Mehdiyev onun əlyhinə fikir bildirənləri müxaliflikdə günahlandırır,yəni şərləyir.

Səid 2020-07-09 10:52:24

Ümummilli liderimiz tərəfindən vəzifəyə təyin olunan, illərlə onun adminstrasiyasının rəhbərliyini etmiş, Möhtərəm Prezidentimiz İlham Əliyevin administrasiyasına illərlə rəhbərlik etmiş və hələ də Prezidentimiz tərəfindən təyin olunmuş kadr statusundakı Ramiz Mehdiyevə "əqidəsiz" deyə bilməzsiniz Maksim müəllim!!!! .... Sözlərinizi seçərkən diqqətli olun!!!

Baba 2020-07-09 10:43:05

R.Mehdiyev özü qan içəndir. Fəzail və onun kimilər ....Bunlar hamısı belədir. Biri yıxılan kimi o birilər giyenlər kimi cumurlar üstünə dağıtmağa. Əslində isə bütün bunlar bu komanda arasında təşkil olunmuş oyundur. Nə məqsədə bilinmir. Ya insanların fikrini yayındırmaq üçün,ya da yeni müxalifət görüntüsü yaratmaq üçün. Fələk də baş aça bilmir kim nə demək istəyir. .....

Son yazılar