"RUSİYANIN AÇIQLAMASI BİZİ QANE ETMİR " - "Suallarımız açıq qalmaqda davam edir"

“Ermənistan təcavüzkar dövlətdir. Ermənistan rəhbərliyi Tovuz hadisələrini dırnaqarası qələbə kimi təqdim etməyə çalışır. Əsas sərhədlərin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Ermənistan silahlı bölmələri geri oturduldu. Onlar bu gün də itkilərini gizlədirlər. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”.

“Report”xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Nikol Paşinyan iddia edir ki, Tovuz hadisələri Ermənistanda istehsal olunan müdafiə sənayesi məhsullarının keyfiyyətini göstərdi. Ermənistanda nə istehsal olunduğu məlumdur. Tovuz hadisələrini törətməkdə növbəti məqsəd Ermənistandakı sosial, demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır. Nikol Paşinyan Soros Fondunun parlaq yetirməsidir. Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və digər metallar çıxarılaraq istismar edilir. Nikol Paşinyan siqaret mafiyasına da nəzarət edir”, - şöbə müdiri bildirib.

H.hacıyev qeyd edib ki, Ermənistanın Baş Naziri yenə də münaqişənin və Tovuz hadisələrinin mahiyyətini təhrif edib: “Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır. Son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir. Bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb. Müxtəlif istiqamətlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir. Rusiya tərəfinin açıqlamaları bizi tam qane etmir. Suallarımız açıq qalmaqda davam edir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.

635x100

Şərhlər

Ekspert 2020-08-31 20:06:04

Hakimiyyətin Qarabağ məsələsinə uzun illər lazımi diqqət ayırmaması məsələni kritik həddə çatdırıb.Bu məslə indiyə qədər gərək dəfələrlə beynəlxalq arenada qaldırılmalı,BMT-də müzakirəyə çıarılmalı.Rusiyanın ermənistan tərəfdə olduğu Rusiyanın Ermənistanda ordu saxlaması və sərhdlərini mühafizəyə götürməsi və nəhayətsilah təminatını əsas götürərək Minsk qrupundan kənarlaşdırılmasına nail olmalı idi.u işlər Hakimiyyət tərəfindən görülmədiyinən və ya örülmək istəyinin olmamaslndan bu gün vəziyyət gəərgin olub.bat

Elman 2020-08-31 17:18:06

Bu 25-26 ildə niyə Azərbaycan BMT-nin Təhlükəsizlik şurasında Qarabağ məsələsinin mwzakirəsinə nail olmayıb? Niyə Azərbaycan hakimiyyəti BMT-nin qərarlarının yerinə yetirilməsi barədə cavab istəm'yib v'ə ya qərarlara uyğun hərəkət etməyib? Bu suallar XİN və hökumə niyə cavab vermək istəmir?U;

Dronqo 2020-08-31 14:11:36

Hikmət müəllim, riyakarlıq edirsiniz. Rusiyapərəstliyi öyünən XİN-in sözçüsü- Leyla ABdullayevanı bu vəzifəyə kim gətirdi... Əlbət ki, hikmət Hacıyev. Görəsən, Hikmıt Hacıyev Leyla Abdullayeva və onun həyat yoldaşı, elə XİN-də çalışan idarə rəisi Hüseynin "hansı yuvanın quşları olduğunu bilmirdimi"? Bir sözlə, Hikmət hacıyevin sözləri ilə əməllərində nəzərəçarpacaq fərqlər mövcudur.

OQTAY 2020-08-31 08:18:20

XIN-yi tecilli olaraq russiyaya nota vermelidir ve bununlada o,yeni isinde istiqametini,belli etmelidir!!!!!de oz movqeyini tutmalidir.....!!!!!!!

Tahir 2020-08-30 22:47:01

Suallar rəsmi verilməlidir ki,cavablandıran məsuliyyt hiss etsin.Şifahi,xala xətrin qalmasın suallar da elə cavablanar.

Babaxan 2020-08-30 22:44:26

Hikmət müəllim bu qədər naşılıq eləməyin.Siz məncə savadlı insansız.Erməni bütün Qarabağda tikir quruq yaradır.Siz və sizdən qabaqkılar 28-ildir eyni boş söhbətləri edirsiniz.Nə

Müəllim 2020-08-30 21:44:20

Rusiyanın açıqlaması Bizi qane emirsə n'əetm'liyik? Bunu bilən yoxdur? Beynəlxalq təcrübədə qane olunmayan məsələlər barədə rəsmi sorğu göndərilir və alınan cavaba uyğun tədbir görülüir.Bunu anlamaq üçün təzədən universitet oxumağa lüzum yoxdur.Bu beynəlxalq normadır.Bəs Azərbaycan tərəfi Rusiyaya sorğu göndərdimi?pt

Elman 2020-08-30 16:08:28

Müfəssəl açıqlama üçün ağıllı sorğu göndərmək vacibdir.Kənarda durub n'sə gözləmirlər.Belə olmur.

Məzahir 2020-08-30 12:59:35

Niyə suallarınz açıq qalmasına biganəlik göstərirsiniz? Axı Xarici işlər Nazirliyi rəsmi qurumdur.Müvafiq yollarla gecikmədən etiraz bildirilməlidir.

Musa 2020-08-30 12:57:36

Rusiyanın mövqeinin Sizi qane etmədiyini söyləmək yenə xalqın başı atına yastıq qoymaqdırƏgər mövqe qaneetmirsə Xarici işlər Nazirliyi və ya naziri nə etməlidir?Daxili mediaya bir yazı verib oturmaq? Əsla belə omamalı,ciddi qarşı protest rəsmi surətdə bildirilməli,zaman qoyulmalı,nəticə gözlənilməli və bir nəticə hasil olmursa həərkətəl keçilməlidir.

Fəxrəddin 2020-08-30 12:54:07

"Qane etmir" demək ciddi orqanlar işləyir demək deyil.Əgər qane etmirsə XİN zəhmət çəkib nota verməli və öz fikrini qarşı tərəfə rəsmi bildirməlidir.belə hallar baş vermədiyinə görə xalq içərisində hakimiyyətə inam və etibar azalır.lın

Qarabağdan üzülmüş milyon ailə 2020-08-30 08:53:15

Kremldən Aprelə açıqlama istəyin! Təsadüfi həlli Durdurdunuz ki, həll edəcəyik və 4 il də keçdi?

Poliqlot Az 2020-08-30 08:27:39

Aydın idi ki, Türkiyənin adının çəkilməsi belə İşğalçı və onun hərbi dəstəkçisi Kremlə(ikicə şəxsə) bəhanə olacaq! Bu işdə də Azərbaycan BMT DQMV qərarına üzrə işğalçını silahlandıran Kremlə silah satışı embarqosu qoydura bilər!

Hesabdar İ 2020-08-30 08:17:57

Niyə, Qarabağa əcnəbi yerləşdirilməsi və daşdan tutmuş təbii sərvətlərin işlənməsi Beynəlxalq Arbitrajlara(Məhkəməyə) verilmir?

Qarabağ haqqı B 2020-08-29 21:16:52

Niyə, Qarabağ həlli (ATƏT, BMT və s.) qlobala atılıb?

Özgür 2020-08-29 15:08:24

bu qədər danışırsınız, yorulmadınız? karapet siz danışdıqca deyir: davay buxti pro podvodnıe lodki kotorıe borozdyat v stepyax Ukrainnı

Son yazılar