“RAMİZ MEHDİYEV HAQDA YAZILANLAR SİFARİŞLİDİR...” - Ziya Məmmədov Mehdiyevin müdafiəsinə qalxdı

Son zamanlar Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı tənqidi fikirlərə, hətta onun ünvanına səsləndirilən ciddi ittihamlara tez-tez rast gəlinir. Nəinki müxalif mövqeli, hətta hakimiyyətə yaxın olan şəxslər, deputatlar R.Mehdiyevi ölkədəki “5-ci kolon”un əsas siması, idarəçisi kimi göstərirlər və onun Azərbaycandan daha çox Rusiyaya xidmət etdiyinə işarə vururlar.

Lakin sabiq administrasiya rəhbərinin müdafiəsinə qalxanlar da var. “AzPolitika.info” xəbər verir ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov “Unikal.org”-a açıqlamasında R.Mehdiyevin müdafiəsinə qalxıb. “Köhnə qvardiya”nın əsas simalarından biri kimi tanınan sabiq nazir iddia edib ki, R.Mehdiyev haqqında yazılanlar və səsləndirilən fikirlər sifarişlidir: "Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçilik fəaliyyətində göstərdiyi xidmətə görə, "Heydər Əliyev” ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır. İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".

“AzPolitika”

635x100

Şərhlər

MEMATİ 2020-08-22 08:21:29

DÜNYA İNKİŞAF EDİR O CÜMLƏDƏN DƏ AZƏRBAYCAN YAŞLI NƏSİL DÜNƏN GÖRDÜY

Veten dashi 2020-08-13 12:14:02

Sizin kimi bu xalqa zulm etmish insanlarin bu torpaqda yashamaq haqqiniz yoxdu ,bu xalq sizi her gun lenetleyir.Bundan sonraki ibadetiniz de sizi xilas etmez insallah.Bu dunyada cezanizi cekeceyinizi goreceyik inshallah.Haramla uzaqa gede bilmezsiz...

Alı 2020-08-13 10:25:52

Hakimiyyətin qənimi müxalifət deyil, işdən atılmış məmur oliqarxlardır. Ziya və qardaşı, Eldar Mahmudov və ətrafı, Ramiz, atılmış nazirlər.Milyardları var. ... əsas maliyyədir.Gərək bunları çıxaranda elə günə qoyaydılar ki, yeməyə çörəyi güclə tapaydılar. Hakimiyyət bunu etmədi, Buyursun indi Ziya(N) siyasi boy göstərir.Bir azdan o biriləri də başlayacaq.Əgər hələ başlamayıblarsa........Gec deyil İQTİDAR........

Alı 2020-08-12 19:49:00

Bəs bu Ziya(sız) deyirdi ibadətlə məşgulam, namaz (buna qənim olacaq) qılıram!? Noldu siyasi bəyanatlar verir.. hakimiyyət bunlara münasibətdə də yarımçıqlıq etdi və edir....Belələrini yedizdirdi, bəslədi, gücləndirdi, iddialı etdi ŞİRƏ döndərdi və işdən çıxardı ki, get milyardlarını bala bala ye......Dinc oturmayacaq axı.....

Əli 2020-08-12 13:53:00

Z.Məmmədov düzgün qeyd eliyir ki, cənab Prezident hörmətli Akademikimizin qiymətini verib. Onun haqqında yazılanların hamısı boş-boş yazılardır. ....

Gündüz 2020-08-12 13:35:40

Ziya Məmmədov uzun müddət rəhbər vəzifədə işləyib. R.Mehdiyevin necə bir Şəxsiyyət olduğunu çox yaxşı başa düşür. O, R.Mehtiyev Aparat rəhbəri olarkən işdən çıxarılıb. Nəyə görə indi onun haqqında mənfi danışmır. Deməli Ağsaqqalın bu dövlət və xalq üçün xidmətlərini düzgün qiymətləndirir. Yəni Prezidentimiz də yüksək qiymətlənib. Amma bu Fəzail, Alqış, Eldar kimi dırnaqarası insanlar bunu anlamırlar

ayrım 2020-08-12 13:22:18

Yazıx ziya ramiz kimilər birdə geriyə prezident adminstrasiyasına müdir qayıdan dəyil. Get gələcəyini oğlunu nəvəni fikirləş otur sakit yerində .Yoxsa oturduğun evi kreslonu da əlindən alıb düz Ucara kimi tullayarlar ha.Qardaşın Eltonu Akademiyaya işə ötürüblər deyə dilini dinc saxla ...

Eko 2020-08-12 11:53:11

Derd

Ramazan 2020-08-12 09:52:59

Bu hakimiyyət bunlara heç nə edəsi deyil. Çünki hamısı nəetdiklərini elə hamısı da görüb şahid olublar

Sabir 2020-08-12 09:51:09

Ziya ümumiyyətlə insanlıqdan uzaq adamdır. Onun o qoçulaı taksistləri necə incidirdilər döyürdülər

Eli 2020-08-12 00:47:26

Ziyanin qanunsuz emellerine goz yuman RAmiz Mehdiyev bawda olmaqla Zakir Qaralov olub, hansl ki her ikisi qanun qarwisinda cavab vermeli oldugu halda azadliqdadirlar, ele bu sebebden de Ziya kimisi cezasizliq muhitine gore bele agzina geleni daniwir!

Eli 2020-08-12 00:42:04

Teecub etmeyin, bu lryaqetsiz dovlet emlakini dagidib sakit buraxilanda bele danishacaq de, bunun yeri turmedir, hele bir utanmir daniwir da!

Eli 2020-08-12 00:15:43

Ramiz Mehdiyev haqqında yazılanları bır az analiz eden olsa bele melum olur ki son 25 ilde tek onun fealiyyeti yox ölkede aparılan siyaset şübhe altına alınır.Bu meseleye ise yüksek dövlet qurumları terefinden reaksiya verilmir Yazanların vetendaş mövqeyı meneviyyatı dövletçiliye münasibeti de göz qabağındadır.Niye bunlara dayan deyilmir ve ya bu meseleler hüquqi müstevide hell olunmur.Axı bu hreketler birbaşa dövletçiliye zerbedir.Bele olmaz axı bu mence demokratiya yox anarxiyadır Buna son qoyulmalıdır.

avtomobilist Emin 2020-08-11 23:27:45

Ziya bunu o dünyadan öndərib ya hələ sağdi? Sağdisa onda ayibina sıxılıb niyə susmur ki? Bir adam uzun illər bütün bir nəqliyyat sektorunu vicdansizcasına talayıb, necə-necə soydaşlarımızın hətta ün cörəyinə möhtac qacqln köckünlərin beş on manat gəlirinə göz diksin indidə gəlib sifarişli yazılardan insafdan danişsın Allaha and olsun ən böyük şərəfsizlikdi. Oğlun bir bala ayıy yimək öcön milyonlarla manat pulu cölə atanda, bir türk müğşnnisi ilə şam yeməyinə 100 min manatliq sumka alanda sənin olmayan vicdanın nərədə idi ay paravoz sürüb sonra dövlətin millətin malını talayan hə?

Eli 2020-08-11 22:51:58

Ay ....!

M.Əsgərov 2020-08-11 21:56:57

zıya ele bır sən bırdə ramiz "ağniyyətlisiniz" gördük sizin də niyyətinizi, boş-boş danışırsan

Eli 2020-08-11 21:53:50

Çox qeribe bir işdir .Onlarla insanlar var ki,illerle bu kişinin hesabına vezifelerde ve s .işleyib ancaq buna neçe aydır iki üç.... hüçum edir özü de dayanmırlar.Ancaq ne qohumları naxçıvanlılar dostları ve s.bir nefer de müdafieye qalxmadı.Ancaq ucarlı bir köhne memur nese dedi.Koroğlu demişken tüfeng çıxalı merdlik kişilik bu dünyadzn baş aldı getdi.İndi vezife yox her yoldan öten ona hücuma keçir .Bu milleti ki bele gördük bu gün hzmı üçün olacaa külek ki bele esir.

nihad 2020-08-11 21:47:23

bu da həmin zəncirin həlqəsidir

Eli 2020-08-11 21:02:59

Çox teeccüblüdür uzun iller Mehdiyevin seyi neticesinde vezifeler göre. deputat olan ve böyük böyük biznes şebekeleri quran insanlar qohumları dostları ve s.onu niye müdafieye qalxmadılar ve xalq arasında hörmeti olmayanlar ise ona hücüma keçdiler.Maraqlıdır yeqinki onun çöreyinin duzu yoxdur.

rasim quliyev 2020-08-11 20:40:57

Ziya m Sizin oglunuz deyildi 1mln ayi kababi yeyen?Ayinin ahi tutdu postunuzu terk etdiz.

Niyaz 2020-08-11 20:19:25

Bunlar hər ikisi bu millətin qanını içənlərdirlər

ALİBABA 2020-08-11 20:08:43

Bay səni... Bunlar artıq boy göstərirlər...Dünənə qədər nəsillikcə həbs olunacaqlarını gözləməkdən bagırları param parça olmuşdu.Nə baş verir ki, Ziya kimi kölgəsindən də qorxan birisi açıq şəkildə tarana gedir..Qudurmusan qurbaga, getmə ilan vurmaga....

Son yazılar