Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1 747 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, bu günə qədər isə ümumilikdə 849 628 test icra olunub.

Şərhlər
Yeqin SMS tedbiq elemek isteyirler ((((
Yumşalma vədi yaxınlaşdıqca rəqəmlər şişirdilir.Yeni bəhanə axtarın.Artq buna inanan yoxdur.t
Artıq əhali nəyin fırıldağ olduğunu yaxşı bilir.