Menu

"RAMİZ MEHDİYEV BİZİ ALDATDI..." - Siyavuş Novruzovdan şok açıqlama

23.08.2020, 20:51
"RAMİZ MEHDİYEV BİZİ ALDATDI..." - Siyavuş Novruzovdan şok açıqlama

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakı ilə bağlı açıqlama yayıb.

Həmin açıqlamanı təqdim edirik: 

"Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol vermişik. Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq. 

Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. 

Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar. Onu da qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir."

Şərhlər

Elşad 2020-09-03 10:10:03

Yeqin qol goturub oynamagida c....

Hüquqşünas 2020-08-31 20:25:52

Siyavuş və siyavuşlar Milli Məclisdən,Dövlər aparatından,idarəçilikdən uzaqlaşdırılmalıdırlar.Onlar Azərbaycanın üz qaralarıdıelar.

Fizuli 2020-08-31 20:12:45

Uşağı aldadırla ki, bir də ziyanlı qələti etməsin.Sən yaşda adamın aldanması isə başqa söhbətin mövzusudur..Bu sözlər Azərbaycan Milli məclisinin deputatına yaraşmır.

Amon 2020-08-25 22:07:50

Birinci defedi ki esidirem kimise aldadib toya cagiralar

rasim quliyev 2020-08-25 19:17:03

Rehmetlik generalimizin hec 40 cixmayib Siz toy edirsiz ,toya gedirsiz o esgerler zabitler Sizin evde rahat yatmaginiz ucun olubler .Sizde ne din var ne de iman

Seyid Ənhu 2020-08-25 05:59:17

ADAM AÇIQCA DEYİR Kİ, ÖZ KORTƏBİİ SƏDAQƏTİNƏ GÖRƏ BÜTÜN QANUNLARI TAPDALAMAĞA HAZIRDIR. TƏKİ ONA ƏMR OLUNSUN.

Mirələm 2020-08-24 21:16:18

Uşaqda fərasətə bax, aldadıb hamını

bəzgək 2020-08-24 16:40:08

danışdıqca batır... gör YAP sıralarında illərlə kim rəhbərlikdə olube

İ.Mustafaoğlu 2020-08-24 15:34:59

Ağsaqqallarımızdan həmişə örnək götürmüşük, kim sənə yaxşılıq edirsə axıra kimi onu müdafiə etməyi bacarmalısan. Əfsuslar olsun ki, indiki məmurlar dövlətimizin və cənab Prezidentimizin sayəsində yüksək vəzifə sahibləri olmasına baxmayaraq sədaqətlə dövlətimizə və cənab Prezidentimizə xidmət etməyirlərə Onlar yalnız sözdə, boğazdan yuxarı dövlətə xidmət etmələri xalqımıza bəllidir. Xüsusilə S.Novruzov kimiləri... Qanunları tapdalayaraq toyda iştirak etmələrini. uşaq kimi bəhanə gətirərək R.Mehdiyev tərəfindən aldandıqlarını bildirirlər... Onun bu sözü , deməyə əsas veriri ki, deputat kürsüsü onluq deyil...Cənab Prezident böyük idarəçilik məktəbi keçmiş, təcrübəli,səriştəli, yüksək intelektual səviyyəyə malik olan,dünya görüşlü,güclü siyasətçi olan Rəhbər heç vaxt şənliklərin icazə verilməyən bir dövründə kimliyindən asılı olmayaraq kiməsə övladına toy etmək üçün icazə verməz ..Siz Qanunlarımızı tapdalayaraq ailəvi toy şənliyində iştirak etməyiniz, dövlətimizə xəyanət kimi qiymətləndirilməlidir, siz və həyat yoldaşınız Ombusman tutduğunuz vəzifədən azad olunmalısınız, çünki siz öz xidmətlərinizlə cənab Prezidentimizə sədaqətlə xidmət etmirsiniz ? Mən həmişə demişəm, bu gündə deyirəm ki, dövlətimizi və cənab Prezidentimizi qəlbən sevənlər bizi kimi işsiz olan vətəndaşlardır,sıravi xalqdır. Siz yalnız tutduğunuz vəzifəyə görə boğazdan yuxarı dövlətimizi tərifləyirsiniz ? Sizə inam yoxdur....? Dövlətimizə xəyanət edənləri Ulu Tanrı heç vaxt bağışlamır ?

Murad 2020-08-24 14:07:33

Hemin toyda PA-nin yuksek rutbeli memurunun yuksek rütbədə Ishleyen xanimi da ishtirak efib. Toyda ishtirak edenleri arashdirsalar her shey uze cixacaq. O toyda ishtirak edenler dövlete meydan oxuyanlatdir, Hamisi cezalandirilmalidir.

NAC. RAZD.SEDRINE 2020-08-24 13:26:44

AYE HADININ NEVESININTOYUNDA NEQAYIRMISAN,ORDA ERMENI TAPDUN

Vətəndaş 2020-08-24 12:53:42

Məntiqli atalar sözü !!! ,,erməni toyu nağarasız? "

Adil-ə əlavə 2020-08-24 11:30:34

YAP-da belə sifətlilər çoxdur.Onlar xüsusən seçilib ölkəni biabır edirlər.Misal: Nəsirov,Əli Əhmədov və...

