Menu

BU GÜN AZƏRBAYCANDA 526 NƏFƏR KORONAVİRUSA YOLUDU - 8 nəfər vəfat edib

10.07.2020, 17:07
BU GÜN AZƏRBAYCANDA 526 NƏFƏR KORONAVİRUSA YOLUDU -  8 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 526 yeni yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək koronavirusa yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı məlum olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Hazırkı dövrədək ölkəmizdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, o bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol