Menu

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLAR YENƏ ARTDI -3 nəfər vəfat edib

22.08.2020, 18:26
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLAR YENƏ ARTDI -3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, 1 748 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 557, bu günə qədər isə ümumilikdə 868 345 test icra olunub.

Şərhlər

.EJDER NAQILBAZ 2020-08-23 11:38:42

ERMENI TOYLARINDA YAYIFLAR,NATEMIZLER

Helime 2020-08-22 22:17:11

Shikayeti olmayan insanlara test aparmagin ne menasi var? Testi yalniz xesteliyin elametleri olan insanlara aparmaq lazimdir. Onda konkret biliner ki, neche xeste var. Shikayeti olmayan xestelerde test in musbet chixmasi hele hechne demek deyil. Yalniz statistika.

t.ədalət 2020-08-22 20:49:01

Yoluxanların adı və soyadı verilsə inandırıcı olar.

AMIN 2020-08-22 18:44:18

Testlərin sayını göstərmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol