XOCALIDAN “TEXOSMOTR İDARƏSİ”NƏ GEDƏN YOL... – Yaxud qisas hissi “axtalanmışlar”

Koronavirus bəlası cəmiyyətimizdə, mənəviyyatımızda və idarəçiliyimizdə uzun illər yığılıb qalan, lakin üstü ört-bas edilməyə çalışılan bir çox digər bəlalarımızın da gün işığına çıxmasına səbəb oldu. Virus varlı, kasıb, məmur, deputat, rəis və s. tanımır və hamıya bir gözlə baxır.

Misal üçün, bugünlərdə məlum oldu ki, deputat Elman Məmmədovun oğlu koronavirusa yoluxub. Allah şəfa versin, insandır, hər kəsin başına gələ bilər. Ancaq bu xəbərin virusla bağlı hissəsindən daha çox deputatın oğlunun tutduğu vəzifə diqqəti çəkdi – Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, yəni “el dilində” desək, “texosmotrun rəisi”! 

Bilməyənlər üçün qeyd edək ki, hörmətli Elman Məmmədov 1991-ci ildən 2000-ci ilə qədər Xocalının icra başçısı vəzifəsini tutub və Allah bilir ki, neçə onillərdir deputatdır. Ən əsası isə... Xocalı qətliamı demək olar ki, onun gözü qarşısında baş verib, bu soyqırım aktında və ümumilikdə Qarabağda gedən döyüşlərdə onun çoxlu sayda qohum-əqrabası, dost-tanışı, həmyerlisi şəhid olub. Bu, o deməkdir ki, artıq 70 yaşı haqlayan deputatın özündə, yaxınlarında və övladlarında torpaq, vətən yanğısı və qisas hissi normalda hamıdan daha çox olmalıdır. Amma belədirmi?...

Təəssüf ki, belə deyil! Nəinki belə deyil, hətta iddia etmək olar ki, bu adamlarda ümumiyyətlə qisas hissi qalmayıb!

Qalsaydı, şəhəri viran olmuş, yaxınları, əzizləri vəhşicəsinə öldürülmüş, əsirlikdə olmazın işgəncələr görmüş Elman Məmmədovun – şəhid Xocalının şəhid olmamış başçısının övladı “Texosmotr idarəsində” rəis yox, cəbhəyə ən yaxın bölgədə yerləşən və hər an “vur” əmrini gözləyən, qisas hissi ilə alışıb yanan ordu zabiti olardı!

Xocalıdan başlayan bu acılı-ağrılı yol “Texosmotr idarəsi”nə aparmalı deyildi...

Bəli, Qarabağı və ətraf rayonları itirməyimizin, 30 ilə yaxındır bir kəndi belə işğaldan azad edə bilməməyimizin bir “sirri” də belə məsələlərdə gizlənib – eli-obası namərd qılıncından keçirilmiş Elman Məmmədov kimilərin qisas hissi “axtalanıb”! Elə bu “axtalanmanın” nəticəsidir ki, belələri öz övladlarını günün birində xalqımızın qisasını alacaq Ordumuza deyil, yağlı-pullu polis, prokurorluq, vergi, gömrük idarələrinə yönəldiblər. Az-çox imkanı, vəzifəsi olan, fərqi yoxdur, vaxtilə cəbhədə döyüşən də, döyüşməyən də, müharibədən acı pay alıb, yaxınlarını, doğmalarını itirən də, itirməyən də yalnız bir amalla yaşayır – özünü, övladlarını, yaxınlarını “yağlı yerlərə” yerləşdirmək, Azərbaycan xalqının talanması hesabına varlanmaq, özünə və nəsil-nəcabətinə “gün ağlamaq”! Torpağının 20 faizi işğal altında olan başıbəlalı Azərbaycanda ordu, hərbi xidmət, şəhidlik, qazilik kasıbın, yetimin alın yazısına çevrilib.

Bir neçə gün əvvəl YAP-ın ən “koloritli” təmsilçilərindən olan Siyavuş Novruzov müsahibəsində oğluna Fövqəladə Hallar Nazirliyi və ya DTX Akademiyasına daxil olmağı təklif etdiyini, onunsa bu təkliflərlə razılaşmadığını deyib. Göründüyü kimi, hətta S.Novruzovun da övladına təklif etdiyi qurumlar arasında Ordu yoxdur...

