“ƏRDOĞAN QARABAĞIN AZADLIĞINA NAİL OLMALIDIR” – “Adını türk tarixinə qızıl hərflərlə yazdırsın”

“Ərdoğan Qərbdən asılı siyasətçi deyil və Türkiyənin maraqlarını qorumaq üçün cəsarətli mövqe ortaya qoymağı bacarır. O, hakimiyyətə gələndən sonra ölkəsinin iqtisadi və hərbi baxımdan əvvəlki dövrlə müqayisə olunmayacaq səviyyədə inkişafına nail olub. Ölkənin beynəlxalq nüfuzu xeyli yüksəlib. Güclü iradəyə sahib olan dövlət adamı kimi o, öz ölkəsinin mənafeləri tələb etdiyi halda bütün xarici təzyiqlərə davam gətirməyi bacarıb. Onun da səhvləri olub və yəqin ki, bundan sonra da olacaq, amma heç bir şişirtməyə yol vermədən tam əminliklə deyirəm ki, Atatürk qədər onun Türkiyə Respublikası qarşısında xidmətləri var”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev Azərbaycan-Ermənistan sərhəddində baş verən qarşıdurma zamanı Türkiyənin misilsiz dəstəyi barədə danışarkən deyib. Daha əvvəl Q.Həsənquliyev belə bir fikir irəli sürmüşdü ki, Ərdoğan hakimiyyətdən getmədən Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq.

Partiya sədri bu fikrini növbəti dəfə təkrarlayıb. Sitat: “Heç istəməzdim ki, o Türkiyəni nüvə silahına sahib ölkəyə çevirmədən və Qarabağı Azərbaycanla birlikdə işğaldan azad etmədən hakimiyyətdən getsin. Biz ermənilərin Kəlbəcəri işğal edərkən dinc insanları çıxarmaq üçün Dəmirəlin Elçibəyin xahişini rədd edərək Azərbaycana iki mülki vertolyot verməməsini, Qərbin tapşırığı ilə torpaqlarımızı işğal etməkdə davam edən Ermənistana taxıl göndərməsini yadımızdan çıxarmamalıyıq. Yaxud Sezərin Heydər Əliyevə "NATO izin verməsə, biz Sizə bir qurşun da verə bilmərik" deməsini də.

Türkiyə regionda əsas söz sahiblərindən birinə çevrilmək istəyirsə, təcili nüvə silahına sahib olmalıdır. Biz bir millət olaraq Türkiyədən umuruq ki, çətin günlərini yaşayan Osmanlı dövləti 100 il əvvəl Bakını işğaldan azad etdiyi kimi, Türkiyə də Ərdoğanın liderliyi ilə Qarabağı azad etməyə kömək etsin. Ərdoğan da Nuru Paşa kimi adını Azərbaycanın və Türk dünyasının tarixinə qızıl hərflərlə yazsın”.

Q.Həsənquliyev deyib ki, Türkiyənin Qarabağın azadlığı üçün Rusiya ilə anlaşmaq imkanları bizimlə müqayisədə daha çoxdur. “Türkiyə Qarabağın azadlığı üçün müstəqil fəaliyyət göstərməlidir. Ehtiyac olduqda Azərbaycan naminə beynəlxalq məsələlərdə güzəştə getməyə və qurbanlar verməyə hazır olmalıdır. "Siz müharibəyə başlayın, biz kömək edəcəyik" yanaşması keçərli deyil. Çünki şəxsən mən öz maraqlarımız naminə Türkiyənin nüvə silahına sahib Rusiya ilə nəticəsi bəlli olmayan savaşa girməsini, regionun xarabazara çevrilməsini məqbul saymıram. Həm Azərbaycan, həm Türkiyə 30 ildən artıq bir müddətdə Qarbağın azadlığına heç bir töhfə verməyən mövcud siyasətdən imtina etməli, Rusiya ilə razılaşmanın yollarını tapmalıdırlar. Müharibə danışıqlar baş tutmayacağı təqdirdə ən son variant kimi nəzərdən keçirilməli, o zaman Qərbin və Rusiyanın açıq, İranın gizli dəstək verəcəyi Ermənistanla vuruşmağa hazır olmalıyıq. Tovuz döyüşləri zamanı Türkiyənin verdiyi bəyanatları isə yüksək qiymətləndirirəm”.

“AzPolitika”

635x100

Şərhlər

XYXX 2020-08-02 19:42:12

HALAL SENE GOZEL TEKLIF

Qüdrət Həsənquliyevə 2020-07-27 21:21:29

Yazıqlar olsun!Qüdrət bəy ayda 5-6 min manat maaş alacaq,yatacaq.Türk gəlib ona boşqabda QArabağ verəcək.Əhsən kəmalına Qüdrət!i

Nəsənquliyevə 2020-07-27 17:14:21

Ərdoğan dedi ki. Azərbaycan istəsin,biz Ermənistanı silərik.İndi əgər cəsarətin çatırsa açıq söylə: "Azərbaycan iqtidarı bunu istəyirmi?"

pensioner 2020-07-25 14:48:17

Bizim işimizi Ərdoğan edəcəksə siz nəyə lazımsınız.

BAKILI 2020-07-25 13:07:05

Turk artiq adini qizil heriflerle tarixe yazdirib bes biz cox teessuf

Eko 2020-07-25 11:51:15

Derdeeeee ((( Malades sene....

nihad 2020-07-25 11:50:25

bizim ciddi addımlar olarsa Türkiyə bizdən qabaq özünü alova atacaq,yetər ki,onlar bizdə bu qeyrəti görsün

Adil 2020-07-25 10:24:10

Nooldu 27 ildi aglınız hardaydı. İndi də 10-15 il xalqa təlqin edin ki, arxayın olun Ərdogan torpaqları alacaq...Məmurrlar da 15 il məsuliyyətdən yayınıb, neftdən qalan pulları da dagıtsın...

Vətəndaş 2020-07-25 07:39:41

Ərdoğan dava-dava oynamır. Türkiyə ilə hərbi müqavilə bağlamaq lazımdır. Müharibəyə başlamaq və çağırmaq lazımdır. Yoxsa bizim məmurlar milyardların üstündə yataqücaqlar, Ərdoğan da gəlib Qarabağ alacaq? Absurd

Sədi 2020-07-25 00:48:39

Rusu çox istəyirdin,nə oldu fikrini dəyişdin?

Xalq 2020-07-25 00:34:16

Düppədüzdür. Amma rusiya heç vaxt Türkiyə ilə Qarabağın bizə verilməsinə getməz. Onu buna məcbur etmək lazımdır. Ancaq Sizin yazınızı dəstəkləyirəm.

Son yazılar