“RAMİZ MEHDİYEVİ HEÇ KİM ALÇALTMAYIB” – “İlham Əliyev klanlara müharibə elan edibsə...”

“İlham Əliyevin Ramiz Mehdiyevi alçaltması barədə deyilənlər boşboğazlıqdan başqa bir şey deyil. Dünənə qədər qanunların hamıya şamil olunmadığını deyənlər, nədənsə qanunun aliliyinin təmin olunmasından narahat olublar”.

"AzPolitika" xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ətrafında baş verənlərə münasibət bildirərkən deyib.

Partiya sədri xatırladıb ki, 2019-cu ildə ölkədə 70 minə yaxın ailə qurulub. Bu il isə gənclərimiz pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə görə toy edə bilmir. Onlar, ailələri ilə birlikdə toylara icazə veriləcəyi günü gözləyirlər. “On minlərlə sadə vətəndaşımız isə karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub. İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər toy edə, karantin rejimini poza bilər, digərləri yox?! İlham Əliyev heç kimi alçaltmayıb, əksinə, onun və iqtidarın nüfuzuna zərbə vurmağa, karantin rejimini təmin edən Daxili İşlər Nazirliyinin hörmətdən salınmasına cəhd olunub. İlham Əliyev isə iqtidarın nüfuzunu qorumaq, sosial ədaləti bərpa etmək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addım atıb. Prezidentin bu addımına görə ona hücum edənlər əslində təsdiq edirlər ki, onlar məslək sahibi deyillər. Sadəcə hakimiyyət uğrunda bütün vasitələrlə mübarizə aparırlar, yaxud belə mübarizə aparanların əlində alətdirlər”.

Q.Həsənquliyev karantin rejimini kobud sürətdə pozduğuna görə R.Mehdiyevin kürəkəninin cəzalandırılmasından sonra Prezident İlham Əliyevin Naxçıvan və Qərbi Azərbaycan kökənli klanlara qarşı artıq sərt addımlar atmağa başladığı, bu səbəbdən sözügedən regional elektorat arasında nüfuzunu itirə bələcəyinə dair şərhlərə belə münasibət bildirib: “Klan - keçmiş sovet respublikalarında eyni bölgədən olan insanların iqtisadi və siyasi müstəvidə bir-birini müdafiə etmək məqsədilə yaratdıqları cinayətkar birlik kimi qəbul olunur. Klanlar sadə insanların hüquqlarını müdafiə məqsədilə yaradılmır. Əksinə, sadə insanların həyatını yaxşılaşdıracaq inkişafa mane olurlar. Regionlarda qeyd olunan bölgələrdən olan elə qaniçən, feodal təfəkkürlü məmur-rəhbərlər var ki, onların vəzifədə qaldığı hər gün on minlərlə vətəndaşın iztirabı deməkdir. Ona görə də, İlham Əliyev hansısa klana müharibə edibsə, bunu alqışlamaq və Prezidenti elliklə müdafiə etmək lazımdır. Xüsusilə bunu həmin bölgənin insanları etməlidir.

İkincisi, dünənə qədər deyirdilər ki, Prezident qarabağlılara (əslində hansısa klan nəzərdə tutulurdu) soyuq münasibətinə görə onlar arasında nüfuzunu itirib. Prezident hər bir azərbaycanlının Prezidenti olmağa çalışır və başlatdığı islahatlara görə güc strukturlarından, xalqdan və beynəlxalq birlikdən ciddi dəstəyi var. Açıq formada ona qarşı çıxmağa iqtidar daxilindən kimsənin cəsarət edəcəyini düşünmürəm. Xalqımız da bilməlidir ki, mövqelərini itirəndən sonra regionçuluq mərəzinə yoluxan hansı keçmiş məmurun qapıları vəzifədə olarkən sadə insanların üzünə açıq olub? Sadəcə, dünən xalqın passivliyindən, heç nəyə reaksiya verməməsindən danışanlar, utanmadan bir gün sonra sentyabrda hansısa böyük hadisələrin baş verəcəyindən, klanlar arası savaşdan danışırlar. Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır”.

“AzPolitika”

635x100

Şərhlər

Seçici 2020-09-03 16:28:31

Deputatlar heç vaxt demokratik yolla deputat seçilməyib.Onu həmişə Ramiz Mehdiyevin siyahısı ilə qutudan deputat çıxarıblar.Yəni deputatliqları da saxtadır. Mehdiyevin "müxalifət" qayıtdığı siyahıda F.Agamali, Qəzənfəroğlu ilə yanaşı o da olub......

Hay biçini, n səpini qarabağlı 2020-08-24 22:06:57

Nədən BÜTÖV AXCP president əvəzinə danışır. Klan və larını təbii ki, uzundərə ifraz edir.

vuqar 2020-08-24 08:59:28

Naxcvanl|lar ermen|stanl|lar Azerbaycan| reg|0nlara b0lenler agz|n|za gelen| yazmay|n guya 0nlardan heyf c|xmaq xat|r|ne yaz|rs|n|z amma tam ferql| yere surukley|rs|z D0VLET| ! Yaddan c|xarmay|n Azerbaycan| k|mler x|las ed|b ve yen|den qurub! Bunu yaddan c|xaran XALQ mehve mehkumdur!