Elman Məmmədovlar bir deyil, iki deyil, min deyil... Məsələn, sınmış qürurumuzun daha bir simvolu olan Şuşanın icra başçısı və uzun müddət Qarabağ İcmasının rəhbəri olmuş Bayram Səfərovun – Bakıda 4.5 milyonluq villada yaşayan həmin Səfərovun - da oğlunun qisas gününü gözləyən Ordumuzla uzaqdan-yaxından əlaqəsi yoxdur - polis polkovnik-leytenantı və bölmə rəisidir. Yaxud camaatı evindən ailəsinin gözü qarşısında alt paltarında sürüyüb çıxaran polis zabiti kim idi? Ağcabədinin icra başçısının oğlu və Suraxanının icra başçısının kürəkəni. Qolu eşşəyin boynundan yoğun olan bu “seçilmiş” də, əlbəttə ki, Qarabağda yox, Bakıda, Yasamalda “döyüşməyi” üstün tutanlardandır...

Təkcə həbs olunan icra başçılarını xatırlamaq kifayətdir – birinin oğlu prokurorluqda, digərininki polisdə, o birininki məhkəmədə... Hələ bunlar nisbətən “xırda balıqlar”dır. Nümunə üçün bircə deputat, nazir, oliqarx oğlu tanıyan varmı ki, oğlu Orduda zabitdir, hərbçi peşəsini seçib? Yoxdur, heç olmayıb da!

Bəlkə Qarabağ diplomatiyasında “vuran əlimiz”(əslində vuran yox, çoxdan quruyub, topal olub yanımıza düşən əlimizdir- C.M) olmalı olan Elmar Məmmədyarovun Nyu Yorkda 4 milyon dollara ev alan oğulları bu Ordudan keçib?! Bəlkə ərazi bütövlüyümüzü təmin etməli olan müdafiə nazirinin... İstər köhnə olsun, istərsə də hazırkının... 

Normalda torpaqları işğal altında olan bir toplumda bütün vəzifələrin, məqamların, titulların başında Ordu, Orduda xidmət, zabit adı-peşəsi gəlməli idi. Lakin nə işdirsə “bulağın gözündən su içənlər”in arasında bircə nəfər də olsa öz övladının cəbhə bölgəsində zabit kimi qulluq etməsini, həyatını Vətənin müdafiəsinə həsr etməsini istəməyib və istəmir.

Orta əsrlərdə Avropada hərb zadəgan, əsilzadə peşəsi sayılırdı. Bizim “əsilzadələrin”, “zadəganların” peşəsi də, Allahı da pul, vəzifə, var-dövlətdir!

Günlərin birində, qəbristanlıqda tütək çalan bir dəlini kənd camaatı oradan zorla uzaqlaşdıranda, dəli dönüb deyir ki, məgər burada yatan ölülərin hamısı “fatihə duası”nı eşitmək istəyir, yəni heç tütək səsinə qulaq asmaq istəyən yoxdur? Görünür ki, yoxdur. “Fatihə”si var-dövlət, pul, vəzifə, nə yolla olursa-olsun varlanmaq olan “ölülər”in tütək səsi nəyinə gərəkdir ki?...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

milli 2020-07-12 10:03:56

Xocalının dərdi hesabına ag günə çıxanlardır bunlar.

Azəri 2020-07-11 21:26:12

Çox bəyəndim. Obyektiv araşdırmadır.

Qarabağlı 2020-07-11 18:23:12

Hörmətli Cəlal mūəllim, çox xahiş edirik işģal olunmuş ərazilərin icra başćïlarının var-dövləti, dəbdəbəli həyatları haqqnda araşdrma aparasınız. Xocalıya 20 ildir ki başçılıq edən Şahmarı ə onun Aģcakənd səltənətini də unutmayn.

qaçqın 2020-07-11 17:59:52

Azərbaycana öz bədbəxtiyinə ağlamaq üçün yalnız gözlərini saxlayıblar

qaçqın 2020-07-11 17:25:41

bunların içindən bir yxşısı çıxacaq-hamısı ........

Qaradağlı sakini 2020-07-11 11:00:41

Hörmətli Cəlal müəllim, 1992-ci ildən bu günə kimi Xocavəndin icra başçısı olan milyarder Eyvaz Hseynov və onun sərvəti, ailə üzvləri haqqlnda da araşdırma apar5saydınız çox yaxşı olardı. Millət bunları yaxından tanıyardı.

Münasib 2020-07-11 10:55:25

İşğal olunmuş rayonların keçmiş və indiki icra başçılarının heç birinin övladı hərbiçi deyil. Ya prokurorluq. ya da polis orqanlarında, ya da icra hakimiyyətlərində işləyirlər. Qarabağ haqqında düşünmək belə istəmirlər. Ağ günə çıxıblar. Bu barədə araşdırma aparılsaydı yaxşı olardı.

Akif m 2020-07-10 23:10:24

Obyektiv yazıya görə çox sağ olun. Bu cür yazıların gələcək həyatımız çox böyük təsiri olacaqdır.