Cahangir 2020-08-24 11:27:46

Onun bu sözləri avam,anlaqsız küçə adamının sözünə bənzəyir.Guya Siyaquş bilmirdi ki,Azəraycanda toy mərasimi keçirmək qadağandır?Boş və özü kimi düşüncəsiz adamlara hesablanmış izahatdır?Razvedka naçalnikinin rəisi bu qədər avammış?.Şair dümişkən"səhv düşəndə yerimiz" olanda belə hallar olur.

Marif 2020-08-24 11:19:13

Konkret olaraq əlavə et ki, "KİŞİ" deyiləm.Yaxud da 2 günlük "kişi" ola bildin.İndi isə ....

nicat 2020-08-24 11:17:23

Bir nefer de var saman altindan su yeriden Ozun ele aparir ele bilir bundan temizi yoxdur halbuki Eli Hesenovnan Ramiz Mehtiyevin kassiridir Hec bir nazir de hec bir memur da var dovletde ona cata bilmez Bu 30 ildir hemkarlar komitesini daqidan Settar Mohbaliyevdir Bunun da o toyda olamsina hec kim shubhe etmesin

Bəhram Qarabağlı 2020-08-24 10:01:36

Heç kimi qınamayın! Xəyanət başdan hər kəsdə görünür. Düşmənimiz ermənilər deyil! Bu günə qədər heç biri mühakiməyə cəlb olunmamış daşnaq terrorçularıdır!

teqautcu 2020-08-24 09:44:00

siz yapcilar haminiz bir xarakterlisiniz ayi suda bogulmamaq ucun balasini ayaginin aitina alir

Şaiq 2020-08-24 09:38:53

Bir az ciddi olun, xalqı özünüzə az güldürün. Sizlərin belə səviyyəsiz hərəkətləri xalqı hökumətdən narazı salır. Aldadıldığınızı deyirsiniz. Erməni Levonla bir masada oturub yeyib içəndə sizi kim aldatdı??? Erməniləri görmürdünüz??? Bəlkə sizi məcbur etdilər ki, toyun sonuna qədər erməni ailəsinin masasını tərk etməyin??? Ombudsman haqda yalnız onu deyə bilərəm ki, qanunları pozan adam başqalarından qanuna riayət etməyi tələb edə bilməz...........

Uveys 2020-08-24 09:34:59

yaziq şahbuzlular))) gorun sizi milli meclisde kim temsil edir......şahbuzlularin bexti hec vaxt getirmedi

TARIX 2020-08-24 09:29:59

SİYAVUŞ M. BU BİABIRCILIQDIR SƏHV ELƏMİŞƏM DEYİB XALQDAN VƏ DÖVLƏTDƏN ÜZR İSTƏSƏYDİN DOĞRU OLARDI.

Eko 2020-08-24 08:20:00

Adam simasin itirmish yauuu(((

RP 2020-08-24 07:19:51

..... Ayib olsun sene ! Buda milletin bashbileni , Yaziq millet !

Rufet 2020-08-24 03:26:08

Siyavuw muellim ve sizin kimi bir nece memur daxil...size meslehetim var! Buraxin daha bu postu.bes eder.kifayet qeder iwleyib oyrenmisiz ve size incesenet universitetde oxumag lazim deyil.butun gunu anons edirler “serial cekilisine”boyu filan,saci filan....adam axtarirlar.mence uygun olan serialda yer ala bilersiz.siz artiq patensial aktyorsuz! Men Cenab Prezidentimin bu addimini destekleyirem ve onunla fexr edirem! Ne edirse duz edir,duzgun qerar verir.var olsun!!!

Agasef Qedirov 2020-08-24 00:07:23

Toydan sonra xina meselesi

elxan 2020-08-23 23:12:33

Bəs deyirdin Əfqan razvet qurupun rəhbəri olmusan. Necə san aldatdilar ki? Bax ha aldadıb başına başqa pyun acarlar.

vetendaş 2020-08-23 23:12:00

Allah rəhmət eləsin Nəsibə xanım elə sənə diyib o kül senin kişi başına cümlesin

oxucu 2020-08-23 23:09:05

utanmayandan sonra oynamaga ne var ki..meselini babalarımız bu adama görə yazıb-deyib..) siyavuş mellim belke arada 1 vetene de xidmet edesiz, belke arada bir xalqa da xidmet edesiz...prezident özü dedi ki men xalqın qulluqçusu-xidmetçisiyem, sizde elə səmimi insansız ki, heç veten-xalq yadnıza düşmür, dediyin sözlərlə ifadə elirsen ki kim prezident olsa men onun qulluqçusuyam. belke bir adam olasız sade leyaqetli

Musa 2020-08-23 22:58:48

Başdan ayağa təlxəkdir

Baba 2020-08-23 22:56:45

Siyavuş bir aktyor kimi hozu rolunda hazır kadırdır.

