“ƏFİ İLAN DƏRİSİNDƏ SÜRÜNƏN RİYAKAR...” - Hacıbala Abutalıbovdan Ramiz Mehdiyevə...

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da AMEA prezidenti, akademik Ramiz Mehdiyevi ittiham edib. O, mətbuata göndərdiyi məqalədə akademik haqqında kəskin ifadələr işlədib və bir sıra ittihamlar səsləndirib.

Məqaləsinə dünya klassiklərindən Aleksandr Dümanın "Elə cinayətlər vardır ki, onlar heç zaman bağışlanılmır, bu cinayətlər millətə, vətənə və dövlətə qarşı edilən xəyanətlərdir", Anton Çexovun "İnsanları yaxşı tanımağın ən düzgün anı onlardan ayrılarkən baş verir. Çünki o vaxt saxta üzlər tez üzə çıxır" məşhur deyimləri ilə giriş verən keçmiş icra başçısı, R.Mehdiyevi xəyanətkar elan edib. 

"AzPolitika.info" H.Abutalıbovun məqaləsini olduğu kimi oxuculara təqdim edir:

"Müasir dünyanı, həmçinin Azərbaycanı bürüyən qlobal transformasiyalar və neqativ çağırışlar dövründə, eyni zamanda pandemiyanın tüğyan etdiyi bir şəraitdə ciddi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, bəzi yüksək rütbəli məmurlar, o cümlədən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tutduqları vəzifələrdən sui-istifadə edərək, qanunların aliliyinə məhəl qoymur, onları istədikləri kimi tapdalayır və pozurlar. Buna misal olaraq Ramiz Mehdiyevin yaxın günlərdə karantin qaydalarına zidd olaraq dəbdəbəli və təmtəraqlı şəraitdə bir çox vəzifəli, eləcə də vəzifədən uzaqlaşdırılmış keçmiş məmurların iştirakı ilə nəvəsinə toy etməsi hadisəsinə münasibət bildirməyimizi bir vətəndaş olaraq özümüzə borc bilirik.

Açığı, Kütləvi İnformasiya Vasitələrində xoşagəlməz hadisənin işıqlandırılması Azərbaycan vətəndaşlarının əksər təbəqələrində Ramiz Mehdiyevə qarşı dərin nifrət və ikrah hissini oyatmış, xalqın böyük əksəriyyətinin qəzəbinə səbəb olmuşdur.

Dünya praktikasında qəbul olunmuş etik davranış qaydalarına görə, istənilən yüksək rütbəli vəzifə sahibləri başqalarına öz əməli fəaliyyəti ilə nümunə olmalı, şəxsi mənəvi və əxlaqı keyfiyyətləri ilə işlədiyi sferada qanunun aliliyini təmin etməlidirlər. Təəssüf hissi ilə olsa da, qeyd etməliyik ki, Ramiz Mehdiyevin və onun ətrafının bu qanuna zidd olan hərəkətləri nəinki milli həmrəyliyin, insanlar arasındakı sosial bərabərliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, hakimiyyət iyerarxiyasında təmsil olunan məmurların özbaşınalığı, xalqdan ayrı düşməsi kimi mənfi təsəvvürlər yaradır. Bu isə son nəticədə əsası Ulu Öndər Heydər Əliyevimiz tərəfindən qoyulmuş və bu gün də ölkə başçımız cənab İlham Əliyevimiz tərəfindən ictimai həyatımızın bütün istiqamətləri üzrə uğurla aparılan dövlətçilik məfkurəsinin, müstəqil daxili və xarici siyasətimizin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, dərin zəka sahibi Mehriban xanımımızın gələcək xoşbəxt Azərbaycan dövlətçiliyinin yaranması üçün apardığı yorulmaz səylərinin, Qarabağ müharibəsi fonunda milli barışığa, eləcə də həmrəyliyin bərqərar olmasına böyük zərbə vuran bir addım kimi qiymətləndirilməlidir.