Beneniyarli. 2020-07-10 22:53:28

Mende tesekkur edirem bu mentiqli yaziya gore.Bir insan olaraq utanc iyrenc gelir memmedovla bayramovun adi hallanan zaman.

Qarabaģlı 2020-07-10 22:36:36

Xocavəndin icra başçısı Eyvaz Hūseynovun da cahi cəlalïnı, səltənətini də, .... saxladığïnı da araşdırsanız yaxşı olardı. Millət bunları yaxïndan tanıyar, kim olduqlarını bilərdi. Zavall məcburi köçkūnlər zillət içində, bunlar da kef, eyş işrət ićində. Yetər daha...

Aborigen 2020-07-10 21:54:58

Heç bir məcburiyyət olmadan bar-yoxunu silaha verib erməni faşistləriylə döyüşərək şəhid olan birini hansımız adam hesab edirik? Bu gün könüllü olaraq övladını döyüşə göndərə bilən, məmur demirəm, adi bir vətəndaş tanıyırmısınız? Belə-belə işlər...

Kamil 2020-07-10 21:50:02

Ğöstərən saətdə dövrani fələk bir inqilab həm özü fani olur ,həm ləşkəri , həm kişvəri

Qarabaģlı 2020-07-10 21:49:54

Cəlal mūəllim, mūkəmməl yazınıza görə sizə təşəkkūr edirəm. Elman Məmmədovun birinci azərbaycanlı və ikinci erməni arvadından 7 uşaģı var. Bir nəfər də olsin Xocalïdan olan imkansıza, yetimə, əlilə kömək eyməyən əbədi deputatın balaları yaģ bal içində böyūyūblər. Elman mūəllimin Biləcəridə ferması, Aģcakənddə oteli, Goranboyda bir neçə təsərrūfatı, Bakıda obyekləri, şadlıq sarayı daha nələri var. Ancaq bir imkansıza əl tutmaz.

Veteran 2020-07-10 21:47:30

Qardaş ele bil snayperdir!

Xocalı sskini 2020-07-10 21:33:27

Elə "texosmotr" oģlu Elman mūəllimin ikinci, erməni arvadïndandïr. Birinci arvadı azərbaycanl olub. Ondan 3 uşağı var. Ermənidən 4 uşaģı.

Vətəndaş 2020-07-10 18:01:02

Yazıqlar olsun bu millətə

Atilla 2020-07-10 14:57:38

Acıda olsa həqiqəti söyləmişsiniz Cəlal müəllim. Bu Vətən şimaldan cənuba, şərqdən qərbə hər birimizindir! Ancaq nə qədər ki, işğal olunan ərazilərimizin əhalisi Bakıda ev davası edəcək bu torpaqlara azadlıq gəlməyəcək!!! Adım kimi əminəm, əgər günü sabah müharibə başlasa o əhalinin 90% müharibədən yayınacaq! Bakıda ŞUŞA, LAÇIN, nə bilim Xan Sarayı restoranı açıb şıllaq atmaqla məşğuldular!!! ....! Ancaq biz bir millət olaraq səfərbər olub, yenədə müharibə yolu ilə şəhid verərək, o müqəddəs torpaqları qanımızla suvarıb azad etməliyik, bəlkə onda torpaq bizi bağışlaya.

nihad 2020-07-10 14:33:13

Şuşanın icra başçısı və uzun müddət Qarabağ İcmasının rəhbəri olmuş Bayram Səfərovun çoxlu sayda restoranlarının olmasını işimlə əlaqədar öz gözümlə gördüm,məətəl qaldım.Bu adamlarda bu qədər pul hardandır,Vətəni itirmiş camaata gör kimi rəhbər qoyublar,onun buna mənəvi haqqı varmı?Niyə kimisə vəzifəyə qoyanda hamısı şəxsi cibinə işləyir,onda biz Qarabagı necə almaq istəyirik, məmurları başdan-başa korrupsiya bataqlıgında bogulur

Farida 2020-07-10 13:02:31

Cəlal bəy,əgər sizin bu dövləti,milləti düşünəcək qədər savadınız və dünyagörüşünüz olsaydı bir məsələni yazmazdan əvvəl daha dərin araşdırardız.Xalqı maarifləndirən əsas şeylərdən biri də mediadir,və görünürki belə savadsız media və jurnalistlərin əlində yazıq bu xalq!!!!

Rasim 2020-07-10 13:01:07

Yazıya görə sağ olun. Bizə belə düzgün jurnalistlər lazımdır.

