"Toyların keçirilməsi ilə bağlı məsələlə çox vacibdir. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla əlaqədar öz qərarını verməlidir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməlidir:
"Belə ki, insanlar karantin qaydalarına əməl etməli, tibbi maskadan istifadə etməli və ara məsafəsini qorumalıdır. Toyda iştirakla bağlı müəyyən say həddi tətbiq edilməlidir".
Vahid Əhmədov son günlər sosial şəbəkələrdə yayılan toy görüntülərinə də münasibət bildirib:
"Bəzi şəxslər var ki, 1-2 ildir ki, nişanlıdır. Elə məqam gəlir çatır ki, onlar bu toyu etmək istəyirlər. Bunu qınamaq da olmur. Hesab edirəm ki, toyların keçirilməsinə icazə vermək lazımdır. Əlbəttə ki, hazırda toyların keçirilməsi müəyyən problemlər yarada, xəstəliyin artmasına səbəb ola bilər. Ancaq hazırda Operativ Qərargah tərəfindən toyların keçirilməsi qadağan edilib. Belə bir şəraitdə toyları keçirmək lazım deyil. Hər bir şəxs müəyyən olunan qaydalara əməl etməlidir".

Şərhlər
BUNLAR AT OYNADIRLAR,HARINLAYIBLAR,KEYF ELEYIN
VAHID MALIM SIZDE SIYAVUW KIMI O SOZ...
Azərbaycanda hər gün belə qapalı şəraitdə 100den çox nişan kiçik toy meclisleri olur.karatin qaydalarından danışan insanciqlar görəsən özləri buna riayət edirlərmi? Hardadı o vicdan hay hay
Belə yanaşmaya çox təəssüləndim.
Evlənmək toy eləmək ancaq milləti talayan bu oğrulara olar. KJasıb-kusubun pulu var ki bir toy da eləsin. Bu haramzadalar çapıb talayıblar
Vahid yoldaw reski verdi zadniye
Vahid müəllim, hiss olunur ki, qocalmısınız. Yəqin sual olunur ki, . bu toy görüntülərinə münasibətiniz.Çünki, bu görüntülərdə ixtiyar sahibləri Ölkə Başçısının və Operatif qərargahın qərarlarını heçə sayıblar. Siz isə durub nağıl danışırsınız. Sizin dediyiniz başqa sualın mövzusudur Vahid müəllim.
Sadə xalqin övladlarinin eleleri varki 3_4 ildiki nisanlidirlar.sen 1-2 ilden danisirsan.Ona göre bu millet naraziliq edirlerdeee.Aq qaraya ayiriblar bu milleti.