Mehman 2020-08-23 22:45:42

Kişilikdən dəm vururdu iki gün əvvəl. Deyirdi düz eləmişəm, mən kişiyəm. Nə oldu?Ay səni ........

Elman 2020-08-23 22:41:56

Biz çox maymaq millətik. Görün bizi kimlər idarə edir

Vətəndaş 2020-08-23 22:40:42

Kişiyəm deyib, bir anda kişiliyin atdı, Töhmətdən qorxub, dostların satdı.

Yusif 2020-08-23 22:31:52

razvedka naçalnikinin rəisi uşadır ki,onu aldatsınlar?,

ayrım 2020-08-23 22:09:38

Yaxşı başa salıblar müharibə veteranını deyəsən hətta məhşur akademiki fırıldaqcı elədi ikicə dəqiqəyə.Bəs deyirdın ki əcəb eləmişəm dəvət edib şərəfsiz olaram getməsəm. İndi bəs adına nə deyək bu şərəfli oğlanın hə qaddan alım?

Rəndə 2020-08-23 21:53:57

Beləsinə deyərlər yalancının ATASINA lənət.Bəs deyirdin ƏCƏB ELƏMİŞƏM.Ged unverisitetin kplidorunda RÜŞVƏR YİQ BƏZİ HƏMKARİN KİMİ.

LAP ELƏ... 2020-08-23 21:53:04

Nə həyasız sifətlərsiz?

Mehdi 2020-08-23 21:45:34

Sən və orda olanlarin hamisi ramizin komandasindadi,tovariş nacalnik razvedkanin sedri.Hec o yana bu yana burcutma.Taa bundan sonra dilin girər dinmez yerine.

"İvan Qroznı peşəsini dəyişir" 2020-08-23 21:44:16

...и тебя вылечить.

Səid 2020-08-23 21:24:51

Bravo! Sətavuş müəllim, bu tam sizin tərziniz oldu, Afərin!!! Görəsən hələ daha nələr eşidəcəyik sizdən?!

Özgür 2020-08-23 21:24:43

malades

Mikayıl 2020-08-23 21:16:31

Dələduzlar milləti necə lazımdır fırladırlar. Baş açmaq da olmur bunların fikri amalları nədir?

Araz 2020-08-23 21:15:47

Bəs deyirsen ki nac razvedka sedriyəm.Sadə həqiqətləri bimirsəm.

Aborigen 2020-08-23 21:11:41

Ağ yalan danışır. Bəlkə bu ermənilərlə bir masada oturmağını da bilməyib. Milləti qoyun hesab eləmək lazım deyil.

HACI DAYI 2020-08-23 21:11:22

MİSAL VAR DEYİRLƏR Kİ FİLANKƏSİN ÜZÜRÜ QƏBAHƏTİNDƏN BETƏR OLDU.SİYAVUŞUN BU HƏRƏKƏTİ ONUN NECƏ BİRİ OLDUĞUNU ƏYANİ SUBUT EDİR.BİR GÜN QABAĞA KEFİ XOŞ OLANDA XORUZLANARAQ LAP YAXŞI ELƏMİŞƏM İŞTİRAK ETMİŞƏM DEYƏN ADAM GÖRÜN BİR GÜN SONRA NƏ DEYİR?BU ADAMLAR AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ ƏLEHİNƏ İSTƏNİLƏN AN SƏS VERƏ BİLƏRLƏR.TOYDA ERMƏNİLƏRLƏ BİR YERDƏ OTURAN RAZVEDKA SƏDRİ İÇGİNİN TƏSİRİ KEÇƏNDƏN SONRA YALTAQ..ĞA BAŞ VURMAQDAN HAÇ UTANIB XƏCALƏT DƏ ÇƏKMİR.GÜNAH BELƏLƏRİNİ DEPUTAT EDƏNLƏRDƏDİR.

Azer 2020-08-23 21:06:12

Utan e ə yekə kişisen, evvel ele demirdin. men kisiyem deyirdin, ne gundesen ə. ele qorxarsan

pensioner 2020-08-23 20:58:33

Səni aldatmaq olar? Sən ki,şeytana papış tikirsən.Nə tez valı dəyışdin ay "hüquq professoru"?

Aqil 2020-08-23 20:56:41

İnsanda sifətə bax ey!

t.ədalət 2020-08-23 20:55:34

Səyəvuş Novruzov həmişə yalan danışdığına görə ona inanmaq səfehlik olar.İndiyədək olan bütün çıxışlarında yalan danışmışdır.Hətta "Nacmuddin Sadıkovla Laçında döyüşdə iştirak etmişəm" deməyinə qədər yalan söyləmişdir.

ayxan 2020-08-23 20:54:50

indi bu ozunu temize cixarmaq isteyir?demek prezidentin xeberi varsa sen qanunlari poza bilersen o zaman he?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol