Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Novxanıdakı villasında nəvəsinə toy məclisi keçirməsi rezonans doğurub. Sosial şəbəkələrdə yayılan video görüntülərdən məlum olur ki, mərasimdə Milli Məclisin İntizam Komitəsinin sədri Siyavuş Novruzov, onun həyat yoldaşı – İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov və başqa şəxslər iştirak ediblər. Keçmiş rektorun akademiki tərifləyib göyə qaldırması, ölkədə aparılan islahatları, əldə olunan uğurları məhz Ramiz Mehdiyevin xidmətləri kimi təqdim etməsi də bu “toyun” adi nikah mərasimi olmadığını göstərir…
Azərbaycanda məmur toyları həmişə ictimaiyyətin diqqətində olub, amma bu dəfə toyun dəbdəbəsi, onların kiminlə qohumluq münasibətləri qurması, toyu aparan müğənnilərin kimliyi müzakirə olunmur. Məmurların pandemiya şəraitində, qanunla qadağan olunan, sadə vətəndaşlara imkan verilməyən məclisləri belə rahatlıqla keçirməsi cəmiyyətdə qıcıq doğurur.
Daha bir qıcıq doğuran məqam karantin qaydalarını pozan məmurların, deputatların vaxtı ilə ağır cərimə sanksiyalarının qəbulundakı rolu, ictimaiyyət qarşısındakı bəlağətli çıxışlarıdır. Məsələn, aprelin 23-də Ramiz Mehdiyev Prezident İlham Əliyevə göndərdiyi məktubda yazıb: “Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir”.
Mayın 1-də keçirdiyi iclasda isə akademik Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırıb.
İyunun 10-da AMEA sədrinin rəhbərliyi ilə keçirilən onlayn müşavirədə Ramiz Mehdiyev bir daha pandemiyadan danışıb: “Koronavirus pandemiyasının bütün bəşəriyyət üçün ciddi bir təhdidə çevrildiyi bir dövrdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilib. Bu istiqamətdə düşünülmüş siyasət və çoxşaxəli qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verib, insanların sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi işlər görülüb...”
Novxanıdakı toyda ailəlikcə iştirak edən deputat Siyavuş Novruzov isə Milli Məclisdə karantin rejiminin pozulmasına qarşı ən ağır cərimələrin tətbiq olunmasını israrla tələb edib. Onun çxışdan bir parça: “Cərimələrin artırılması ilə vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmirlər. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə o zaman insanlar vəziyyətin ciddiliyini başa düşərlər. Vətəndaşlarımız qaydalara əməl etməməklə Azərbaycan Respublikasının Konstitusiyasının 5 maddəsini pozmuş sayılırlar. Bu məsələ hər bir şəxsin fərdi məsələsi deyil, bu ümumilikdə millətin məsələsidir”.

İndi Siyavuş Novruzov Konstitusiyanın 5 maddəsini pozan Ramiz Mehdiyevin nəvəsinin təmtəraqlı toy məclisində niyə iştirak edib? Bu dəvəti eşidəndə maddələri, İnzibati Xətalar Məcəlləsinin tələblərini niyə xatırlatmayıb? Əlbəttə, bunlar ritorik suallardır, bəllidir ki, Novruzovun da, qeyrilərinin də qanun, ədalət və s. barədə dedikləri boğazdan yuxarı deyilən şablonlardır.
Qanunun tələbinə gələndə isə, İnzibati Xətalar Məcəlləsində karantin qaydalarının pozulması ilə bağlı cərimələr və inzibati həbs cəzası nəzərdə tutulub:
Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması. 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.
211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Bu günə qədər hüquq-mühafizə orqanları bu normaları rəhbər tutaraq onlarla toy, nişan, yas mərasiminin keçirilməsini əngəlləyib. Təşkilatçılara, iştirak edənlərə cərimə, inzibati həbs cəzaları verilib. İnternet belə kadrlarla doludur.
Gözləyək, Ramiz Mehdiyev və başqa toy mərasimləri düzənləyən məmurların, deputatların hansı sadə vətəndaşlar kimi bu Məcəllə ilə cəzalandırılacaq? Çətin...
Elçin
“AzPolitika.info”

Şərhlər
balıq tutmaq vaxtıdır,sonra gec də ola bilər
Bir zamanlar övladı,ya da nəvələri törətdiyi hansısa adi qanunsuz əmələ görə ata,ana və baba məmurlar tutduğu vəzifəsindən dərhal kənarlaşdırılırdı.Mənə çox marağlı qaldı.Görəsən "karantin" dövründə qanunu pozan Ramiz,Siyavuş və arvadı Səbinə tutduğu vəzifələrindən azad olunacaqlarmı?
Sherhlerin 90 % ni vermediniz haaa !!!
Bəs bizim ayıq sqyıq polisimiz harda yatmışdı? Rayonlara getmək,Bakıdan giri-çıxış qadağası olduğu halda Naxçıvanlılar təyyarə ilə anaxçıvana buraxılır, amma azərbaycan vətəndaçı Salyana,Şamaxıya gedə bilmir.Bu nə demək olduğunu aydınlıq gətrən varmı?
DEMELI SIYAVUWDA RAMIZIN ,,KRUQUNA ,,AIDDIR.HA HA HA
Allah mübarək eləsin ! Hər kəsə nəvə toyu görmək qismət olsun .
Toy aydın şəkildə göstərdi ku,bizi kimlər idarə edir.
Indi Siyavush heyat yoldashi ile , cixsin milletden ûzr istesin !!!! Desin ki, bir sehvdi elemishik! Onda deyerem ki, bu adamda nese var.!
Pulluya beli ((( pulsuza deeli((((( biz millet kimi , yer ûzûnden silinmeliyik !!!!Biyabr olmushuq onsuzda ...
SIQNAL VERIN.GUNAH A X C P DEDIR
Ramiz m ilk once Allah xosbext elesin.Ramiz muellim toydan ne qeder pul yigdiz ?
Qanun,hami ucun olmalidir.Qanunu pozanlar,isinden,xaric olunmalidir!
Buradan elə çıxır ki,tot prav u koqo bolşe prav?Biz hansı cmiyyətdə yaşayırıq?Maraqlıdır bəs buna Prezidetin reaksiyası nə olacaq?
malades
Yeniazərbaycanda qanun və qaydalar haqqsever və kasıbları məhdud çərçivədə saxlamaq üçün, harınlamış məmur oliqarxlara isə daha rahatlıq və qazanc gətirmək üçündür..
Kasibi həps edən,son 100 manatın cərimə edən deputat lar niyə susur ?
Bunlar nə hərliyirlər. Dünya veclərinə deyil. Milyardları oğurluyub talayıblar.