Cəmiyyətimizdə baş verən bütün bu deyilənləri və acı həqiqətləri məntiqi ardıcıllıqla təhlil süzgəcindən keçirərkən bu günümüz və gələcək inkişafımız naminə qətiyyətlə bildirməliyik ki, milli müstəqilliyimizi, eləcə də dövlətçiliyimizi qorumaqdan ötrü ayrı-ayrı kimliyindən, mənliyindən, tutduğu vəzifəsindən və partiya mənsubiyyətindən asılı olmayaraq, xalqa, millətə qarşı sayğısızlıq, hörmətsizlik edən ikiüzlü, insan libasında gəzən, əfi ilan dərisində sürünən riyakar adamlar tərəfindən atılan qərəzli, məkrli addımların qarşısı birmənalı şəkildə alınmalıdır. Təəssüf hissi ilə də olsa, göstərməliyik ki, bəzi məmurlar yüksək vəzifələrdə işləyərkən dövlətin onlara etibar etdiyi səlahiyyətlərdən sui-istifadə edərək, xalqla dövlət arasında uçurum yaradır. Bu, həm də təbii olaraq sadə insanlarda məmurlara qarşı istehza və nifrət hisslərini gücləndirir. Bu məmurların çirkin əməlləri sayəsində qeyri-qanuni yollarla əldə etdikləri maddi-mənəvi sərvətlər və titullar dövlət tərəfindən araşdırılaraq öz hüquqi qiymətini almalıdır. Şübhə etmirik ki, xalqın səbr kasasını daşıran bu tip adamlar öz layiqli cəzalarını alacaqlar. Əks halda, əldə etdiyimiz uğurlar tərəqqiyə deyil, tənəzzülə doğru yuvarlana bilər. Bu mənada qədim yunan filosofu Platonun təbirincə desək, “Dövləti sırtıq uşaqlar və həyasız qocalar idarə edəndə haqq-ədalət, şərəf və ləyaqət tərəzisi pozulur” və görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Qorxuram dünyaya bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə” kəlamları bu günümüzün acı həqiqətləri ilə həmahəng səslənir.

P.S. Mən nankorluğu lənətləyərkən, yaxşı tanıdığım insanları hər gün tanımaq istəyirəm. Nankor insanların səlahiyyət kürsüsündə bir daşı artdıqca, kişilik kürsüsündən bir daş aşağı düşür.”

635x100

Şərhlər

Elşad 2020-09-03 10:04:05

Ayibdir ey vallah ayibdir ! ....

Əli-yə 2020-09-02 11:46:20

Hacıbala əsl Ordubadlı deyil.Əvvəllər köçüb gələn YerAzlardandır. ...

Kamil 2020-08-31 19:54:25

Hacıbalanın yığdığı rüşvəytlər deyəsən xərclənib.Yoxsa o ortaya çıxmazdı.

Oxucu 2020-08-26 22:08:58

Fizikadan anlayışı olmayan "fizik" Hacıbala, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Azər Mustafayevin yazdığı bu cür məqalələrlə deyəsən Ramiz Mehdiyevdən sonra ikinci filosof akademik olacaq..

Eldar 2020-08-25 14:49:34

Göresen Siyavuş Novruzovun tabirince desek o toyda Manaf kişi de oxumuşmu? Birde bizim polisler en ucqar kendlerimizde sünnet toyunu bildikleri zaman göresen Mehdiyevlerin toyuna niye getmemişler. Sahe müvekili hara baxırmış?

Shushali 2020-08-25 14:09:24

Bunun min dili var, Ramiz Mehdiyevi indi gorse onun qabaginda bash eyer, tobet eder.

.EJDER NAQILBAZ 2020-08-25 13:05:15

YALAN DANIWANIN ATABATASINA LEHNET

Adil 2020-08-25 09:55:58

mənə cox maraqlıdı Ramiz Mehdiyevin qaynı Levon və ailə üzvləri Ermənstannan Azərbaycana necə ğəlib)))

Omer 2020-08-25 06:04:18

Movqey bildirmek gorunurki mecburidi

Səid 2020-08-24 22:43:07

Bu əqidəsinin nə olduğu bilinməyən insanlardan qurtar millətimi ey Ulu Tanrı!!! Bu millətə yazığın gəlsin!!!

Patriot 2020-08-24 22:39:33

Ramiz mehdiyev xalqi inandirmaga calisdiki prezident sizi aldadir bu karantinle yene de QRU

Kələntər 2020-08-24 21:51:34

Dəlidən doğru xəbər !