Mubariz 2020-07-10 12:50:06

Əhsən ,sağ ol ,bəlkə bu yazı bəzi yaltaqlara dərs oldu

Yengibar 2020-07-10 12:42:32

Cəlal Bəy, Vətən bu gün sözün əsl mənasında can üstədir, səbəb də heç korona virusu deyil.Səbəb 40 il geridə qalmış kütlədir, bu deputatlar, nazirlər, başçılar hər şey etdilər ki, bu millət batsın, batırdılar da. Batırdılar ki, öz "zibilləri" üzdə görünsün. Vaxtilə BDU nun hüquq fakultəsinə məmur balalarını buraxmırdılar, indi hər məmurun bir universiteti, hər universitetin hüquq fakultəsi, rektorun qızı dekan, oğlu prorektor! Millət layiq olduğunu aldı.

Şaiq 2020-07-10 12:35:16

Cəlal müəllim, qələminiz kəsərli olsun. Əhsən Sizə. Ermənilər tərəfə bir piston belə atmayan uşaqlar nazir təyin olunanda başqa cür ola da bilməz. Korrupsiyaya bulaşmış insanların qohum əqrəbası "Yaxşı " işdə işləyirlər. "Yaxşı " iş korrupsiya və rüşvət mənbəyi olan işə deyirlər. "Yaxşı" işdə işləməyənlərə qız da vermirlər. "Yaxşı " işdə işləyənlər quda, kirvə ola bilərlər.

Gulsən 2020-07-10 12:24:58

Siz fikirv versez bunların üzündə heç qırış da yoxdur

Gulsən 2020-07-10 12:23:59

Tam duz yazılıb.allah goydən gorur.korinavirus elə Allahın cəzasidir gəlib başa düşən düşür düşməyən də dusmur

Rabitəçi 2020-07-10 11:19:39

C'lal mw'llim sizd'n xahi. edirik bərbad vəziyyətə düşmüş Rabitə Nazirliyindən yazınki qanunlarımıza hörmətlə yanaşsınlar.....

Sakit 2020-07-10 11:13:10

Təşəkkürlər Cəlal bəy

Eko 2020-07-10 11:00:27

Ûreklerimiz yandi .... bunlar yanmadi . Allah qec eleyer , qûc eleyer. Haramin axri yoxdu !!!!! Bu hami bildin !!!!!

Vətəndaş 2020-07-10 10:57:59

Bəli, çox dəqiq və gözəl yazılıb. Vətəni sevmək kasıbın qismətinə, vətəni sərvətini, varını talayıb çapmaq nədənsə məmur balalarının qismətinə yazılıb.

t.ədalət 2020-07-10 10:57:23

Xocalının işğal olunmasında Elman Məmmədovun da rolu var.Xocalını odun-alovun içərisində qoyub bu adamın siyasi oyunlarda iştirak etməsini hamı bilir.Elman Məmmədovun arvadı ermənidir."Texosmotr" oğlu isə başqa bir arvadındandır.

Vətəndaş 2020-07-10 10:55:17

Bəli, çox dəqiq və gözəl yazılıb. Vətəni sevmək ancaq kasıbın qismətinə yazılıb.

Roma 2020-07-10 10:40:34

Sizinlə tam razıyam...

BAKILI 2020-07-10 10:37:46

Cox sag ol Celal Memmedov ureyimden tikan cixartdin

Oxucu 2020-07-10 10:13:17

Bu sözlərin birini bir kilo balla da yemək mümkün deyil.

Eli 2020-07-10 09:55:01

Celal bey çox gözel meseleye toxunub çox fundamental meseledir müzakireleri bele meseleler üzerinde özü de dayanmadan her gün her saat her saniye aparmaq lazımdır.Bizde illerdir esrlerdir mehz bu çatmır bunun ise ovyektiv ve subyektiv sebebleri var yeni köküne getmekve bu meselen ellikle hell etmek lazımdır Bir de bu mesele bir günün bit ilin işi deyil bu milli şüur meselesidir namus qeyret meselesidir

Cavan 2020-07-10 09:53:54

Əla yazılıb. Amma onlar xalqın naləsini,Qarabağ həsrətini hiss edəcəklərmi? İnanmıram.

Leyla 2020-07-10 09:49:55

Salam! Yazdiginiz aciq sozler ucun tesekkur edirik!

Eli 2020-07-10 09:46:23

Hörmetli müellif Siz çox düz deyirsiz ancaq bir mesele var günah bunlarda deyil günah bunlara terbiye verenlerdedir..Baxın niye Türkiyyede meme yetenden pepe yetenedek “Mehmetcik”olmaq üçün canlarından keçirler bütün millet de onlar üçün canından keçir çünki onların banaları onları ele terbiye edib ele dövlet qurub ele mühit yaradıb ve ele övladlar terbiye edibler.

Bey. 2020-07-10 09:25:38

Təşəkkür edirəm mövzuya görə.

Son yazılar