MƏMMƏDYAROVU MƏDH EDƏNLƏRİN DƏYİŞƏN SİFƏTİ... – Bir ay əvvəl tərifləyib, bu gün “topa tuturlar”

Azərbaycanda hər dəfə əhəmiyyətli kadr dəyişikliyi baş verəndə (kimsə “vurulub”, kimsə də yüksəldiləndə) adlarını deputat, siyasətçi, ziyalı, yaxud ictimai xadim qoyanların bir çoxunun “çoxtəyinatlılıq istedadının” fontan vurduğu vaxtlar olur. Belələri dünən tərifləyib göyə qaldırdıqları, süni də olsa böyük ehtiram, hörmət göstərdikləri, məclislərin başına çəkdikləri naziri, yaxud digər yüksək vəzifəli məmuru bu gün “vurulduğu” üçün “uf” demədən ayaqlarının altına almağa, çeynəməyə, didməyə hazırdırlar...

Bir müddət əvvəl ABŞ-da dəyəri milyonlarla ölçülən evlərə malik olduğu üzə çıxan Elmar Məmmədyarov barədə həmin məlumat yayılanda, naziri müdafiə edənlər sıraya düzülmüşdü. Bu məlumatın yayılmasını az qala vətənə xəyanət, Elmar Məmmədyarovu isə milli maraqlarımızın sarsılmaz keşikçisi sayanların cərgəsində duranlardan biri də öz çıxışları ilə daim “diqqət mərkəzi”ndə olan deputat Elman Nəsirov idi. 

Cəmi 1 ay bundan əvvəl, yəni hələ DTX-nın əməliyyat keçirmədiyi və Nyu-Yorkdakı mənzillərin “şəxsi məsələ” hesab olunduğu vaxt həmin bu deputat E.Məmmədyarovu belə müdafiə etmişdi: “Son zamanlarda müşahidə edirik ki, Azərbaycanın beynəlxalq sferada uğurlarını ləkələmək məqsədilə Xarici İşlər Nazirliyi hədəfə alınıb... Xarici İşlər Nazirliyi əleyhinə aparılan kampaniyanın arxasında ölkənin əldə etdiyi uğurlara kölgə salmaq, xətt çəkməkdir... Hesab edirəm ki, bu şər kampaniyası məqsədyönlü həyata keçirilir. Təəssüflə demək lazımdır ki, eyni kampaniyanın nüfuzlu Şeyx həzrətlərinin əleyhinə aparılmasının da şahidiyik..."

Bununla da deputat nazirin milyonluq mənzillər almasını, yəni açıq-aşkar korrupsiya faktını həmişəki kimi çox primitiv, əsassız şəkildə ört-basdır edib, oğurluğa dolayısıyla haqq qazandırıb, sonra da bunu yenə “5-ci kolon”un, Azərbaycanı istəməyənlərin və s. əməli kimi qələmə verərək, qulağımızı, gözümüzü, beynimizi “mozol” edən kiflənmiş tezislərdən istifadə edirdi.

Hələ adamdakı “fərasət”ə baxın, E.Məmmədyarovu müdafiə edə-edə, macal tapıb bir az da “sağdan götürərək”, Şeyxülislama da “dəstək verirdi”...

İndi isə həmin bu Elman Nəsirovun bu gün, yəni DTX-nın əməliyyatı ilə yarımcan edilmiş, ölkə başçısının dünənki çıxışı ilə isə “kitabı bağlanmış” və nəhayət, vəzifəsindən kənarlaşdırılan E.Məmmədyarovun fəaliyyətilə bağlı mətbuata söylədiklərinə baxın: “Xarici İşlər Nazirliyinin (XİN) faktiki olaraq fəaliyyəti Azərbaycanın ümumi uğurlu inkişafı ilə uyğunluq təşkil etmir”. 

Sonra deyib ki, Azərbaycanda hücum taktikasına söykənən bir diplomatiyanın həyata keçirilməsi hədəf kimi müəyyən edilib, amma E.Məmmədyarovun nazirliyi bu işin öhdəsindən gələ bilməyib: “Lakin bir çox hallarda XİN-in fəaliyyəti bu tələblərə cavab vermir... Hətta məlum olub ki, Elmar Məmmədyarov COVİD-19 pandemiyası ilə əlaqədar Ermənistanla əməkdaşlıq məsələlərini müzakirə edib. Belə çıxır ki, biz işğalçı ölkə ilə əməkdaşlıq etməliyik? Belə olan halda çox mənasız və əhəmiyyəti olmayan bir danışıqlar həyata keçirilib...”