Məhəbbət 2020-08-23 21:24:20

Qüdrət bəy,niyə milyonları yeyib dağdan,illərlə bir vəzifədə oturub yuxarılara diplomatlarla rüşvət verərək vəzifəsində qalan bəzi məmur,vəzifəli şəxslər haqqında geniş yazmırsan?Niyə? AZNEFTKİMYAMAŞIN nəzdində olan ən nəhəng Sabayıl Maşınqayırma Zavodunu məhv edən,yerlən-yeksan edən ,dəzgahlarını ,avadanlıqlarını satan,milyonlara sahib olan Əli haqqında yazmırsan? Adicə balaca dövlət qurumunu ləğv etmək üçün cənab Prezident fərman imzalamalıdır.daha sonra fərmana əsasən NK qərar verməlidir.O boyda nəhəng SMZ saxta sənədlərlə məhv etdilər. Hara baxır DTX,Resp.Baş Prokuroru,DİN,Korrupsiyaya Qarşı Mübarizə İdarəsi,Biz Azneftkimyamaşın köhnə əməkdaşlarında elə sənədlər var ki,həmin sənədlərə əsas bütün korrupsionerlərin yırtıcı üzü üzə çıxacaq.Hörmətli AzPolitika Sizdən xahiş edirəm bu rəyi olduğu kimi dərc edin.

Məhəbbət 2020-08-23 21:05:35

Qüdrət bəy sənə yox,deputatlığına hörmətim var.Ayıbdır axı.Yaraşmaz sənə.

Şaiq 2020-08-23 20:02:33

Erməni olan qaynı Levonu və ailəsini Bankıının köbəyində cəh - cəlal içində saxlayan Ramiz Mehdiyevin (rusiyanın) hədəfi fərdlər deyil, Azərbaycandır. Ona görə də, Ramiz Mehdiyevin təqdimatı ilə yüksək vəzifələrə erməni südü əmmiş adamlar (nazirlər) təyin olunublar. Dövlət strukturlarında kök salmış satqınlardan xilas olmaq bugüngü idarəetmə ilə mümkün olmayacaq.

MURAD 2020-08-23 16:39:08

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

Nazim 2020-08-23 16:38:03

Naxcivanlilar ve ermenistanlilar ele veziyyet yaratdilar ki, cammat arasinda ....

Murad 2020-08-23 16:32:14

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek besieged Ishleyen xanimi da ish Tural edib. Toyda ish Tural edenleri arasjdirsalar her shey Uzre cixacaw. O toyda ish Tural edenler Dovlet ile meydan oxuyanlatdir, Hamini cezalandirilmalidir.

Bilgi 2020-08-23 14:56:03

Qudret muellim, Sizin klan ve dovlet maraqi haqqinda danishmaqa menevi haqqiniz yoxdur.

maryam@1993 2020-08-23 14:48:58

Bu adamin .....

.EJDER NAQILBAZ 2020-08-23 13:40:02

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Mürsəl 2020-08-23 13:34:01

Qüdrət müəllim Bakıda icarəyə verilən obyektlərin 80%-i Naxçıvan klanının nümayəndələrinindir.

RT 2020-08-23 13:27:55

Hadi ? oda toy edib !!!!!!!!!

əlil 2020-08-23 13:18:26

hadı rəcəbli də nəvəsinə toy eləyib, onu niyə cərimələmirsiniz?

Kamil 2020-08-23 12:29:36

Adı çəkilən klanlar deyəsən narahatdırlar ayrıseçkilikdən insanlıqdan dəm vururlar

Rasim 2020-08-23 12:26:12

Bəs Baş nazir Əsədovun keçirdiyi toy mərasiminin adı niyə çəkilmir? Hələ Hadı Rəcəbov? Bu faktlar niyə gizləilir?

Azəri 2020-08-23 12:18:13

Qüdrət 30 ilə yaxındır Azərbaycanda Naxçıvan və qərbi Azərbaycan klanları bütün vəzifələri,biznesləri tam keçiriblər ələ. 27 il ərzində azərbaycan xalqının milli sərvətindən ancaq bunlar bəhrələniblər. Və ayrı-seçkiliyi də indiyə kimi bunlar yaradıblar. Bunu danmaq mümkün deyil. Millətin qalan hissəsi bir təhər fəhləçilik taksavarlıq qul kimi işləyiblər. İndi artıq bunun sonu çatmaqdadır. Sən özün də bunu bilirsən, dolayısı təsdiqləyirsən.

Vətəndaş 2020-08-23 12:05:58

Milli sərvətimiz iqtisadiyyatımız kimlər tərəfindən talan olundu,kimlərin əlindədi eləcə də leqal siyasi meydan da onlar,onlardırlar. Görün kimlər siyavuş fazil qüdrət abel fəzail ramiz əli-lər. Kimdir bunlar? Ölkəni hər tərəfli işğal ediblər

Son yazılar