Mehdi 2020-08-24 21:34:37

Bu dəli haralardadi?

nihad 2020-08-24 21:03:32

balıq tutmaq vaxtıdır,sonra gec də ola bilər

Eli 2020-08-24 21:01:33

Maşaallah,maşallah gül oğlan yene vetevperverlik kürsüsünde dil dil ötür.Göresen hörmetli pofessor Dövlet ve şexsiyyetin rolu ve ferqini bilir biler mence fizika elmler doktorudur.Bu adam icra başçısı işleyende qapısında vezifesini gösteren lövheye professor sözünü yazdormağı unutmayıb baxmayaraq ki bunun vezifeye heç bir aidiyyeti yoxdur.Özü de bu yegane Ordubadlıdır ki ,ordubadlılara qetiyyen oxşamır bunu özleri de desdiq edir ,baxmayaraq ki,tanıyanların hamısı Ordubada ve ordubadlılara xüsusi hörmet ve ehtiramla yanaşırlar.

Aqil 2020-08-24 20:39:33

Nə gündəsən ey dövlət və Millət ! Dünən quyruq bulayanlar bu gün səs-səsə verib xor kopellası yaradıblar.

Simuzər 2020-08-24 20:19:46

Bu hacıbalaya sual verərdim ki məgər Ramiz mehdiyev yalnız toy etməklə qanunu pozub, indiyədək bütün işləri düz olub

Altay 2020-08-24 20:18:16

Plutonun dediyi o həyasız səxsiyyətsiz qoca sənsən

Doğru 2020-08-24 20:06:04

Buna nə ad vermək olar. NANKOR! Hər ikiniz də kim olursuzsa olun.Amma çalışın heç olmasa indi kişi kimi yaşamağı öyrənin. Axı siz birlikdə çoxlarının torbasın tikmisiz.

faiq 2020-08-24 19:38:35

Bakını qarış qarış satan bu insanın yazdığını oxuyanda ona olan ikrah hissi daha da güclənir.

Bəkir 2020-08-24 19:37:23

Allah, Allah, bir Hacıbala baxın. Bunlar nə gündə imişlər! Lap iç üzləri açıldı ki...

Ağayev Ağahüseyn 2020-08-24 18:40:57

hacıbala bütün yazdıqların sənə ,ramizə və diğər YAP-hörmətdən salan bir qurup yarıminsana AİDDİR.sən BAKINI məhv etdin ALLAH sənin və səninkimilərin NƏSLİNİ kəssin ki,ARTIB TÖRƏMƏYƏSİNİZ.Bakı məhv oldu sən yıqdıqın RÜŞVƏLƏR də VƏHABİLƏRƏ qismət oldu.

Bashirov Qarib 2020-08-24 18:24:55

Hörmətli Hacıbala muəllim son cumləsində hər şeyi dedi.Yuksək kursudə oturanların kişiliyi yoxdur- deyir Hacıbala muəllim.Bu çox ciddi ittihamdır. Məncə heç də həmişə belə olmur.Ola bilsin ki, muəllim fikirlərini özunun görduklərinə əsasən deyir.

Vətəndaş 2020-08-24 17:48:49

Bunlar hamısı milyoner milyarder olsalar da etibarsız əqidəsiz,görməmiş .... Yazıq millətimiz,görün Sizi 30 ildir kimlər idarə edir,talayır

M.Əsgərov 2020-08-24 17:30:26

bu hacıbalanında dili var hele danışır, gəlir deklorasiyası qanunu işə düşə kaş....

Adıgözəl 2020-08-24 17:29:45

Hacıbalanı rüşvət aldığına görə niyə həbs etmirlər.Axı o icra başçısı işlərkən milyonlarla rüşvət alıb.

Xalq 2020-08-24 17:14:50

özü otel alıb Türkiyədə oğurluq pulla, elə danışır ki, guya mələkdirrrrrrrrrrrrrr

Adil Əlıiyev 2020-08-24 17:12:02

Ey gidi dünya !!!

Davud 2020-08-24 17:09:11

Tula itdən murdar!

surxay 2020-08-24 16:54:16

Kor-kora kor deməsə bağrı çatlar.Adamı hər şeydən iyrəndirirlər.

İ.Mustafaoğlu 2020-08-24 16:22:28

Dövlətimizi və cənab Prezidentimizi qəlbən sevənlər xalqımızın aşağı təbəqə üzvüləridir !

Əvəz Bayramov 2020-08-24 16:21:05

Deyəsən QİYAMƏT günü yaxınlaşır. Ağıl ďəngəsi

Vaqif 2020-08-24 16:12:54

Görəsən Hacı bala bu yazının birbaşa onun özünə aid oldugunu anlayırmı? Buradakı qəbahətlər elə ona aiddir axı....

Son yazılar