Bunları deyən eyni adamdır. Amma sanki bu adam iki ayrı-ayrı nazirlikdən və nazirdən danışır. Belə çıxır ki, E.Məmmədyarova və onun nazirliyinə nə oldusa, nə baş verdisə son bir ayın içində oldu? Nə deyəsən, sadəcə istər-istəməz sual yaranır ki, görəsən doğrudanmı belə keyfiyyətlərə malik şəxslərin təmsil olunduğu siyasi təşkilat, onların fəaliyyətindən fayda götürdüyünü düşünür?...

Yeri gəlmişkən qeyd edək ki, bir ay öncə E.Məmmədyarovu müdafiə edən təkcə Elman Nəsirov deyildi və yuxarıda qeyd olunanlar bu deputata qarşı qərəz kimi qəbul olunmamalıdır. Bu sıra kifayət qədər geniş idi. Məsələn, başqa bir deputat – Bəxtiyar Sadıqov da bir ay əvvəl Məmmədyarovu və onun nazirliyini göylərə qaldırırdı: “Xarici siyasətdəki uğurların, ölkənin artan nüfuzunun qarşısında dolayısı yolla duruş gətirə bilməyən həmin anti-Azərbaycan şəbəkə çirkin kampaniyalar aparır. Bəziləri deyirdilər ki, Elmar Məmmədyarov Azərbaycan dilində yaxşı danışmır. Amma bir jurnalist kimi deyirəm ki, nazir çıxışında fikirlərini dəqiq ifadə edir. Eyni zamanda beynəlxalq danışıqlarda xarici dil bilmək olduqca vacibdir ki, Məmmədyarovun ingilis dilində də səlis danışdığını görürük... yüksək çinli dövlət məmurlarına qarşı böhtanlar atıldığını, amma yapışmadığını görmüşük. Onlardan biri də indi Məmmədyarov əleyhinə başladılıb".

Yəqin ki, artıq Bəxtiyar Sadıqovun XİN-dəki DTX əməliyyatından və ölkə başçısının nazirin ünvanına söylədiklərindən və onun istefaya göndərilməsindən xəbəri var. Görəsən, belədə B.Sadıqov bir ay əvvəlki fikrində qalırmı və indi də Məmmədyarovu tərifləyə bilərmi? Yəqin ki, yox, axı indi artıq sabiq nazirin fəaliyyətini və xarici dil bilməsini tərifləyənin “dili quruyar”... 

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2020-07-20 16:14:53

İkiüzlülük və yaltalıq ritorikası Azərbaycnda !(?)-ci ildən başlandı.Çünki buna vüsət verən oldu.

Mahir Əliyev 2020-07-18 08:49:32

Bi ucuz ölüm yoxdur ki,Elmanı öldürə,bizim də canımız bu yaltaqdan qurtara.

Anar 2020-07-17 21:26:13

bunların hər ikisi də ...

Tahir 2020-07-17 20:38:54

Bunlar simasını i.... Belələrindən bizə millət vəkili olmaz....

VƏTƏNDAŞ 2020-07-17 18:49:39

INDIKI PARLAMENT NƏSIROV KIMIƏRİ İLƏ FORMALAŞDIĞINDAN CMİYYƏT İÇƏRİSİNDƏ MİLİ MƏCLİSİN HÖRMƏTİ QALMAYIB....BUNUN KİMİ ŞƏXSLƏRİ ORDA OTURTMAQLA NƏ DEMƏK İSTƏYİRLƏR? BUNU DÜŞÜNMƏK Bİ O QƏDƏR ÇƏTİN DEYİL.UC

Kələntər 2020-07-17 16:10:40

Azərbaycanda çoxüzlülük taktikası Sovet dönəmindən başlayıb və indiyədək daha da təkmilləşməkdə davam edir.

ivan krılov 2020-07-17 10:51:33

qarğa və tülkü

Jack Ketch 2020-07-17 10:03:43

sehrli xalat filminde deyilen kimi : hele bir bularin sir sifetine bax

Akif 2020-07-17 09:06:02

Olmasaydi axmaqlar, goren ne ederdi yaltaqlar ?

Akif 2020-07-17 02:12:20

....məddax adamlara cəmiyyətdə ikiüzlü deyirlər.....i Vətəni və xalqı düşünmürlər. Onlar şəxsi maraqlarını ümumxalq mərəqlarından üstün tuturlar. ...ri Vətən üçün təhlükəlidirlər....

Mehdi 2020-07-17 00:38:25

Siz bunlarin sifət qurulusuna diqqətlə baxin ,orda hər sey görukur....

Aborigen 2020-07-17 00:09:25

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Rafail 2020-07-16 23:08:57

Elə mahir atılırlar kı, budaqdan budağa Tanımaq müşkül olu.....

Eko 2020-07-16 23:03:45

Bu deputatlar , KISHI sôzûnûn menasini bilirker ? Hec inanmaqim qelmir ....

Şaiq 2020-07-16 22:01:15

YALTAQLARI, MƏDDAHLARI YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETMƏKLƏ, DEPUTAT TƏYİN ETMƏKLƏ BELƏ XASİYYƏTLİ İNSANLARIN ÇOXALMASINA ŞƏRAİT YARADIRIQ. BU CÜR İNSANLAR POTENSİAL SATQINLARDIR. YƏNİ DÖVLƏTİMİZİN PULU İLƏ, BAŞQA DÖVLƏTƏ İŞLƏYƏN CƏSUSLAR YETİŞDİRİRİK, XİN - DƏ OLDUĞU KİMİ.

Cahid 2020-07-16 21:59:53

Bunların hər birisinin 100 yox,minlerle sifeti varş Axı adı siyasətçidir. Bu kimi şəxslər olduqca bu məmləkətin aqibəti pis olacaqdır.

M.Əsgərov 2020-07-16 21:58:39

belə çoxsifətlilər çox təhlükəli olurlar, bunları mühüm dövlət postuna təyin etsələr biraz çətinə düşən kimi vətəni , dövləti, milləti satarlar.....

Aqil 2020-07-16 21:51:28

Simaların varmı?

Sənan 2020-07-16 21:50:45

Mənə bir şey maraqlıdır, bu Nəsirov evdə uşaqlarının yanında özünü nə cür hiss edir?

Vətəndaş 2020-07-16 21:32:26

ŞƏXSİYYƏTİNƏ HÖRMƏT ETMƏYİ BACARMAYAN......BELƏ İNSANLARIN MİLLİ MƏCLİSDƏ OTURDULMASI PARLAMENTİN NECƏOLDUĞUNU GÖSTƏRİR....

oxucu 2020-07-16 20:53:18

Elman Nəsirov hiyleger... adamdir........Bu tipli unsurler , muxtelif anti - milli memurlarin komekliyi ile, Milli Meclise "deputat" TEYIN OLUNUB.........Bu adamin kimliyini, "Yeni Musavat TV " - de , muxtelif debatlarda ishtirakinda, onun unvanina yazilan sherhler subut edir........

M.Əsgərov 2020-07-16 20:48:09

Bir filmdə deyildiyi kimi bu Elmanın uşaqları da deyir atamız işə gedib

M.Əsgərov 2020-07-16 20:43:55

Bəyin oğurlanması filmində " rejisor fimin maliyyə və təsərrüfat məsələlərbaxan rəhmətlik Səyavuş Novruzovun öz işinə aid olmayan rəqs etməsini tələb edir, o yaziq da rəqs edərək deyir ki, evdə uşaqlar deyir atamız işə gedib

İlham. 2020-07-16 20:43:03

Bizdə həmişə belədir.

Amon 2020-07-16 20:37:40

Elman nesirova teeccublenirsizki.ona hecbir tutarli meqale tesir elemez o oz yolunu secib.biri var kimse sonradan eqidesini deyise biride var eqide umumiyyetle olmuya

t.ədalət 2020-07-16 20:26:12

Yaltaqlar,həm də çox qəddar olurlar.Onlar təriflədikləri adamları imkanları olanda qurd kimi didişdirməyə də hazır olurlar.Yeri gəldi-gəlmədi hakimiyyətin mövqeyini tərifləyənlər də təhlükəli şəxslərdir.Onlar hər an "dibinə su tökdüyü ağacı" baltalaya bilərlər.Allah bizi və Vətənimizi yaltaqlardan qorusun!

Xalq 2020-07-16 20:24:22

Bunlar flyugerdilər, külək hansı istiqamətə əssə üzlərini o istiqamətə tuturlar. Çünki özlərinin mövqeyləri yoxdur.

Аднагулуу 2020-07-16 20:13:15

Дейишен айры шейдир, сифет онларда йохдур

seçici 2020-07-16 19:58:01

... Hərəsinin 100 sifəti var. Onlarda bütün mənfi xüsusiyyətlər var.

Son yazılar